Məhkəmə qərarları › İş №3(009)-1433/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1433/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1433/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli 00100-01170/** EP ***4603 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin nvanına Türkiyə Respublikasının “Lazika Gida Sanayi Turizm Ve Ticaret A.Ş.” şirkətindən 9EN896/99ZE896 nömrə nişanlı yük avtomaşınında daxil olmuş müxtəlif adda çay yükü **********7956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük darəsində bəyan edilmişdir. Şəxs MMC tərəfindən təqdim olunan **********7956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin yoxlanılması zamanı sözügedən gömrük bəyannaməsində göstərilən məlumatlarla əlavə olunmuş malmüşayiət sənədləri eyniləşdirilmiş və təqdim olunan mənşə sertifikatında, eləcə də ixrac bəyannaməsində idxalatçı gismində Şəxs MMC deyil, “X5 international X4 Ltd” qeyd olunduğu müəyyən olunmuş, bu səbəbdən qeyd olunan sənədlərin dəqiqləşdirilməsi məqsədilə bəyannamə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə bəyannamə yenidən rəsmiləşdirilmə üçün göndərilmiş və əlavə olunmuş sənədlərin yenidən yoxlanılması zamanı ilkin təgdim olunmuş ixracatçı gismində “Lazika Gida Sanayi Turizm Ve Ticaret A.Ş.” şirkəti geyd olunmuş və ümumi invoys dəyəri 4194.00 ABŞ dolları olan LF**********0023 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədindən əlavə, ixracatçı qismində “X5 international X4 Ltd” şirkəti geyd olunmuş və ümumi invoys dəyəri 8490.00 ABŞ dolları olan SOQ2161 saylı xx.xx.2024-cü il tarixli invoys sənədinin təgdim olunduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı **********7956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumi invoys dəyərinin 8490.00 ABŞ dolları olduğu halda, ümumi gömrük dəyərinin nə gədər təşkil etdiyi, gömrük dəyərində fərgin yaranması nəticəsində gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təgdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgigat İdarəsinin Təhgiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/011030 saylı xx.xx.2024-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011231 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən **********7956 sorğu nömrəli gömrük bəyannaməsinin invoys dəyəri 8490.00 ABŞ dolları olduğu təqdirdə sözügedən gömrük bəyannaməsinin ümumi gömrük dəyəri 15283.00 manat, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1095,48 manat, ƏDV üzrə 1296,31 manat olmaqla ümumilikdə 2391.79 manat təşkil edir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********7956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2391.79 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********7849 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 19802.79 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə ‘FBCO’’ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə 00100-01166/24 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı örətmiş hügugi şəxs “FBCO" MMC barəsində 00100-01166/24 nömrəli iş üzrə icraata vurulmuş riyanın tamamilə ödənilməsi ilə əlagədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 30100/01137 nömrəli xx.xx.2024-cü il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə nzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün ələb olunan 1 (bir) il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə"xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505 maddəsində nəzərdə tutulmuş İnzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 protokolla razılaşaraq maddənin sanksiyasında olan aşağı həddində inzibati tənbeh verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsindən daxil olmuş 3-33-1100/013/011030 saylı xx.xx.2024–cü il tarixli raporta cavab olaraq bildirilir ki, **********7956 sorğu nömrəli gömrük bəyannaməsinin invoys dəyəri 8490 ABŞ dolları olduğu təqdirdə sözügedən gömrük bəyannaməsinin ümumi gömrük dəyəri 15283 AZN, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği ilə İDXAL rüsumu üzrə 1095.48 AZN ƏDV üzrə 1296.31 AZN olmaqla ümumilikdə 2391.79 AZN təşkil etmişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli 00100/01137 saylı Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə xitam verilməsi haqqında qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-01166/24 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddi tərkibli inzibati xətanın əsas əlaməti zərərli nəticənin baş verməsidir. İş materiaları ilə müəyyən olunur ki, Şəxs MMC 2391.79 (iki min üç yüz doxsan bir manat yetmiş doqquz qəpik) AZN məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmaqla, dövlət büdcəsinə ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs MMC barəsində əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, təkrarən həmin maddə üzrə Şəxs MMC tərəfindən vurulmuş zərərin aradan qaldırılması onun inzibati məsuliyətini istisna etmir və həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 2391.79 (iki min üç yüz doxsan bir manat yetmiş doqquz qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar