Məhkəmə qərarları › İş №3(009)-1434/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1434/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1434/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtbi edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikasının Meğri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 11 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-119/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmir. Həmçinin 11 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-119/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs və X1 müştərək qaydada 28538 (iyirmi səkkiz min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)119/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 29930 (iyirmi doqquz min doqquz yüz otuz) manat vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq Zərərçəkmiş şəxs Vladirovnaya ödənilməlidir. İcra sənədləri xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönləndirilmişdir. İcra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyindən onun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin borclunu sözügedən ünvanda tapmaq mümkün olmamışdır. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Onun şöbədə olarkən izahatı alınmış, izahatında işləmədiyini bildirmiş və xəstə anasının pensiyası ilə dolandıqlarını qeyd etmişdir. İcra sənədləri üzrə müəyyən edilmiş borcu gələn aydan az da olsa ödəməyə başlayacağını izahatında göstərmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs həbsdə olduğu üçün işin icrası xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuşdur. Zərərçəkmiş şəxslər ölkə ərazisində olmadıqları üçün onlara bu barədə məlumat verilməmiş və bu səbəbdən borcun ödənilməsinə dair tələbləri olmamışdır. Bundan başqa şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində axtarış elan edilmiş, sonradan özü könüllü olaraq idarəyə gəlmişdir. Bu zaman müəyyən edilmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşayır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, ödəniş etməli olduğundan bir aydır ki, xəbəri var. Belə ki, özünə məxsus avtomobilini dostunun adına keçirmək istəyərkən adına axtarış elan edildiyini öyrənmiş və bu zaman borcu olduğunu bilmişdir. Azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən mülki iddianın ödənilməsində heç bir hərəkət etməmişdir. Hal-hazırda işləmir və bu səbəbdən ödəniş etməyə imkanı çatmır. Lakin zərərçəkmiş şəxslərə ödəniş edəcəkdir. Şəxs hazırda məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 1(009)-119/2019 saylı icra vərəqəsindən görünür ki, zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş mülki iddia təmin edilmişdir. Şəxs və X1 müştərək qaydada 28538 (iyirmi səkkiz min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutulub X3 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 1(009)-119/2019 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilmişdir. Şəxs və X1 müştərək qaydada 29930 (iyirmi doqquz min doqquz yüz otuz) manat vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq Zərərçəkmiş şəxs Vladirovnaya ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icra edilməsi barədə bildirişlərə əsasən Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)119/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, 13 sentyabr 2019-cu il tarixli, 1(009)-119/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borc məbləğini ödəməməyinin səbəbi işləməməsi, məhkumluq həyatı yaşadığı üçün iş tapmağının çətinləşməsidir. Bundan başqa ona heç bir bildiriş və ya çağırış verilməmişdir. Gələn aydan az da olsa, imkanı çatan qədər borcunu ödəyəcəkdir. Xəstə anasının pensiyası ilə dolanır. Göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)119/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs və X1 müştərək qaydada 28538 (iyirmi səkkiz min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)119/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 29930 (iyirmi doqquz min doqquz yüz otuz) manat vurulmuş maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq Zərərçəkmiş şəxs Vladirovnaya ödənilməlidir. İcra sənədləri xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönləndirilmişdir. İcra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyindən onun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin borclunu sözügedən ünvanda tapmaq mümkün olmamışdır. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinə gəlmiş və izahat yazmışdır. əməkdaşları İzahatında azadlığa yeni çıxdığı üçün işləmədiyini bildirmiş və xəstə anasının pensiyası ilə dolandıqlarını qeyd etmişdir. İcra sənədləri üzrə müəyyən edilmiş borcu gələn aydan az da olsa ödəməyə başlayacağını göstərmişdir. Həmçinin müəyyən olmuşdur ki, Şəxs hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşayır. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Həmçinin zərərçəkmiş şəxslərin borcun ödənilməsinə dair hər hansısa tələbi olmamışdır. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar