Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1434/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Bakı Regional İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 04 aprel 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2025-ci il tarixində Səbail rayonu, Neftçilər prospekti 1 ünvanında yerləşən Şəxs MMC-nin binasının arxa hissəsinin quraşdırılmış generatordan ətrafa yayılan səs-küyün səviyyəsinin ətraf mühit üçün yol verilən həddən yüksək olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Bakı Regional İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Nazirliyin 168 çağrı mərkəzinə Yunisov Hüseyn tərəfindən “İçərişəhər qoruğunda yerləşən “Four Seasons” Hotelinin generatorundan gələn səs narahat edir” məzmunlu daxil olmuş şikayətlə əlaqədar olaraq, özlərinin, 11 saylı regional idarənin və X9 Monitorinq İdarəsinin əməkdaşlarının, şikayətçi Yunisov Hüseynin və “Four Seasons” Hotelinin, yəni Şəxs MMC-nin nümayəndəsi kimi özünü təqdim edən Ömer Farukun iştirakları ilə orada araşdırma aparılıb. Araşdırma zamanı Yunisov Hüseyn həmin generatordan gələn səsin onların ciddi narahatçılığına səbəb olduğunu bildirmiş və aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. X9 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən həmin ərazidə ölçmə-avaz işləri aparılmış, generator fəaliyyətdə olarkən analiz işləri aparılmışdır. Analiz-ölçmə işi zamanı ətraf mühitdə yaranan səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilən həddən, yəni 60 dB-dən artıq olduğu müəyyən edilmişdir. Monitorinq aktında göstərilmişdir ki, “PCE-322A” tipli səs səviyyə ölçəni vasitəsilə səs-küyün səviyyəsi minimum -79.9 Db və maksimum -85.1 dB olduğu müəyyən edilmişdir. İnzibati araşdırmada iştirakla bağlı Şəxs MMC-ə dəvət məktubu yazılıb. Lakin inzibati araşdırmada iştirak olunmamışdır. Onlar tərəfindən Şəxs MMC barəsində inzibati qaydada protokol tərtib olunub. 28 fevral 2025-ci il tarixində Səbail rayonu, Neftçilər prospekti 1 ünvanında yerləşən Şəxs MMC-nin binasının arxa hissəsinin quraşdırılmış generatordan ətrafa yayılan səs-küyün səviyyəsinin ətraf mühit üçün yol verilən həddən yüksək olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iş üzrə monitorinq aparılarkən qanunvericliyin tələbləri kobub şəkildə pozulmuş, işin xüsusatları obyektiv və hərtərəfli araşdırılmamışdır. 002839 nömrəli 28 fevral 2025-ci il tarixli Akta Azərbaycan Respublikası Prezidentinin 796 nömrəli 8 iyul 2008-ci il “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs- küy çirklənmələri normalarımın təsdiq edilməsi haqqında Fərmanının 16-cı bəndinə istinad edilərək Şəxs MMC tərəfindən pozuntu olduğu qeyd olunmuşdur. Hesab edirik ki, o bəndin müddəaları (Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər . ümumi və digər təhsil müəssisələrinin meydançaları) mehmanxana fəaliyyəti ilə məşğul olan Şəxs MMCyə tədbiq edilə bilməz. Əgər fərz etsək ki, Cəmiyyət tərəfindən hər hansı bir norma pozulmuşdur, onda inzibati orqan 14-cü bəndə istinad etməli idi (Mehmanxana və yataqxanalara bilavasitə bitişik ərazilər). Bu isə ümumiyyətlə protokolun əsaslandırıldığı fərmanın normasının düzgün seçilmədiyinin göstəricisidir. Digər tərəfdən inzibati orqanın seçdiyi norma ilə getsək aşağıda qeyd olunan hal ilə üzləşirik. İş materiallarına əlavə edilmiş 002839 nömrəli xx.xx.2025-ci il tarixli Aktda diqqət yetirsək generatorun işləmədiyi müddətdə FON səsinin 58.3 db bərabər olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirək ki, fon dedikdə, generator işləmədən ətraf mühitdə olan səs nəzərdə tutulur. Generator işlək vəziyyətə gətirildikdə isə səs-küy səviyyəsinin minimum - 79.9 dB, maksimum - 85.1 dB olduğu müəyyən edilmişdir. Göründüyü kimi, təkcə fonda olan səs-küyün miqdarı az qala inzibati orqanın istinad etdiyi normaya (60 dB) bərabərdir. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, qeyd olunan ərazi normal vaxtda da səs-küylü olur. Generatorun yerləşdiyi ərazinin günün hər saatında çoxsaylı nəqliyyat vasitələrinin axınına məruz qalan Neftçilər prospekti və Niyazi küçələrinin əhatəsində yerləşdiyini nəzərə alsaq, monitorinq zamanı istifadə olunan cihazın belə göstəricilər verməyi normaldır. Digər tərəfdən 002839 nömrəli xx.xx.2025-ci il tarixli Aktda səs-küy analizinin sabit hava şəraitində keçirildiyi qeyd olunub. Lakin Milli Hidrometeorologiya Xidmətindən xx.xx.2025-ci il tarixinə hava haqqında verilən məlumata görə, həmin gün səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağının gözlənildiyi, mülayim şimal-qərb küləyinin gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcəyi bildirilmişdir. Bu isə onu deməyə əsas verir ki, analiz keçirilən gün hava şəraiti sabit olmamış, küləyin səsi səs-küy analizi aparan texniki vasitəyə təsirsiz ötüşməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şəkillərdəndə görsənir ki, ölçü cihazının mikrofonu küləyin təsirindən qorunmamışdır. Bu isə küləkli havada göstəricilərə təsirsiz ötüşməyə bilməz. Beləliklə, ölçü cihazı ilə səs-küyün dərəcəsi ölçülərkən cihazın istifadə qaydalarını pozmuşdur. Bundan əlavə generatorun ölçmə nəticələrindən görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş səs-küy miqdarını keçmir, yəni işlək vəziyyətdə olan və işləməyən generatorun desibel göstəricilərinin miqdarının fərqi nəzərə alınmalıdır. 168 Çağrı Mərkəzinə şikayət edən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən “İçəri Şəhər Book House Cafe”si “Four Season” Hotelinə ən azı 220 metr aralı məsafədə yerləşir. Lakin yoxlama aparılarkən səs- küyün ölçülməsi prosesi generatorun 5-10 metrliyində icra edilmişdir. Hesab edirik ki, ölçmə işlərinin aparılması şikayət verənə münasibətdə aparılmalı, monitorinqi aparan qurum gedib “İçəri Şəhər Book House Cafe”nin ərazisindən generatorun səsini ölçməli idi. Generatorun yerləşdiyi “Four Seasons” Hotel binası istismara qəbul edilmişdir. Obyekt istismara qəbul edilərkən verilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2024-cü il tarixli Aktında Azərbaycan Respublikası ETSN-nində möhürü var. Buda o deməkdir ki, obyekt ekologiya və ətraf mühitə dair bütün standartlara cavab verir. Bunların nəzərə alıb Şəxs MMC-nin barəsində tərtib edilmiş 04 aprel 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol üzrə iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid2 izahatında bildirmişdir ki, o, baş mütəxəssis vəzifəsində işləyir. Ölçmə əməliyyatlarında iştirak etməmişdir. Generator barəsində şikayət varsa təxmini 3-5 metr məsafədən ölçmə işləri aparılır. Yol verilən norma 60db sayılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, həmin gün X9 Monitorinq İdarəsinin əməkdaşı Zəki müəllim ilə monitorinqdə iştirak etmişdir. Monitorinq günün birinci hissəsində keçirilmişdir. Səs-küyün miqdarı normadan artıq olmuşdur. Bir gün əvvəl əlaqə saxlayaraq bildirilmişdir ki, monitorinq keçiriləcək. Şikayət verən yaşlı adamlar olmuşlar. Hava şəraiti uyğun olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Səbail rayonu, Neftçilər prospekti 1 ünvanında yerləşən Şəxs MMC-nin binasının arxa hissəsinin quraşdırılmış generatordan ətrafa yayılan səs-küyün ölçmə işləri aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs MMC şirkəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi 04 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol, videogörüntü və fotoşəkilllərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş materiallarından görünür ki, X4 Nazirliyinin 168 “Çağrı mərkəzi"nə ünvan 2 ünvanıda fəaliyət göstərən X13 generatorlarından gələn səs-küyün narahat etməsi barədə X6 tərəfindən daxil olmuş müraciətin X9 Monitorinq İdarəsi və İdarənin əməkdaşları tərəfindən sözügedən Hotelin məxsus olduğu Şəxs MMC-nin nümayəndəsi X12 iştirakı ilə yerində araşdırılması zamanı hotelin fəaliyyəti nəticəsində yaranan səsküyün ölçülməsi məqsədilə monitorinq aparılmış və nəticələrə əsasən səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən hədd səviyyəsində yüksək olduğu müəyyən edilmişdir. Araşdırma zamanı MMC-nin nümayəndəsi faktla bağlı izahat verməkdən, monitorinq aktını imzalamaqdan və sənəd təqdim etməkdən imtina etmişdir. Qeyd olunan faktla əlaqədar araşdırma başlanılmış və Şəxs MMC-yə 11 mart 2025-ci il tarixli G- BM/2525 saylı məktub göndərilərək barəsində aparıla araşdırma ilə əlaqədar 02 aprel 2025-ci il tarixdə İdarəyə gəlmək xahiş olunmuş, lakin göstərilən tarixdə MMC araşdırmaya nümayəndə göndərməmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq MMC tərəfindən qanunvericiliyin pozulması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1434/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1434/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver