Məhkəmə qərarları › İş №3(009)-1436/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1436/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1436/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 2017-ci il tarixdən avtomobil idarə edir və “B” kateqoriyalı sürücülük hüququna malikdir. 19 may 2021-ci il tarixdə saat 08:00 radələrində o özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinə doğru hərəkət etmişdir. Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsinə çatdıqda həmin küçələrin kəsişməsində yerləşən işıqforun yaşıl işığının yanmasını görüb yoluna davam etməyə başlamışdır. Küçələrin kəsişməsinə daxil olduqda gözlənilmədən sağ istiqamətdən, yəni Puşkin küçəsi istiqaməti tərəfindən bir qadın qaçaraq hərəkət etdiyi avtomobil yoluna daxil olmuşdur. Həmin qadın gözlənilmədən avtomobil yoluna daxil olduğu üçün idarə etdiyi avtomobilin sağ yan hissəsindən dəyməsi nəticəsində yerə yıxılmışdır. O, bunu görüb dərhal avtomobili saxlayıb həmin qadına yaxınlaşıb köməklik göstərmişdir. Həmçinin oraya yığışan insanlarda həmin qadına köməklik göstərirmişlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları və TTYS-nın həkimləri gəlmişdir. Həkimlər xəsarət alan qadına ilkin tibbi yardım göstərib və xəstəxanaya aparmışdar. O, isə hadisə yerində qalıb polis əməkdaşları tərəfindən aparılan araşdırmada iştirak etmişdir. Həmçinin bildirmişdir ki, o, hadisə zaman avtomobili 30 s/km sürətlə idarə etmişdir. O, Xəqani küçəsi ilə işıqforun yaşıl işığında hərəkət edib Puşkin küçəsi ilə kəsişməyə daxil olan zaman, həmin piyada qadın gözlənilmədən Puşkin küçəsi istiqamətindən qaçaraq yol kəsişməsinə daxil olmuş və bu zaman idarə etdiyi avtomobilin sağ yan hissəsinə dəyməsi nəticəsində YNH-si baş vermişdir. Hadisə anidən baş verdiyi üçün həmin qadınla toqquşma məsafəsini görə bilməmişdir. Həmin qadın piyada keçidi nəzərdə tutlmayan yerdə yolu keçmək istəmişdir. Avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Həmin vaxt spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyun 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X1 Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibbiekspertizanın 300 saylı, 31.05.2021-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ gözaltı nahiyənin qançırı, sol körpücük sümüyünün döş ucunun çıxığı, döş qəfəsinin ön səthinin sol yarısının və sol bazunun yuxarı-orta 1/3-nin bayır səthinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən töənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 19.05.2021-ci tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki,sürücü Şəxs 19.05.2021-ci il tarixdə saat 08:00 radələrində özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Toyota Prado" markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində hərəkətdə olan zaman ehtiyatsızlıq edərək piyada qismində yolu keçən X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetiriliməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar