Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1437/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, İmişli rayonu, Xiyabani küçəsi 25 ünvanında qeydiyyatda olan və ünvan 1da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 9-cu PB-dən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan MN ******* saylı, 09.07.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.07.2021-ci il tarixdə saat 16 15 radələrində Səbail rayonu Ş.Şamil küçəsində polis əməkdaşlarına qarşı müqavimət göstərmiş, onlardan qaçmağa çalışaraq polisin qanuni tələblərinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs görünür ki, o, 08.07.2021-ci il tarixdə Səbail rayonu Ş.Şamil küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlardan qaçmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolda və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, protokolla razıdır, özünü təqsirli bilir, əməlindən peşmandır, yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* saylı, 09.07.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.07.2021-ci il tarixdə saat 16 15 radələrində Səbail rayonu Ş.Şamil küçəsində polis əməkdaşlarına qarşı müqavimət göstərmiş, onlardan qaçmağa çalışaraq polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyul 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 08.07.2021-ci il tarixdə, saat 13:06 radələrində X1 DİN-nin 102 xidmətinə zəng edərək ünvan 2 ünvanında yerləşən “Spar” marketdən 25 ədəd ümumi dəyəri 60-70 manat olan içki oğurlaması barədə məlumat vermişdir. Daxil olmuş raport araşdırılması üçün 08.07.2021 ci il tarixdə Səbail RPİ- nin 9-cu PB-də 1 saylı HK-da 889 nömrəsilə qeydiyyata alınmışdır. 08.07.2021-ci il tarixdə Səbail RPİnin PPXB-nin əməkdaşları raportla müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Spar” mağazasında baş vermiş oğurluğa cəhd hadisəsi ilə əlaqədar hadisəni törətməkdə şübhəli bilinən Şəxs Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində saxlanılaraq polis bölməsinə dəvət olunan zaman həmin şəxs gəlməkdən imtina edərək qaçmağa başlamış,həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilmişdir. Araşdırma ünvan 4 ünvanında yaşayan X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, 08.07.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Spar” mağazasına daxil olan bbir nəfər şəxs ümumilikdə dəyəri 50 manat təşkil edən ərzaq məhsulları oğurlamağa cəhd etmiş, həmin şəxs marketdən təxminən 30 metr aralaşdıqda özləri tərəfindən saxlanılaraq həmin mallar geri alınmışdır. X1 izahat verərək bildirmişdir ki, 08.07.2021-ci il tarixdə, saat 13:00 radələrində işlədyi, ünvan 2 ünvanında yerləşən “Spar” mağazasına bir nəfər tanımadığı şəxs daxil olaraq özü ilə ümumilikdə dəyəri 50 manat təşkil edən ərzaq məhsulları götürərək kassaya tərəf yaxınlaşmış, daha sonra həmin şəxs mağazanı tərk edən zaman A.Verdiyev şübhələnərək mağazadan həmin şəxsi arxasıyla çıxmış, A.Verdiyev həmin şəxsdən taladığı malları geri aldıqdan sonra onu saxlamağa çalışsa da, həmin şəxs kiçik həcmli bıçaq göstərəndən sonra A.Verdiyev malları götürərək mağazaya geri qayıtmışdır. Araşdırma zamanı vətəndaş Şəxs izahat verərək bildirmişdir ki, 08.07.2021-ci il tarixdə, saat təxminən 13:00 radələrində ünvan 2 ünvanında yerləşən “Spar” mağazasına daxil olaraq oradan 12 ədəd 350 ml-lik və 5 ədəd 250 ml-lik “Red Bull” içkiləri, 01 ədəd “Sevimli Dad” xama və 01 ədəd “Slavyan” qazsız su götürərək kassaya yaxınlaşmış, həmin məhsulları kassaya vurdurmadan mağazadan uzaqlaşmış, təxminən 30 metr getdikdən sonra bir nəfər şəxs onu saxlayaraq malları geri istəmiş, Şəxs həmin malları ona geri qaytarmış, tutulmaqdan qorxduğu üçün arxa cibində olan kiçik ölçülü bıçağı çıxararaq həmin şəxsə göstərmiş və tutulmamaq üçün oradan uzaqlaşmışdır. Daha sonra Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində olan zaman polis əməkdaşları nu polis bölməsinə dəvət etmək istəyərkən o, polis bölməsinə gəlməkdən imtina etmiş və qaçmağa başlamışdır. Daha sonra polis əmədakşları onu saxlayaraq polis bölməsinə gətirmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokolla birlikdə toplanmış materiala əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı müəyyyən olunmuşdur ki, Şəxs ünvan 2 ünvanında yerləşən “Spar” mağazasından gizli olaraq taladığı əşyaları geri qaytarsa da Səbail RPİ- nin PPXB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis bölməsinə gəlməkdən imtina edərək qaçmağa cəhd etmişdir. Beləliklə toplanmış materialdan belə qənaətə gəlinir ki, Səbail RPİ-nin PPXB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Şəxs əməlində cinayət tərkibi aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xəta qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunananlara və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X5 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-1437/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1437/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver