Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1437/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 06 iyun 2024-cü tarixli , MN ******* saylı qərarının ləğv edilməsinə dair X7 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 06 iyun 2024-cü tarixli , MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 Xidmətinin BŞİ- nin rəis müavini X17 06 iyun2024-cü il tarixində MN N-1613316 nömrəli AR İnzibati Xətalar Məcəlləsinin 114 və 115 ci maddələrini rəhbər tutaraq haqqımda inzibati tənbehvermə qərarı qəbul etmişdir və Qərara əsasən barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, X20 publik hüquqi şəxsin əməkdaşı X13 xx.xx.2024- cü il tarixində öz xahişinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X4 şikayətinə əsasən 2024-cü il yanvar, fevral, mart aylarının əməkhaqqısı və son haqq-hesab gecikdirilərək ödənilmişdir. Lakin vətəndaşın ABB-nin rəsmi hesabdan çıxarışında yanvar əməkhaqqısı (ştat cədvəli üzrə 490 man, əmək haqqından tutulmalar çıxıldıqdan sonra 417.55 man) xx.xx.2024-cü il tarixində ödənilmişdir. Fevral ayının əməkhaqqısı və məzuniyyət günlərinə görə hesablanan məbləğ 810 manat (Əmək haqqından tutulmalar çıxıldıqdan sonra 672.66 man) xx.xx.2024 tarixində ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən mükafat fondumuz işçinin əmək haqqısının 50 % ni təşkil edir. Bununla əlaqədar işçinin 490 manat əməkhaqqısının 50% i 245 manat (Əmək haqqından tutulmalar çıxıldıqdan sonra 194.78 man) hesablanmışdır. İşçiyə xx.xx.2024- cü il tarifində həmin nəzərdə tutulan mükafat ödənilmişdir. Mart ayında işçinin məzuniyyətə çıxması ilə əlaqədar 8 (səkkiz) iş günlərinin hesablanmış əməkhaqqının 65.33 manat Əmək haqqından tutulmalar çıxıldıqdan sonra 61.08 (man) məbləği xx.xx.2024-cü ildə ödənilmişdir. Qeyd edir ki, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olduğuna görə dövlətdən ayrılan aylıq vəsait xəzinədarlıq tərəfindən hər ayın sonunda ayrıldığından xx.xx.2024- cü il tarixində vətəndaş İlqar Quliyevə hesablanmış 123.28 manat (Tutulmalar çıxıldıqdan sonra 115.26 man) məbləği son haqq-hesabı xx.xx.2024-cü il tarixində ödənilmişdir. X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X17 tərəfindən çıxarılmış 06 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 İsa oğlu, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X16 bildirmişdir ki, əmək haqqı ilə bağlı gecikmələr olmadığını, buna dair çıxarışların təqdim edildiyini bildirərək, işcinin xx.xx.2024cü il tarixdə işdən çıxmağı ilə bağlı ərizəni təqdim etdiyini, o isə öz növbəsində xx.xx.2024cü il tarixdə ödəniş üçün sifariş verdiyini, belə ki, xx.xx.2024-cü il tarixdə ödənişin hesablarına daxil olduğunu və xx.xx.2024-cü il tarixdə X8 haqq hesabın ödənilməsinin mümükün olduğunu bidirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, qərar dəyişdirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 06 iyun 2024-cü tarixli , MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir, lakin son haqq hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Eyni zamanda İ.Quliyevin əmək haqqısı 2024-cü ilin yanvar, fevral, mart aylarında geikdirilərək ödənilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 900 (doqquz yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X13 işdən çıxma ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmiş, ərizəyə əmr tərtib edilməsinə dair xx.xx.2024-cü il tarixdə rezolyusiya verilmişdir. İş materiallarında olan X13 əmək haqqı kart hesabının bank çıxarışından görünür ki, X6 haqq hesabı xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan 14 may 2024-cü il tarixli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, X13 əmək haqqısı yanvar ayı üzrə xx.xx.2024-cü il, fevral ayı üzrə xx.xx.2024cü il, mart ayı üzrə xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Qanunun məzmunundan müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçinin son haqq-hesabı ödənilməlidir. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, X13 əmək müqaviləsinə 01 aprel 2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesabın gecikdirilərək 30 aprel 2024-cü il tarixdə edilmişdir. Bundan əlavə məhkəmə araşdırma zamanı X14 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə əmək haqqı vaxtında ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X14 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə əmək haqqı qanun pozuntusuna yol verilməyərək vaxtında ödənildiyindən, lakin son haqq-hesabın gecikdirilərək ödənildiyindən X12 tərəfindən verilmiş şikayət qismən təmin edilməli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 06 iyun 2024-cü tarixli , MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək inzibati tənbeh 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 06 iyun 2024-cü tarixli , MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək inzibati tənbeh 700 (yeddi yüz) manat məbləğində müəyyən edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1437/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1437/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver