Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1439/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli 00100-1871/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs BM-in adına Niderlanddan və İspaniyadan olmaqla ümumilikdə 9 (doqquz) yük nəqliyyat vasitəsində edilmiş və Bakı Baş Gömrük İdarəsində **********7252 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7264 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7281 sorğu nömrəli xx.xx.2022ci il tarixli, **********7059 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********4575 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7320 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7077 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7356 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********7538 sorğu nömrəli xx.xx.2022-ci il tarixli nömrəli bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə 34/026/017442 nömrəli xx.xx.2022-ci il tarixli raport daxil olmuş və həmin gün icraata qəbul edilmişdir. Araşdırma zamanı 34/026/017442 nömrəli xx.xx.2022-ci il tarixli raportda qeyd olunan bəyannamələr üzrə müvəqqəti saxlanc qaydalarının pozulub-pozulmadığını müəyyən etməkdən ötrü Gömrük Məcəlləsinin 152.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla bəyannamələrə baxış keçirilmişdir. Nəticədə araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Baş Gömrük İdarəsində **********7252 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7264 sorğu nömrəli xx.xx.2022-ci il tarixli **********7281 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7059 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********4575 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********7538 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanca götürülmüş mallara dair müvəqqəti saxlanc müddəti başa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamələrin təqdim edildiyi, lakin **********7320 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7077 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7356 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti basa çatdıgdan sonra müvafiq bəyannamələrin verildiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs BM tərəfindən **********7320 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7077 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********7356 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanca götürülməsi mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük proseduruna rəsmiləşdirilməsi üçün gömrük organına müvafiq bəyannamələrin təqdim edildiyi, nəticəcə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs BM tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili Nümayəndə3 bildirdi ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs BM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində müəyyən olunmuş malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması əsası ilə 00100-1871/22 saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs BM tərəfindən **********7320, **********7077, **********7356 sorğu nömrəli müvafiq olaraq xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün vaxtında gömrük orqanına müraciət olunmamışdır. Beləliklə də, müəssisə tərəfindən İXM- nin 496.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq bildirik ki, **********7320, **********7077, **********7356 sorğu nömrəli gömrük bəyannamələrindən məlum olur ki, mallar xx.xx.2022-ci il tarixdə gömrük orqanı tərəfindən buraxılmış və bundan sonra Şəxs BM-nə məxsus anbarda saxlanca verilmiş, saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur (qeyd olunan hallar 00100-1871/22 saylı protokolda da öz əksini tapmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Göstərilənlərə əsasən **********7320, **********7077, **********7356 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən bəyan edilən mallar xx.xx.2022-ci il tarixindən müvəqqəti saxlanca götürülmüşdür, çünki həmin tarixə qədər malları gömrük orqanı özündə saxlamış və qanunvericiliyin tələblərinə əsasən müvəqqəti saxlanc üçün müvəqqəti saxlanc anbarına verməmişdir. Daha sonra isə 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış, yəni xx.xx.2022ci il tarixində Şəxs BM gömrük orqanına yeni sorğu nömrəli gömrük bəyannamələri təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Həmçinin iş materiallarında olan və gömrük orqanı tərəfindən tərtib olunmuş aktdan da məlum olur ki, qeyd olunan müddət ərzində həmin mallar Şəxs BM-nə məxsus anbarda saxlancda saxlanılmış və saxlanc müddəti ərzində istifadəsiz və toxunulmaz olmuşdur. Göstərilənlərdən məlum olur ki, malların müvəqqəti saxlancda saxlanılması müddəti Şəxs BM tərəfindən pozulmamışdır. Belə olan halda Şəxs BM-nin hərəkətlərində inzibati xəta tərkibi yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmədən xahiş edirəm ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" BM tərəfindən **********7252, **********7264, **********7281, **********7059, **********4575, **********7320, **********7077, **********7356 və **********7538 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsi başa çatdırılmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7252 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7264 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7281 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7059 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********4575 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7320 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7077 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7356 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********7538 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" BM tərəfindən **********7252, **********7264, **********7281, **********7059, **********4575, **********7320, **********7077, **********7356 və **********7538 sorğu nömrəli GB ilə müvəqqəti saxlanca götürülmüş mallara Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəs, Cənub Körpüsü 3 ünvanında baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmişdir, bu barədə fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən inzibati xəta hadisəsi yoxdur. Belə ki, "xxxx" BM malların 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış gömrük orqanına yeni sorğu nömrəli gömrük bəyannamələri təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (02 sentyabr 2022-ci il tarixli 00100-1871/22 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1439/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1439/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver