Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1439/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 21 may 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 21 may 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 may 2024-cü il tarixində saat 07:53 radəsində ona məxsus Audi A5 markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə, Bakı şəhəri, Dənizkənarı küçəsindən Ş.Ələkbərova küçəsinə dönən istiqamətdə hərəkət edib. Həmin yol ilə övladlarını məktəbə apardığı üçün yolun birtərəfli olduğunu bildiyi halda BŞDYPİ-dən edilən zəngdən sonra ona cərimə tətbiq olunacağı bildirildikdən və BŞDYP İdarəsinə dəvət olunduqdan sonra yolun iki tərəfli elan edildiyi ona məlum olub. BŞDYPİ-də protokolun yazılmaması üçün rüşvət tələb olunduqda bundan imtina edib, həmin yol kəsişməsinə gedib video görüntüləri qeydə alıb. Ş.Ələkbərova küçəsindən döndükdə, yolun sağ cinahında “5.15 – duracaq yeri” yol nişanı lövhəsi qoyulmuşdur və tam arxasında “1.19 – ikitərəfli hərəkət” yol nişanı quraşdırılmışdır və 1.19 yol nişanı öndə olan lövhəyə görə döngədən dönülən zaman görünmür. İXM 122ci maddəsinin 1-ci bəndinin tələbləri pozularaq protokol tərtib olunub, TŞ kameralarına baxış vasitəsi ilə cərimə tətbiq olunaraq, 3 protokol ayrı vaxtlarla tərtib olunub və qərarlar ard-arda verilmişdir. Bunu protokolların tərtib olunmasının eyni vaxtda olması və saat 07:53 radəsinin hər iki protokolda 07:57 kimi qeyd olunmasından görmək mümkündür. Məhkəmədən İXP ******* saylı protokolunun BŞDYPİ tərəfindən 21 may 2024-cü il tarixli TP6496371 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 21 may 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 12 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddəti ötürüldüyündən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 21 may 2024-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1439/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1439/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver