Məhkəmə qərarları › İş №3(009)-1440/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1440/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1440/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, şikayətçi müqavilə, bank, invoys, bütün müvafiq sənədlər əsasında İtaliya şirkəti olan “CAR Lanza Micky” şirkətində Land Rover defender markalı avtomobilin alışı üçün 48000 avro məbləğində pulu 20 avqust 2022-ci il tarixdə Bank Respublikas ASC-nın Səbail r-n, Neftçilər pr 67 ünvanda yerləşən “Azneft ’ fılialında olan bank hesabı vasitsəsi ilə köçürmüşdür. Qeyd edilən avtomobilin alınması və müqavilə tələblərinə görə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin İtaliya rezidentləri olan qeyd edilən şəxslər tərəfindən aldadılmışdır və külli miqdarda (48000) avro məbləğində ziyana məruz qalmışdır. Bununla bağlı, şikayətçinin səlahiyyətli nümayəndəsi X2 vasitəsi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə müraciət etmişdir. Lakin təhqiqat orqanı tərəfindən Səbail rayon İŞ-nə göndərilsə də, icraatın yekunlaşmasına dair hər hansı sənəd ona bu günə qədər təqdim edilməmişdir. Aldadılmağı və dələduzluq cinayətinə məruz qalmağı ilə bağlı həmçinin İtaliya Ədliyyə Nazirliyinə müracəti üzrə (vəkil Paolo Terbonati vasitəsi ilə) şikayəti Parma şəhərində yerləşən Adi Məhkəmənin Respublika Prokurorluğuna göndərilmişdir. (Göndərilmə tarixi və vaxtı: 3 Noyabr 2022-ci il, saat 10:22:00) Bununla bağlı şikayətə əlavə edilən sənəd, İtaliyanın Ədliyyə Nazirliyinə (Ministero della Giustizia) aid olan bir rəsmi elektron sistemdən -X4 Penali (PDP) — yəni Cinayət işləri üzrə sənədlərin təqdim edilməsi portalından götürülmüşdür. Dələduzluq cinayətinə məruz qalmağını, bu halın üzürlü hal olmasını, ümumiyyətlə əməlində hər hansı inzibati xəta tərkibinin, təqsirinin və qəsd bir əməlin olmamasına baxmayaraq Mərkəzi Bank tərəfindən 2 protokolla qanunsuz olaraq inzibati cərimə edilmişdir. Ümumiyyətlə isə, Azərbaycan Mərkəzi Bank tərəfindən xx.xx.2024-cü il tarixli EP №0189791 saylı qərarla 3000 (üç min) ABŞ dolları məbləğində cərimə olunmağımın hüquqi əsası mövcud deyildir. Çünki tərəfindən belə bir pul köçürməsi həyata keçirilməmişdir. Digər xx.xx.2024-cü il tarixli EP№0189792 saylı Qərar üzrə əməlində heç bir qəsd və ya ehtiyyasızlıq, ümumiyyətlə inzibati xəta tərkibi yoxdur. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırki halda X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP0189791 saylı və xx.xx.2024-cü il tarixli EP0189792 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar