Məhkəmə qərarları › İş №3(009)-1442/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1442/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1442/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xətanı etiraf etmişdir. Lakin protokola etiraz edərək göstərmişdir ki, protokolda göstərilən nöqsanlar artıq aradan qalıxıb, istilik və havalandırma sistemi standartlara uyğun quraşdırılıb. Bu halı nəzərə almağı və tənbeh tətbiq edilməməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 2ci Ərazi X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin 22-ci Ərazi X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, işə əlavə edilmiş X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinin X4 Şöbəsi tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29.06.2021-ci il tarixdə obyektdə keçirilmiş plandan kənar X6 zamanı restoranda mövcud olan istilik və havalandırma sistemlərinin normativ sənədlərin tələblərinə uyğun quraşdırılmadığı aşkar olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşə əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, 29.06.2021-ci il tarixdə Şəxs MMC-yə məxsus restoranda yanğın təhlükəsizliyi haqqında Qanunun, Azərbaycan Respublikası 25-ci maddəsinə əsasən yoxlma aparılmış və müəyyən edilmişdir ki, restoranda mövcud olan istilik və havalandırma sistemlərinin normativ sənədlərin tələblərinə uyğun quraşdırılmamışdır. İşə əlavə edilmiş 29.06.2021-ci il tarixli, 2559 nömrəli X2 Aparılması Haqqında qərardan görünür ki, Şəxs MMC-yə məxsus restoranda plandan kənar yoxlamanın aparılması qərara alınmışdır. İşə əlavə edilmiş 29.06.2021-ci il tarixli, 2559 nömrəli X6 Aktından görünür ki, obyektdə keçirilmiş plandan kənar X6 zamanı restoranda mövcud olan istilik və havalandırma sistemlərinin normativ sənədlərin tələblərinə uyğun quraşdırılmadığı aşkar olunmuş, həmçinin hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilmiş və o, aktda imza edərək heç bir irad və etirazının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 29.06.2021-ci il tarixdə obyektdə keçirilmiş plandan kənar X6 zamanı restoranda mövcud olan istilik və havalandırma sistemlərinin normativ sənədlərin tələblərinə uyğun quraşdırılmadığı aşkar olunmuş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də 29.06.2021-ci il tarixli, 2559 nömrəli X6 Aktında hüquqi şəxsin nümayəndəsinin etirafı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 518.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar