Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1445/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 25 iyun 2021-ci il tarixli 00100-1215/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 3(009)-1445/2021 saylı qərarı ilə Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ödənilməli olan 15572 (on beş min beş yüz yetmiş iki) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 10900 (on min doqquz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 1445/2021saylı, 28 iyul 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 3(103)-2103/2021 saylı qərarı ilə Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ödənilməli olan 15572 ( on beş min beş yüz yetmiş iki) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 10900 (on min doqquz yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 3(009)-1445/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Nərimanov rayonu, Ziya Bünyatov, məh 1965 Çinar Park ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin ünvanına 34DPB926/34DYR168 nömrəli avtomaşınla, İHR**********001 saylı 04.06.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********86 sorğu nömrəli 12.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında “0" gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 idarəsinə müraciət etmiş, həmin idarədən 2200- 017/003-25/003026 saylı, 12,06.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən İHR**********001 saylı, 04.06.2021-ci il tarixli invoys üzrə idxal olunan “Tarsus” markalı suyun filtrlənməsi üçün əks osmos filtr qurğusu XİF MN-ə görə ********** yəni “15" % Qara metallardan rezervuar” XİF MN-ə görə '9135100 yəni "15” % ,1000 V-dan çox olmayan gərginlik üçün quraşdırılmış hesablayıcı maşınlı rəqəmsal istixananın avtomatik idarəetmə sistemi XİF MN-ə görə ********** yəni “15” % “Tarsus" markalı istixanalarda istifadə olunan suyu yüksək təzyiqlə püskürtməsi üçün qurğu , XİF MN-ə görə ********** yəni “0” % alt yarımmövqeyində sinifləşdirildiyı, yəni “15” % və “0” gömrük rüsumu dərəcəsi ilə gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, 01**********86 sorğu nömrəli 12.06.2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan olunacaq yarımmövqeylərində yüklərinin XİF MN üzrə “**********, **********, **********, **********” yarımmövqeyində sinifləsdirildiyi təqdirdə "xxxx" ASC tərəfindən əlavə ödəniləcək ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 6528 azn, ƏDV üzrə 9008.64 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs ASC uzun illərdir ki, ölkəyə mal idxal edir və məqsəd kənd təsərrüfatı məhsullarını lizinqə verməkdir. Türkiyə Respublikasından "‘Prior Leasing” MMC-nin ünvanına daxil olmuş yüklər Bakı Baş Gömrük İdarəsində 12.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə mal müşayət sənədləri əsasında bəyan edilmişdir. Şəxs ASC hesab edir ki, göstərilən avadanlıq ümumilikdə kompleks şəkildə suvarma sisteminin tərkib hissəsidir, bu səbəbdən də həmin malları bir XİFMN kodu əsasında mal müsayiət sənədlərinə uyğun olaraq bəyan etmişdir. Şirkətin həmin məhsulu idxal etməkdə məqsədi lizinq alanın sifarişi əsasında sonuncuya məxsus təsərrüfatda həmin suvarma sisteminin quraşdırılaraq lizinqə verilməsidir. Ekspertizanın məktubunda göstərilən kodlarla razı deyil. Hesab edir ki, gələn yüklər vahid kompleks sistemdir və kənd təsərrüfatı məhsulu kimi yanaşılmalı və bu sahədə qanunvericiliyin tələbləri tətbiq olunmalıdır. Həmin avadanlığı istifadə etmək mümkündür, lakin təşkilat həmin komponentləri birgə halda lizinq alanın sifarişi əsasında ilkin lizinq müqaviləsinə uyğun olaraq lizinqə vermək üçün idxal edib. Şəxs ASC -nin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyatov, məh 1965 Çinar Park ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin ünvanına 34DPB926/34DYR168 nömrəli avtomaşınla, İHR**********001 saylı 04.06.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər 01**********86 sorğu nömrəli 12.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/003026 saylı, 12.06.2021 -ci il tarixli məktubaəlavəolunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən saylı İHR**********001 saylı, 04.06.2021-ci il tarixli invoys üzrə idxal olunan ““Tarsus” markalı suyun filtrlənməsi üçün əks osmos filtr qurğusu XİFMN-ə görə ********** yəni “15” % Qara metallardan rezervuar” XİF MN-ə görə ********** yəni “15”% ,1000 V-dan çox olmayan gərginlik üçün quraşdırılmış hesablayıcı maşınlı rəqəmsal istixananın avtomatik idarəetmə sistemi XİF MN-ə görə ********** yəni “15” % “Tarsus”markalı istixanalarda istifadə olunan suyu yüksək təzyiqlə püskürtməsi üçün qurğu , XİF MN-ə görə ********** yəni “0” % alt yarımmövqeyində sinifləşdirildiyi, yəni “15” % və “0” gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, 01**********86 sorğu nömrəli 12.06.2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan olunacaq mal mövqelərində yüklərinin XİF MN üzrə “********** **********, **********, **********” alt yarım mövqeyində sinifləşdirildiyi təqdirdə Şəxs ASC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 6528 azn, ƏDV üzrə 9008.64 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. İş materiallarında olan “X4 San. Ve Tic.” LTD ŞTİ ilə “Prior Leasing" ASC arasında bağlanmış müqavilə və ona əlavə edilmiş sənədlərdən görünür ki, alqı-satqının obyekti olaraq bir ədəd "Tarsus" markalı suvarma sistemi dəsti çıxış etmiş və dəyəri vahid əşya şəklində ödənilmişdir. İş materiallarında olan 01**********86 sorğu nömrəli 12.06.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, idxal olunan əşya məhz qeyd olunan müqavilə və digər sənədlər əsasında alınmış "Tarsus" markalı suvarma sistemi olmuşdur. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-1813/2020 saylı, 04.11.2020-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlanılmış 00100-2203/20 nömrəli iş üzrə hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 100 (yüz) faizi məbləğində yəni 716.74 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışından ƏDV tutulmur. Göründüyü kimi qanunverici tərəfindən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma qurğuları və hətta siyahısı müəyyən edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin belə istehsalı, idxalı və satışından ƏDV tutulmadığı təsbit edilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “X4 San. Ve Tic.” LTD ŞTİ-nin mütəxəssisi "Tarsus" markalı suvarma sistemi barədə məlumat verərək həmin əşyanın kənd təsərrüfatı təyinatlı suvarma qurğusu olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xətanın predmeti olaraq qəbul edilən əşya kompleks şəkildə suvarma sisteminin tərkib hissəsi olmaqla qanunverici tərəfindən ƏDV-dən azad olunmuş kənd təsərrüfatı təyinatlı suvarma qurğuları anlayışı altına düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir, ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (25 iyun 2021-ci il tarixli 00100-1215/21 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1445/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1445/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver