Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1446/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli 00100-01181/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********5012, **********4895 və **********2174 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə bitmişdir. Sözügedən mallardan istifadə olunaraq emal edilmiş 02 (iki) ədəd örtüklənmiş borunun gömrük nəzarəti altında məhv edilməsi üçün xx.xx.2024-cü il tarixdə müraciət edilsə də, malların məhvi üçün **********7142, **********7478 və **********9688 sorğu nömrəli gömrük bəyannamələri xx.xx.2024-cü il tarixində verilmişdir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/011909 saylı, xx.xx.2024-cü il tarixli cavab raportuna əsasən Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş **********5012 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 01 ədəd seriya nömrəsi 1076, netto çəkisi 2493 kq, invoys qiyməti 4401,04 ABŞ dolları olan xarici diametri 406,4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan, qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********4895 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 01 ədəd seriya nömrəsi 0530, netto çəkisi 2410 kq, invoys qiyməti 4259,52 ABŞ dolları olan xarici diametri 406,4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********2174 sorğu nömrəli gömrük bəyannaməsi üzrə netto çəkisi 10 kq, invoys qiyməti 32,6 ABŞ dolları olan Borcoat HE7405 adlı polietilen, 04 ədəd netto çəkisi 2,16 kq, invoys qiyməti 10,6 ABŞ dolları olan plastmasdan mərkəzləşdirici və 7 metr uzunluğunda, netto çəkisi 0,28 kq, invoys qiyməti 10,4 ABŞ dolları olan Masticband adlı poliuraten çubuqcuqlar öhdəlik müddəti bitənə qədər təkrar ixrac edilməmişdir. Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin 3-cü şöbəsinin rəisi Elşən Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********5012, **********4895 və **********2174 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə bitmişdir. Sözügedən mallardan istifadə olunaraq emal edilmiş 02 (iki) ədəd örtüklənmiş borunun gömrük nəzarəti altında məhv edilməsi üçün xx.xx.2024-cü il tarixdə müraciət edilsə də, malların məhvi üçün **********7142, **********7478 və **********9688 sorğu nömrəli gömrük bəyannamələri xx.xx.2024-cü il tarixində verilmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin 3-cü şöbəsinin rəisi Elşən Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş **********5012 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 01 ədəd seriya nömrəsi 1076, netto çəkisi 2493 kq, invoys qiyməti 4401,04 ABŞ dolları olan xarici diametri 406,4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan, qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********4895 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 01 ədəd seriya nömrəsi 0530, netto çəkisi 2410 kq, invoys qiyməti 4259,52 ABŞ dolları olan xarici diametri 406,4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********2174 sorğu nömrəli gömrük bəyannaməsi üzrə netto çəkisi 10 kq, invoys qiyməti 32,6 ABŞ dolları olan Borcoat HE7405 adlı polietilen, 04 ədəd netto çəkisi 2,16 kq, invoys qiyməti 10,6 ABŞ dolları olan plastmasdan mərkəzləşdirici və 7 metr uzunluğunda, netto çəkisi 0,28 kq, invoys qiyməti 10,4 ABŞ dolları olan Masticband adlı poliuraten çubuqcuqlar öhdəlik müddəti bitənə qədər təkrar ixrac edilməmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış Sistemindən elektron çıxarışlardan görünür ki, **********012 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilərək idxal edilən məhsulların öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə, **********4895 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilərək idxal edilən məhsulların öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə, **********2174 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilərək idxal edilən məhsulların öhdəlik müddəti xx.xx.2024-cü il tarixdə bitir. İş materiallarında olan Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC ilə Qazaxıstanın KCOİ şirkəti arasında xx.xx.2022-ci ildə bağlanmış ********** saylı müqaviləyə əsasən “1BCMA” layihəsi çərçivəsində ümumi uzunluğu 14605 metr olan 1164 ədəd polad boru Azərbaycana idxal edilərək “Daxildə emal xüsusi gömrük proseduru” altında rəsmilışdirilmişdir. Emal prosesi bitdikdən sonra sifarişçinin tələbinə əsasən 1158 ədəd örtüklənmiş və 4 ədəd emal prosesində cəlb edilməmiş boru Qazaxıstana ixrac edilmişdir. Layihənin texniki tələblərinə uyğun olmasını yoxlamaq məqsədilə 24238,44 ABŞ dolları dəyərində iki ədəd örtüklənmiş borunun üzərində dağıdıcı testlər aparılmışdır. Testlər nəticəsində boruların bir neçə yerə kəsildiyini və sifarişçi tərəfindən istifadəyə yararsız hesab edilyini nəzərə alaraq həmin boru hissələrini “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilməsi halları və Qaydası”na uyğun rəsmiləşdirilərək məhv edilməsinə icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizədən görünür ki, məhv edilməsi istənilən malların adı, miqdarı, invoys üzrə dəyəri göstərilmişdir. İş materiallarında olan Şəxs MMC-nin əməkdaşı X1 07 may 2024-cü il tarixli izahatından görünür ki, **********2174 sorğu nömrəli gömrük bəyannaməsi ilə bağlı müddət pozulmamışdır. Belə ki, həmin bəyannamə üzrə son müddət xx.xx.2024-cü il tarixi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. **********4895 və **********012 sorğu nömrəli gömrük bəyannamələri üzrə isə sifarişçidən cavab ala bilmədikləri üçün daxildə emal müddəti bitdikdən sonra müraciət edilmişdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Orxan Hacıyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********5012, **********4895 və **********2174 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə bitmişdir. Sözügedən mallardan istifadə olunaraq emal edilmiş 02 (iki) ədəd örtüklənmiş borunun gömrük nəzarəti altında məhv edilməsi üçün xx.xx.2024-cü il tarixdə müraciət edilsə də, malların məhvi üçün **********7142, **********7478 və **********9688 sorğu nömrəli gömrük bəyannamələri xx.xx.2024-cü il tarixində verilmişdir. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin əməkdaşı X1 izahatı alınmışdır. O, izahatında **********2174 sorğu nömrəli gömrük bəyannaməsi ilə bağlı müddəti pozmadıqlarını, belə ki, həmin bəyannamə üzrə son müddət xx.xx.2024-cü il tarixi müəyyən edildiyini və xx.xx.2024-cü il tarixdə müraciət etdiklərini , qalan 2 bəyannamə (**********4895 və **********012) üzrə sifarişçidən cavab ala bilmədiklərindən müraciəti daxildə emal müddəti bitdikdən sonra etdiklərini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edilən bəyannamələr üzrə daxil emal xüsusi gömrük prosedurunda yerləşdirilib həmin müddət ərzində təkrar ixrac edilməyən malların hansı mallar olduğu və invoys dəyərinin nə qədər təşkil etdiyi barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33- 1100/013/011001 saylı 11,05.2024-cü il tarixli raportla müraciət edilmişdir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011909 saylı xx.xx.2024-cü tarixli cavab raportuna əsasən, "X2" MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş **********5012 sorğu nömrəli gömrük cəyannaməsi üzrə 1 ədəd seriya nömrəsi 1076, netto çəkisi 2493 kq, invoys qiyməti 4401.04 ABŞ dolları olan xarici diametri 406.4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan, qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********4895 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1 ədəd seriya nömrəsi 0530, netto çəkisi 2410 kq, invoys qiyməti 4259.52 ABŞ dolları olan xarici diametri 406.4 mm olan, yivsiz, qaynaq tikiş yeri olmayan, qara metaldan, neft qazma sənayesində istifadə olunan boru, **********2174 sorğu nömrəli gömrük bəyannaməsi üzrə netto çəkisi 10 kq, invoys qiyməti 32.6 ABŞ dolları olan Borcoat HE7405 adlı polietilen, 4 ədəd netto çəkisi 2.16 kq, invoys qiyməti 10.6 ABŞ dolları olan plastmasdan mərkəzləşdirici və 7 metr uzunluğunda, netto çəkisi 0.28 kq, invoys qiyməti 10.4 ABŞ dolları olan Masticband adlı poliuretan çubuqcuqlar öhdəlik müddəti bitənə qədər təkrar ixrac edilməmişdir. **********5012, **********4895 və **********2174 sorğu nömrəli gömrük bəyannamələrinin öhdəlik müddətlərinin müvafiq olaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bitsədə şirkət tərəfindən müraciət xx.xx.2024-cü il tarixində edilmiş, Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixində 3-33-1100/1- 005046/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, idxalatçı tərəfindən yuxarıda qeyd edilən gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş, həmin müddət ərzində təkrar ixrac edilməyən və ya müddətin hansı səbəbdən pozulduğu barədə məlumat verilməyən hissənin invoys dəyəri ümumilikdə 8660.56 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 14723 manat təşkil edir. Belə ki, sözügedən tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 1.7 manat idi. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********5012, **********4895 və **********2174 sorğu nömrəli gömrük bəyannamələri üzrə mallar daxil emal xüsusi prosedurunda yerləşdirilib həmin müddət ərzində təkrar icrac edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 128-ci maddəsinə görə xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 166.0.5-ci maddəsinə əsasən emal (daxildə və xaricdə emal) xüsusi gömrük prosedurlarının əhatə dairəsinə daxildir. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”ın 7-ci maddəsinə görə: Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır (7.1-ci bənd); Gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Bu müddət müəyyənləşdirilərkən emal məhsullarının ixrac edilməsi, habelə istehsalat tullantıları barədə sərəncam verilməsi üçün tələb olunan vaxt da nəzərə alınır (7.2-ci bənd); Daxildə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır (7.3-cü bənd); Daxildə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir (7.4-cü bənd). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC -ə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 55, 114-115 və 497-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti 8660,56 (səkkiz min altı yüz altmış dollar əlli altı sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində, 2598 (iki min beş yüz doxsan səkkiz) ABŞ dolları, yəni –4417 (dörd min dörd yüz on yeddi ) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1446/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1446/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver