Məhkəmə qərarları › İş №3(009)-1447/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1447/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1447/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Qasımova Hicran Davud qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qasımova Hicran Davud qızı şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 iyul 2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən MN №-1017102 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında qərar 6 iyul 2021-ci il tarixdə ona təqdim edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Polis əməkdaşı 05.02.2021-ci il tarixində ona yaxınlaşaraq maskadan düzgün istifadə etmədiyini, daha sonra isə onu ümumiyyətlə taxmadığını əsas gətirərək protokol tərtib etmişdir. Belə pozuntuya yol vermədiyi halda barəsində protokol tərtib edilsə də, pozuntunun baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Polis əməkdaşı onu tərəfindən belə bir pozuntuya yol verildiyini iddia edirsə, bu halda ona sübutlar təqdim etməli idi, ancaq heç bir sübut olmadan inzibati qaydada cərimə edilmişdir. O, karantin qaydalarına çox ciddi şəkildə əməl edir, nəzərə alsaq ki, heç bir qapalı məkana tibbi maskasız bir şəxs belə buraxılmır, açıq havada isə öz sağlamlığını polis əməkdaşından daha çox düşünür, bu halda sözügedən pozuntuya yol verməyi mümkünsüzdür. İnzibati xəta ilə bağlı hər hansı sübut olmadan əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və qərar qəbul olunmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, müraciət etməyənə qədər barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ona rəsmi verilməmişdir. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanladığı 2 müraciətdən sonra qərar natamam vəziyyətdə 6 iyul 2021-ci il tarixdə ona qeyri-rəsmi qaydada Bakı şəhər Baş polis idarəsinin əməkdaşı Ruslan Məmmədov adlı şəxs (telefon - *** *** ** **) tərəfindən təqdim edilmişdir (əlavə olunur). Bu səbəbdəndir ki, inzibati xəta haqqında qərarın tarixini qeyd edə bilməmişdir. Yəni rəsmi olaraq da onun müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXMnin 128, 130-135-ci maddələrin əsasən məhkəmədən Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Səbail Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşının qanunsuz olaraq tərtib etdiyi MN Nq-1017102 nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, İXM-nin 53.0.1-ci və 53.0.2 maddəsinə uyğun olaraq inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə İXM-nin 114.1.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam veriləməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 05 fevral 2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Qasımova Hicran Davud qızı 05 fevral 2021-ci il tarixdə maska taxmadığına görə Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qasımova Hicran Davud qızı 05 fevral 2021-ci il tarixdə maska taxmadığına görə Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, Qasımova Hicran Davud qızının inzibati xətanı törətməsi sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, şikayətçi bildirir ki, o, karantin qaydalarına çox ciddi şəkildə əməl edir, ona görə də sözügedən pozuntuya yol verməyi mümkünsüzdür. Belə pozuntuya yol vermədiyi halda barəsində protokol tərtib edilsə də, pozuntunun baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Şikayətçinin qeyd etdiklərinə qarşılıq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış Qasımova Hicran Davud qızının İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanı törətmədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı, 05 fevral 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı əsassız olduğundan Qasımova Hicran Davud qızının şikayəti təmin edilməli və qeyd edilən qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi Qasımova Hicran Davud qızı barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 05 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 05 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində Qasımova Hicran Davud qızının barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar