Məhkəmə qərarları › İş №3(009)-1448/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1448/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1448/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayo n Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qəribli Günel Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3408/2018 saylı, 20.11.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3408/2018 saylı, 20.11.2018-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3408/2018 saylı, 20.11.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 10000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi 06.09.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə tələbin könüllü icra edilməsi haqqında bildiriş borcluya rəsmi qaydada 07.10.2019-cu il tarixdə göndərilmişdir. İcra sənədi üzrə tələb icra edilmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyatı təşkilatlara sorğu ilə müraciət etdilmiş borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 05.02.2021- ci il tarixli təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-73/2020 saylı 03.03.2020-ci il tarixli qərardadına əsasən Şəxs qızmm icra sənədinə əsasən ödənilməli olduğu pulu tam ödəyənə kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Bundan başqa borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılsa da o hər dəfə öz növbəsində müxtəlif bəhanələr gətirərək səhhəti ilə bağlı həkimdə olduğunu əməliyyat olunacağını bildirmişdir. Sonuncu dəfə 14.07.2021-ci il tarixdə verdiyi izahatında icra sənədində göstərilən borc məbləğindən bu günə qədər Səbail rayon icra şöbəsinin depozit hesabına 110 manat ödəniş etdiyini, qalıq borcunu isə hər ay 130 manat olmaqla hissə hissə ödəyəcəyini qeyd etmişdir. Beləliklə də borclu Şəxs icra sənədinin icrasından 02 (iki) ilə yaxın müddətdir ki yayınmışdır. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X3 borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs icra sənədini icra etmədiyini etiraf etmişdir. Eyni zamanda bildirmişdir ki, halhazırda rəsmi və ya qeyri-rəsmi heç bir yerdə işləmir, 2-ci qrup əlil olduğu üçün icra sənədində göstərilən məbləği tam şəkildə ödəyə bilmir, borc məbləğinin pensiyadan tutulmağı ilə heç bir etirazı yoxdur. Əlavə olaraq da qeyd edir ki, Ali Məhkəmənin müvafiq qərarından yeni açılmış hallarla bağlı əlavə kassasiya qaydasında şikayət vermişdir. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs vəzifəli şəxs kimi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar