Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1449/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollarından verdiyi şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayətdə inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan deyil, inzibati xəta haqqında protokollardan şikayət verilmişdir. Lakin qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iş materiallarına inzibati tənbehvermə barədə qərar əlavə edilməmiş, habelə qanunvericilikdə eyni vaxtda 3 ədəd inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Yuxarıda qeyd edilən hallar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir və hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil. Ona görə də, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollarından verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1449/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1449/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver