Məhkəmə qərarları › İş №3(009)-145/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-145/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-145/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 07 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbbi sərvətlər idarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı qərar əsassız tərtib olunduğundan ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbbi sərvətlər idarəsinə dəvət olunmuşdur. O da xx.xx.2023-cü il həmin idarəyə getdikdə onun idarə etdiyi maşından yol kənarına kərpic qırıntılarını və tullantıların tökülməsi ilə bağlı ona məlumat verdilər. O, orada elə bir hadisənin olmadığını bildirmjişdir. Sonra aydınlaşdırdıqda oğlunun onun avtomobili ilə həmin ərazidə işlədiyini, lakin ora hər hansı bir tullantı boşaltmadığını müəyyən etmişdir. O, bu barədə həmin idarənin əməkdaşlarına bildirdikdə onlar onun savadsızlığından istifadə edərək ona yazdıqlarını olduğu kimi köçürtdüyü təqdirdə sadəcə ona bir xəbərdarlıq yazıb verəcəklərini bildirdilər. O da onlara güvənib yazıb qarşısına qoyulanları öz xətti ilə yazmaqla imzalamışdır. Bundan bir neçə gün sonra isə evinə məktub vasitəsilə onun 500 (beş yüz) manat miqdarında inzibati cərimə olunmağına dair qərar gəlmişdir. Bu səbəbdən də bu məsələnin aydınlaşdırılması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, ümumiyyətlə həmin vaxt həmin yerdə olmamışdır. onun maşını oğlu Nadir tərəfindən idarə olunmuşdur. Onlar yük maşını ilə tullantı daşımır. Şəxslərin sifarişi əsasında daş və kərpic daşıyaraq tikinti aparılan ərazilərə boşaldır. Qərar da onun kərpic qırıntıları boşaldığı qeyd olunmuşdur ki, buna münasibətdə də bildirir ki, kərpic qırıntısı tikinti işlərində əlverişli deyildir və qırıntı daşımaq üçün onlara heç bir şəxs sifariş vermir. O, həmin maddənin tələbini pozacaq heç bir hərəkətə yol verməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbbi sərvətlər idarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı qərar əsassız tərtib olunduğundan ləğv olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 07 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 07 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv ünvanında qanunla müəyyən olunmayan sahəyə X10 Yük markalı 99XN328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə tullantıların boşaldılaraq qalaqlanmasına görə X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında 20 dekabr 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv ünvanında köhnə karyer adlanan ərazidə X10 Yük markalı 99XN328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə tullantıların boşaldılaraq qalaqlanmışdır. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən görünür ki, 20 dekabr 2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv ünvanında köhnə karyer adlanan ərazidə X4 tərəfindən X10 Yük markalı 99XN328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə tullantıların boşaldılaraq qalaqlanması faktı öz təsdiqini tapmır və heçbir vasitə ilə sübuta yetirilmir. Bundan əlavə məhkəmə iclasında X4 bildirmişdir ki, sözügedən gün nəqliyyat vasitəsi onun tərəfindən deyil, onun oğlu tərəfindən idarə olunmuşdur. Odur ki, qərar inzibati məsuliyyətə cəlb olunmalı olan barəsində qəbul olunmmamışdır və bu səbəbdən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci madəsinə görə Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 07 yanvar 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X2 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 07 yanvar 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X4 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar