Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1451/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 iyul 2021-ci il tarixli, 00100- 1053/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 08 iyul 2021-ci il tarixli, 00100-1053/21 saylı inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan ‘KTL-Caspian” MMC-nin ünvanına 16.05.2021-ci il tarixdə Türkiyə Respublikasından FH951HF/BS951S nömrə nişanlı yük avtomaşınında A3B**********377 nömrəli 03.05.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********2282 sorğu nömrəli 16.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 19.05.2021-ci il tarixdə “İpək Yolu” terminalında gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı həmin yük avtomaşınında daxil olmuş mallara dair Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2282 sorğu nömrəli 16.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmçinin, qeyd olunan gömrük bəyannaməsində bəyan olunmamış və \3B**********377 nömrəli 03.05.2021-ci il tarixli invoys sənədində qeyd olunmayan malların (İFMN üzrə kodunun və təyinatının dəqiqləşdirilməsi zəruriyyəti yaranmış və bu məqsədlə X3 İdarəsinə 1400-013/004- 25/003161 nömrəli 19.05.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. X4 İdarəsindən Bakı Bas Gömrük İdarəsinə daxil olmus 2200-013/002-25/002516 nömrəli 25.05.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına A3D**********377 nömrəli 03.05.2021-ci il tarixli invoys sənədinin 1,2-ci mövqeləri üzrə idxal olunan mallar XİFMN-ə görə aşağıdakı kimi sinifləsdirilir: İnvoys, XİF MN üzrə Malın adı mövqe kodu A3D********** 377 nömrəli invoysun 1-cİ mövqeyi 8504 40 üzrə “İmax B3 pro” nişanlı oyuncaqlar üçün nəzərdə tutulmuş 550 9 akkumlyatorun yüklənməsində istifadə olunan qurğu 2-ci mövqeyi “Pıxhawk PX4” nişanlı yığılmamış vəziyyətdə 9503 00 üzrə plastmasdan mühərrikli oyuncaq kvadrokopter 750 0 İnvoysda “İmax B6 AC” adlı akkumlyatorun yüklənməsində istifadə 8504 40 qeyd olunan qurğu 550 9 olunmayan “HSKRC QAV 250” adlı plastmasdan mühərrikli oyuncaq 9503 00 mövqelər kvadrokopter 750 0 Beləliklə də, X4 İdarəsinin rəyinə, həmçinin FH951HF/BS951S ə nişanlı yük avtomaşınına həyata keçirilmiş baxışa əsasən müəyyən edilmişdir ki, sözügedən avtomasınında Şəxs MMC tərəfindən təqdim edilən **********2282 sorğu nömrəli 16.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 5 ədəd üzərində “HSKRC QAV250” adlı plastmasdan oyuncaq kvadrokoptera oxşar predmet yükü və gömrük orqanına düzgün bəyan edilməyən 200 ədəd “İMAX B6AC” adlı və 20 ədəd “İMAX B6” adlı akkumulyatorun yüklənməsində istifadə olunan qurğu yükü aşkar edilmişdir. Belə ki, **********2282 sorğu nömrəli 16.05.2021-ci tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 920 ədəd “İMAX B3” akkumulyator bəyan edildiyi halda, həmin mallardan 200 ədədinin “İMAX B6AC” adlı, 20 ədədinin isə “İMAX B6” adlı akkumulyatorun yüklənməsində istifadə olunan qurğu olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, “Arem 3D Elektronik İth. İhr. San, ve Tic LTD STİ” tindən FH951HF/BS951S nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar ona məxsusdur, onun tərəfindən sifariş edilib, həmin mallar robot-texnologiya mallardan ibarətdir, qeyd olunan malların Təhsil Nazirliyində təqdimatı nəzərdə tutulub, müsbət rəy alındıqdan sonra malların satışını həyata keçirmək niyyətindədirlər, bu mallar müxtəlif fizika, elmi tədqiqat və robot-qayırma tədris müəssisələrində oxuyan şagirdlər, tələbələr üçün nəzərdə tutulub, öz şirkəti olmadığından, həmçinin, adına VÖEN olmadığından mallar Şəxs MMC-nin adına idxal edilmiş, həmin mallar göndərilmiş sənədlər əsasında gömrük orqanına bəyan edilmişdir. Belə ki, “İMAX B3” usu 920 ədəd qeyd edildiyindən gömrük bəyannaməsində də həmin maldan eyni sayda göstərilmişdir, 200 ədəd “İMAX B6AC" adlı, 20 ədəd “İMAX B6” adlı qurğuların hansı səbəbdən müşayiət sənədlərində “İMAX B3” adı altında qeyd edilməsi barədə məlumatı yoxdur, 5 ədəd üzərində “HSKRC QAV250” adlı plastmasdan oyuncaq kvadrokopterə oxşar yük isə sənədlərdə göstərilmədiyindən **********2282 sorğu nömrəli 16.05.2021-ci il tarixli gömrük bənnaməsində qeyd edilməmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi və təyinatının müəyyən edilməsi, həmçinin, yük avtomaşınında olan 25 qutu üzərində heç bir markalanma göstəricisi olmayan plastmasdan kvadrokopterin hissələri yükünün təyinatının müəyyən edilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/003604 nömrəli 03.06.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təqdim edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3742 nömrəli 06.07.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 5 ədəd üzərində “HSKRC QAV250” markalanma göstəricisi olan plastmasdan oyuncaq kvadrokopterin yığılması üçün hissələrin orta bazar qiymətinin 125 manat, 200 ədəd ÇXR-də istehsal olunmuş, üzərində “İMAX B6AC” markalanma göstəricisi olan akkumlyatorun yüklənməsində istifadə olunan qurğunun orta bazar qiymətinin 8000 manat, 20 ədəd ÇXR-da istehsal olunmuş, üzərində “İMAX B6” markalanma göstəricisi olan akkumlyatorun yüklənməsində əldə olunan qurğunun orta bazar qiymətinin 540 manat, ekspertiza tədqiqatına təqdim edilmiş, 3 adda malların ümumilikdə 16.05.2021-ci il tarixə orta bazar qiymətinin 8665,00 manat olduğu müəyyən edilmişdir. Həmçinin, sözügedən ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 5 ədəd üzərində “HSKRC QAV250” markalanma göstəricisi olan və 25 qutu üzərində heç markalanma göstəricisi olmayan plastmasdan hissələr kvadrokopterin hissələrinə aiddir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 5 ədəd üzərində “HSKRC QAV250” markalanma təricisi olan plastmasdan ovuncaq kvadrokopterin yığılması ücün hissələr yükünün orta bazar qiyməti 125,00 manat, gömrük orqanına düzgün bəyan edilməyən 200 ədəd CXR-də istehsal olunmus, üzərində “İMAX B6AC” markalanma göstəricisi olan akkumlyatorun yüklənməsində istifadə olunan qurğu və 20 ədəd ÇXR-da istehsal olunmuş, üzərində “İMAX B6” markalanma göstəricisi olan akkumlyatorun yüklənməsində istifadə olunan qurğu yükünün orta bazar qiyməti 8540,00 manat, ümumilikdə isə malların orta bazar qiyməti 8665,00 manat təşkil edir. Həmçinin həmin protokola əsasən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin rəisi tərəfindən tərtib edilmiş 27 may 2021-ci il tarixli raportdan görünür ki, BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına (VÖEN: **********) FH951HF/BS951S nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan yüklərə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2282 saylı, 16.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmçinin qeyd olunan gömrük bəyannaməsi ilə bəyan olunmamış və A3B**********377 saylı, 03.05.2021-ci il tarixli invoys sənədində qeyd olunmayan yüklərin XİF MN üzrə kodunun və təyinatının dəqiqləşdirilməsi zəruriyyəti yaranmış və bu məqsəd ilə X6 İdarəsinə 1400-013/004-25/003161 saylı, 19.05.2021-ci il tarixli məktub ilə müraciət olunmuşdur. X6 İdarəsindən daxil olan 2200-013/002-25/002516 saylı, 25.05.2021-ci il tarixli cavab məktubuna əsasən A3B**********377 saylı, 03.05.2021-ci il tarixli invoys sənədində 1-ci və 2-ci mal mövqeyində qeyd olunan və qeyd olunmayan mallar “plastmasdan mühərrikli kvadrokopter və akumulyatorun yüklənməsi üçün istifadə olunan qurğu” olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 06 iyul 2021-ci il tarixli 9/3742 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların ümumilikdə 16.05.2021-ci il tarixə orta bazar qiyməti təxminən 8665,00 manat müəyyən edilir. 2-ci sualda qeyd olunan 5 ədəd üzərində “HSKRC QAV250” markalanma göstəricisi olan və 25 qutu üzərində heç bir markalanma göstəricisi olmayan plastmasdan hissələr kvadrokopterin hissələrinə aiddirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli **********2282 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 920,00 ədəd akkumlyatorlar, 61,9 kq kabellər üçün birləşdiricilər-konnektorlar və 3800,00 ədəd kürəcikli və diyircəkkli yastıqları ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan xətanın bilavasitə predmeti olan malların ümumi dəyəri 8000 manat , İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan xətanın bilavasitə predmeti olan malların ümumi dəyəri 8540,00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli, lakin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, ödənilməli olan 8540 manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 8540 (səkkiz min beş yüz qırx ) manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğdə, yəni 2562 (iki min beş yüz altmış iki) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1451/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1451/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver