Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1451/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC -nin nümayəndəsi-vəkili X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli 00100-01397/** EP ***5225 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsindən daxil olmuş 3-33-1100/014/011204 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, 11 may 2024-cü il tarixdə 11:20 radələrində Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında Türkiyə Respublikasından gələn 90DN491 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlaması aparılmış, yoxlama zamanı sözügedən rentgen gurğusunun monitorunda 7 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin qutulara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə həmin bağlamalarda gömrük orqanına bəyan edilməyən 4 ədəd kombi, 1 yer avtomobil ehtiyyat hissəsi (11 kg), 1 yer avadanlıq (55kq) və 1 yer içərisində müxtəlif pornoqrafik materiallar olan predmetlər (76kq) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 11 may 2024-cü il tarixli yoxlama haqqında protokoldan müəyyən olunur ki, gömrük orqanına bəyan olunmayan malların siyahısı aşağıdakılardır:
1. Termodinamik yazılı olan isitmə sistemi - 4 ədəd
2. Avadanlıq ehtiyyat hissələri: -Üzərində Precimeter yazısı olan ehtiyyat hissəsi - 1 ədəd -Üzərində Wieltra yazısı olan ehtiyyat hissələri - 2 ədəd -Üzərində SCS yazısı olan ehtiyyat hissələri - 6 ədəd -Üzərində heçbir yazısı olmayan plastmasdan ehtiyyat hissələri - 32 ədəd -X4 MA yazısı olan ehtiyyat hissəsi - 1 ədəd -Adı və markası olmayan dəmirdən ehtiyyat hissələri - 1938 ədəd (7kq) 3 .Avtomobil ehtiyyat hissələri: -Üzərində Wender parts MA********** yazısı olan ehtiyyat hissələri - 20 ədəd -X9 MA********** yazısı olan ehtiyyat hissələri - 10 ədəd -Üzərində MA********** yazısı olan ehtiyyat hissələri - 9 ədəd -X9 MA********** yazısı olan ehtiyyat hissələri - 5 ədəd -Üzərində MA********** yazısı olan ehtiyyat hissələri- 20 ədəd -Üzərində MA********** yazısı olan ehtiyyat hissələri- 28 ədəd -Üzərində MA********** yazısı olan ehtiyyat hissələri – 69 ədəd
4. Pornoqrafik materiallar olan predmetlər: - Üzərində Bernato yazısı olan l №-li predmet - 392 ədəd - Üzərində Redsaks yazısı olan 2 N°-li predmet - 103 ədəd - Markası olmayan 3 №-li predmet - 111 ədəd - Markası olmayan 4 №-li predmet – 150 ədəd - Markası olmayan 5 №-li predmet- 193 ədəd -Markası olmayan 6 №-li predmet - 35 ədəd -Markası olmayan 7 №-li predmet - 8 ədəd -Markası olmayan 8 №-li predmet - 7 ədəd -Markası olmayan9 №-li predmet - 6 dəst -Markası olmayan 10 №-li predmet - 16 dəst -Markası olmayan 11 №-li predmet - 14 dəst -Markası olmayan 12 №-li predmet - 31 dəst -Markası olmayan 13 №-li predmet - 8 dəst -Markası olmayan 14 №-li predmet - 19 dəst -Markası olmayan 15 №-li predmet - 6 dəst - Üzərində Kamasutra pozisyon çarkı yazısı olan predmet - 10 ədəd - 17 №-li predmet - 5 dəst - Üzərində Kamasutra playing cards yazısı olan predmet - 30 qutu - Üzərində Sex dice yazısı olan predmet - 20 cüt - Markası olmayan 20 №-li predmet - 440 ədəd Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı 90DN491 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı alınmışdır, ( O,izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Masallı rayonunda anadan olub, hal-hazırda da orada yaşayır və rəsmi olaraq nikahdadır, 3 övladı var, təqribən 24-25 il olar ki, sürücülüklə məşğuldur, hal-hazırda 5-6 aydır ki, müqavilə əsasında ‘'Azerline Logistic MMC” şirkətində sürücü işləyir və 90DN491 nömrə nişanlı yük avtomobilini idarə edir. 90DN491 nömrə nişanlı yük avtomobili ona məxsusdur, işin mahiyyəti üzrə bildirir ki, 09 may 2024-cü il tarixdə təxminən saat 00:50 radələrində Qırmızı körpü gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olub. Posta daxil olduqdan sonra ilk növbədə sərhəd orqanının əməkdaşları tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə vizual baxış keçirildi, daha sonra nəqliyyat vasitəsini tərəziyə sürüb, oradan keçəndən sonra gömrük əməkdaşlarının maşınları yoxladığı yerdə saxlayıb və mallara dair müvafiq sənədləri gömrük əməkdaşlarına təhvil verib, təqdim etdikdən sonra idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşıb, çünki gömrük əməkdaşları tərəfindən həmin an nəqliyyat vasitəsinə baxış keçirilirdi, baxış keçiriləndən sonra isə idarə etdiyi 90DN491 nömrə nişanlı yük avtomobilinə gömrük əməkdaşı tərəfindən GPS bağlandı və Azərbaycan Respublikasına məxsus gömrük təminatı olan plomb vuruldu, GPS bağlandıgdan və Azərbaycan Respublikasına məxsus gömrük təminatı olan plomb vurulduqdan sonra maşını 5 metr qabağa sürüb rentgen qurğusundan keçirdib saxlayıb və mallara dair müvafiq sənədləri gömrük əməkdaşlarından təhvil alıb, sənədləri təhvil aldıqdan sonra nəqliyyat vasitəsi ilə çölə çıxıb və birbaşa təyinatı üzrə yola düşmüşdür, “Azerline Logistic MMC” şirkətində işləyən Elvin adlı məsul şəxsin tapşırığı ilə 2024-cü ilin aprel ayında 90DN491 nömrə nişanlı yük avtomobili ilə boş olaraq Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, İstanbul şəhərində idarə etdiyi 90DN491 nömrə nişanlı yük avtomobili müxtəlif adda mallar ilə yüklənmişdir və yüklənmə təqribən 3 günə yekunlaşmışdır, çünki yüklənən mallar Türkiyə Respublikasının ayrı-ayrı yerlərində istehsal olunur və 3 gün ərzində həmin mallar nəqliyyat vasitəsinə yüklənilmişdir, mallar 90DN491 nömrə nişanlı yük avtomobilinə yüklənərkən orada iştirak etməmişdir. Əlavə olaraq bildirir ki, malların konkret nələrdən ibarət olduğundan xəbərsizdir, çünki malları orada çeşidləyən başqa işçidi, yükləyən başqa işçi, o sadəcə nəqliyyat vasitəsinin dolub-dolmamasına baxır ki, yekunlaşan kimi yola düşsün, qeyd etdiyi müxtəlif adda olan yükləri “Damon Project 2024 MMC” şirkətinə gətirmiş, yenidən bildirir ki, nəqliyyat vasitəsi Türkiyə Respublikasının İstanbul şəhərində anbarda yüklənərkən malların nələrdən ibarət olduğuna diqqət etmir, çünki mallar yüklənib qurtardıqdan sonra həmin mallara dair sənədlər ona təqdim edilir və həmin sənədlər əsasında da yüklənən malları tranzit olaraq Gürcüstan Respublikasının ərazisindən keçərək Azərbaycan Respublikasına gətirir, mallara dair sənədlərdə hansı yüklərin olmasına diqqət etmir, çünki ona yüklər maraqlı deyil, ona maraqlı olan məsələ odur ki, yüklənən malları sağlam şəkildə təyinatı üzrə çatdırsın, suala mahiyyəti üzrə cavabı odur ki, həmin malları ünvanına gətirdiyi şirkət bəyan etməlidir, onun nədənsə xəbəri yoxdur, sadəcə olaraq yükləri təyinatı üzrə çatdıran kimi dərhal, Şəxs MMC şirkətinə məlumat verib. Həmçinin, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 da izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında eydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) etibarnamə üzrə nümayəndəsidir, nümayəndəsi olduğu MMC-nin əsas fəaliyyət istiqaməti müxtəlif adda malların idxalını həyata keçirməkdən ibarətdir, işin mahiyyəti üzrə bildirir ki, sonuncu dəfə xx.xx.2024-cü tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “FG Güven Kağıt sanayi ve dış ticaret limited" şirkətindən 90DN491 nömrə nişanlı yük avtomaşınında TR0205CK12 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə 35 adda müxtəlif mallar daxil olmuşdur, həmin mallar Bakı Baş Gömrük idarəsində **********1022 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, idxal edilmiş mallar "DAMON PROJECT 2024” MMC və Türkiyə Respublikasının “FG Güven Kağıt Sanayi ve dış ticaret limited” şirkəti arasında bağlanmış DP0123 ömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında sifariş edilmişdir, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməyib, Şəxs MMC və Türkiyə Respublikasının “FG Güven Kağıt Sanayi ve dış ticaret limited” şirkəti arasında bağlanmış DP0123 nömrəli 1.11.2023-cü il tarixli müqaviləyə əsasən idxal edilmiş mallara görə ödənişlər qarşı tərəfə mallar Şəxs MMC tərəfindən təhvil alındıqdan sonra ödənilməlidir, həmin malların sifarişi “DAMON PROJECT 2024" MMC tərəfindən həyata keçirilib. Mallar “DAMON PROJECT 024" MMCyə məxsusdur, ümumiyyətlə, ixracatçı şirkət tərəfindən 90DN491 nömrə nişanlı yük vtomaşınına mallar yüklənərkən ancaq 35 adda qeyd olunan sənədlər “DAMON PROJECT 2024" İMC-yə göndərilmişdir, Şəxs MMC həmin sənədləri broker şirkətinə göndərmişdir ki, mallar gömrük ərazisinə daxil olmamışdan öncə qısa idxal bəyannaməsi tərtib edilsin, həmin sənədlər əsasında **********1788 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, həmin qısa idxal bəyannaməsində ancaq invoysda qeyd edilən dəyər düzgün göstərilməklə 1 adda mal kimi qeyd edilmişdir, ömrük orqanına bəyan edilməyən mallar aşkar ediləndən sonra ixracatçı şirkətlə əlaqə saxlanılmış, Türkiyə Respublikasının "FG Güven Kağıt Sanayi ve dış ticaret limited" şirkəti rəfindən Şəxs MMC-yə bildirilmişdir ki, 90DN491 nömrə nişanlı yük avtomaşınına invoysda qeyd edilən mallardan əlavə mallar da yükləmişlər, gömrük orqanına bəyan edilməyən aşkar edilən malların nəqliyyat vasitəsinə yüklənməsindən əvvəldən xəbərləri olmayıb, əlavə olaraq bildirir ki, gömrük orqanına bəyan olunmayan aşkar edilən protokol üzrə pornoqrafik materiallar olan predmetlərin daxilində olan malların içərisində qadın üçün alt geyimlər, onların qutuları var və onlar pornoqrafik materiallar hesab edilmir, digər aşkar edilən gömrük orqanına elan edilməyən malları, həmçinin pornoqrafik materiallar hesab edilməyən malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədirlər, qarşı tərəfə həmin mallarla bağlı ödənişlər həyata keçiriləcək, pornoqrafik material hesab edilən mallarla bağlı isə deyir ki, ixracatçı şirklətlə danışılıb və həmin malların müsadirə edilməsinə etiraz etmirlər. Ümumiyyətlə, qeyd edir ki, podratçı şirkət tərəfindən vaxtında məlumatlandırma olmadığına görə aşkar edilən həmin mallar gömrük bəyannaməsində öz əksini tapmamış və gömrük orqanına bəyan edilməmişdir, gömrük qaydalarının pozulduğunu etiraf edir və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazırdırlar. İş materiallarına əlavə edilmiş **********1022 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən, **********1788 sorğu nömrəli qısa idxal bəyannaməsindən, onların qoşma sənədlərindən görünür ki, 11 may 2024-cü il tarixli yoxlama haqqında protokolda qeyd olunan aşkar olunan mallar Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməmişdir. Aparılmış araşdırma zamanı 11 may 2024-cü il tarixli yoxlama haqqında protokolda qeyd olunan ümumilikdə 20 növ pornoqrafik materiallar olan predmetlərin hansının pornoqrafik material və ya əşya hesab edilməsi, həmin yoxlama haqqında protokolda qeyd olunan malların qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-002879/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə müraciət edərək ekspertizanın aparılması dəyəri 200 (iki yüz) manat olan 59 saylı müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və X1” birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 59 nömrəli ekspertiza aktına əsasən aşağıda qeyd olunan mallar ponoqrafik material və ya əşya hesab edilir: -Markası olmayan 7 №-li predmet - 8 ədəd - 1 ədədinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 240 azn -Markası olmayan 8 №-li predmet - 7 ədəd - 1 ədədinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 210 azn -Markası olmayan 9 №-li predmet - 6 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 270 azn -Markası olmayan 10 №-li predmet - 16 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 480 azn -Markası olmayan 11 №-li predmet - 14 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 420 azn -Markası olmayan 12 №-li predmet - 31 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 930 azn -Markası olmayan 13 №-li predmet - 8 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 240 azn -Markası olmayan 14 №-li predmet - 19 dəst - 1 dəstinin orta bazar qiyməti 30 azn olmaqla cəmi 570 azn -Üzərində Kamasutra pozisyon çarkı yazısı olan predmet - 10 ədəd - 1 ədədinin orta bazar qiyməti 7 azn olmaqla cəmi 70 azn -Üzərində Kamasutra playing cards yazısı olan predmet - 30 qutu - 1 qutunun orta bazar qiyməti 5 azn olmaqla cəmi 150 azn -Üzərində Sex dice yazısı olan predmet - 20 cüt - 1 cütünün orta bazar qiyməti 5 azn olmaqla cəmi 100 azn -Markası olmayan 20 №-li predmet - 440 ədəd - 1 ədədinin orta bazar qiyməti 0.70 azn olmaqla cəmi 308 azn Ümumilikdə pornoqrafik material və ya əşya hesab edilən malların dəyəri 3988 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixə Termodinamik yazılı olan isitmə sisteminin 1 ədədinin orta bazar qiyməti 1500 azn olmaqla 4 ədədinin cəmi orta bazar qiyməti 6000 azn, 1 ədəd üzərində Precimeter yazısı olan ehtiyyat hissəsinin orta bazar qiyməti 2500 azn, üzərində Wieltra yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 400 azn olmaqla 2 ədədinin cəmi orta bazar qiyməti 800 azn, üzərində SCS yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 50 azn olmaqla 6 ədədinin cəmi orta bazar qiyməti 300 azn, üzərində heçbir yazısı olmayan plastmasdan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 2.50 azn olmaqla 32 ədədinin cəmi orta bazar qiyməti 80 azn, 1 ədəd X4 MA yazısı olan ehtiyyat hissəsinin orta bazar qiyməti 5000 azn, adı və markası olmayan dəmirdən ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 0.50 azn olmaqla 1938 ədədinin cəmi orta bazar qiyməti 969 azn, üzərində Wender parts MA********** yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 80 azn olmaqla 20 ədədinin cəmi orta bazar qiyməti 1600 azn, X9 MA********** yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 50 azn olmaqla 10 ədədinin cəmi orta bazar qiyməti 500 azn, üzərində MA********** yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 45 azn olmaqla 9 ədədinin cəmi orta bazar qiyməti 405 azn, X9 MA2712CW352 yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 15 azn olmaqla 5 ədədinin cəmi orta bazar qiyməti 75 azn, üzərində MA********** yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 5 azn olmaqla 20 ədədinin cəmi orta bazar qiyməti 100 azn, üzərində MA20383C2Z3 yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 8 azn olmaqla 28 ədədinin cəmi orta bazar qiyməti 224 azn, üzərində MA********** yazısı olan ehtiyyat hissələrinin 1 ədədinin orta bazar qiyməti 5 azn olmaqla 69 ədədinin cəmi orta bazar qiyməti 345 azn, üzərində Bernato yazısı olan 1 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 0.30 azn olmaqla 312 ədədinin cəmi orta bazar qiyməti 117.60 azn, üzərində Redsaks yazısı olan 2 №-li predmetin 1 dədinin orta bazar qiyməti 0.30 azn olmaqla 103 ədədinin cəmi orta bazar qiyməti 30.90 azn, markası olmayan 3 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 azn olmaqla 111 ədədinin cəmi orta bazar qiyməti 1665 azn, markası olmayan 4 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 m olmaqla 150 ədədinin cəmi orta bazar qiyməti 2250 azn, markası olmayan 5 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 azn olmaqla 193 ədədinin cəmi orta bazar qiyməti 2895 azn, markası olmayan 6 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 azn olmaqla 35 ədədinin cəmi orta bazar qiyməti 525 azn, markası olmayan 15 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 m olmaqla 6 ədədinin cəmi orta bazar qiyməti 90 azn, markası olmayan 17 №-li predmetin 1 ədədinin orta bazar qiyməti 15 azn olmaqla 5 ədədinin cəmi orta bazar qiyməti 75 azn müəyyən edilməklə ümumi qeyd olunan malların dəyəri 26546.50 manat müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 protokola etiraz etməyərək, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmiş və məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında qeyd edilən tənbehin aşağı həddini təyin olunmasını xahiş etmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük orqanına bəyan edilməyən 11 may 2024-cü il rixli yoxlama haqqında protokolda qeyd olunan yüklərin ümumilikdə orta bazar qiyməti 30534.50 otuz min beş yüz otuz dörd manat əlli qəpik) manat təşkil edir. NəticədəŞəxs MMC tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024 – cü il tarixli raportdan görünür ki, 11 may 2024-cü il tarixdə 11:20 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1 – ci anbarında Türkiyə Respublikasından ayrı – ayrı şəxslərə məxsus yükləri daşıyan 90DN491 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ – SCAN 180180 – 2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşı Musayev Ramin tərəfindən gömrük yoxlaması aparılmışdır.Yoxlama zamanı, sözügedən rentgen qurğusunun monitorunda 7 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin qutulara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə həmin bağlamalarda gömrük orqanına bəyan edilməyən 4 ədəd kombi, 1 yer avtomobil ehtiyyat hissəsi (11 kq), 1 yer avadanlıq hissəsi (55 kq) və 1 yer içərisində müxtəlif pornoqrafik materiallar olan predmetlər (76 kq) aşkar edilmişdir. Yuxarıda qeyd olunları nəzərə alaraq, məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Skanlaşdırma şöbəsindən daxil olmuş 3-33-1100/014/011204 saylı xx.xx.2024-cü il tarixli raportaun icrasına əsasən 11 may 2024 – cü il tarixdə 11:20 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1 – ci anbarında Türkiyə Respublikasından ayrı – ayrı şəxslərə məxsus yükləri daşıyan 90DN491 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ – SCAN 180180 – 2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşı Musayev Ramin tərəfindən gömrük yoxlaması aparılmış,yoxlama zamanı, sözügedən rentgen qurğusunun monitorunda 7 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin qutulara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə həmin bağlamalarda gömrük orqanına bəyan edilməyən 4 ədəd kombi, 1 yer avtomobil ehtiyyat hissəsi (11 kq), 1 yer avadanlıq hissəsi (55 kq) və 1 yer içərisində müxtəlif pornoqrafik materiallar olan predmetlər (76 kq) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli “yoxlama haqqında” protokolundan görünür ki, yoxlama zamanı 90DN491 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan 7 ədəd bağlamada “Hİ – SCAN 180180-2is pro” markalı rentgen qurğusundan keçirilərkən monitoda şübhəli cizgilər müşahidə edildiyindən həmin bağlamalara fiziki yoxlanış həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2024 – cü il tarixli 59 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş pornoqrafik material və ya əşya hesab edilən malların dəyəri 3988 manat, 4 ədəd Termodinamik yazılı olan isitmə sisteminin,avadanlıq ehtiyat hissələrinin, avtomobil ehtiyyat hissələrinin və pornoqrafik material və ya əşya hesab edilməyən malların ümumi dəyəri isə 26546,5 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214.1.3-cü maddəsinə əsasən milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq pornoqrafik materialların və ya əşyaların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 12214 (on iki min iki yüz on dörd) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Səmədova