Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1453/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, Ş.Allahverdiyev küçəsində (dəqiq ünvan bilinmir) kirayədə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:20 radələrində Səbail RPİ-nin 8-ci PB-də polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən onlara qarşı nalayiq ifadələr işlətmiş və polis bölməsinin iş rejimini 20-25 dəqiqə pozmaqla polisin qanuni tələblərinə tabe olmadığına görə onun barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o, sərxoş vəziyyətdə olmuş, ona Səbail RPİ-nin 8-ci polis bölməsindən zəng gəlmiş və Aysel Əliyevanın şikayəti əsasında polis bölməsinə dəvət olunmuşdur. O, içkili olduğu halda Səbail RPİ-nin 8-ci polis bölməsinə yaxınlaşıb, içəri daxil olarkən Aysel Əliyevanı görən zaman əsəbləşib söyüş söyməyə başlamış, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, Sərxoş olduğu üçün onların qanuni tələblərinə əməl etməmişdir. O, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X10 izahatında bildirmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə, saat 16:07-də DİN 102 xidmətinə məlumat daxil olmuşdur ki, Səbail rayonu, 20-ci sahə, Şahlar Allahverdiyev küçəsi (dəqiq ünvanı bilmir) kirayə yaşayan vətəndaş X5 tanışı Şəxs ona məxsus yarıçılpaq şəklini onun əri Zaura göndərərək onun ailəsini dağıtmışdır və hal-hazırda da onu narahat edir. Bu məlumatla əlaqədar Şəxs 8-ci PB-nə dəvət olunmuşdurlar. Bölməyə daxil olduqdan sonra Şəxs polis bölməsində özünü qeyri-səmimi apararaq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək və polis əməkdaşlarına müqavimət göstərərək təhqir edib, polis bölməsinin iş rejimini 20-25 dəqiqə pozmuşdur. Bundan əlavə Şəxs, polis bölməsinin ikinci mərtəbəsində 2 nömrəli xidməti otağda da səs-küy salmış, PB-nin əməkdaşlarına qarşı kobudluq və nalayiq ifadələr işlədərək müqavimət göstərmiş, həmçinin şikayətçi X2 ünvanına nalayiq ifadələr işlətmiş və bölmənin iş rejimini 20-25 dəqiqə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X3 izahatında X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 16:07 radələrində DİN 102 xidmətinə zəng edərək Səbail rayonu, 20-ci sahə, Şahlar Allahverdiyev küçəsi (dəqiq ünvanı bilmir) kirayə yaşayan tanışı Şəxs ona məxsus yarıçılpaq şəklini onun əri Zaura göndərərək onun ailəsini dağıtmışdır və hal-hazırda da onu narahat edir. Bununla əlaqədar olaraq o və Şəxs 8-ci PB-nə dəvət olunmuşlar. Bölməyə daxil olduqdan sonra Şəxs polis bölməsində özünü qeyri-səmimi apararaq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək və polis əməkdaşlarına müqavimət göstərərək təhqir etmişdir. Bundan əlavə onun da, ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:20 radələrində Səbail RPİ-nin 8-ci PB-də polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən onlara qarşı nalayiq ifadələr işlətmiş və polis bölməsinin iş rejimini 20-25 dəqiqə pozmaqla polisin qanuni tələblərinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 2/5085 nömrəli aktından görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20.15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf eməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini, eləcə də inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1453/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1453/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver