Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1453/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli 00100-1295/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "Resource Planninq” QSC-nin ünvanına Türkiyə Respublikasının “X8 İmalat LTD $Tİ" şirkətindən 99TU175/99ZE316 nömrə nişanlı yük avtomaşınında GEO2Q**********6 nömrəli 21.06.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “0” % idxal gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə 1400-012/004-25/004397 nömrəli 02.07.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200- 017/003-25/003328 nömrəli 05.07.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin ünvanına GEO2Q**********6 nömrəli 21.06.2021-ci il tarixli invoys sənədinin 35-39, 79-81-ci mövqeyi üzrə idxal olunan qara metaldan vtulka yükü XİFMN üzrə ********** kod altında sinifləşdirilir. Bununla da, X2 İdarəsinin rəyinə əsasən GEO2Q**********6 nömrəli 21.06.2021-ci il tarixli invoys sənədinin 35-39, 79-81-ci mövqeyi üzrə idxal olunan malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə "Resource Planninq” QSC-nin **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə idxal gömrük rüsumu üzrə 1032,33 manat, ƏDV üzrə 243,96 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 1311,69 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, "Resource Planninq” QSC **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1311,69 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bildiririk ki, "Resource Planninq” QSC barəsində 05.08.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1612/20 nömrəli iş başlanılmış, protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Suraxanı Rayon Məhkəməsinin 3(0101-919/2020 nömrəli qərarı ilə 4128,5 manat məbləğində cərimə edilmişdir. Bundan sonra "Resource Planninq” QSC barəsində 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2680/20 nömrəli iş başlanılmış, protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Səbail Rayon Məhkəməsinin 3(0091-264/2021 nömrəli qərarı ilə 384,60 manat məbləğində cərimə edilmişdir. Sonuncu dəfə isə "Resource Planning” QSC barəsində 15.04.2021- ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0746/21 nömrəli iş başlanılmış, protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Səbail Rayon Məhkəməsinin 3(0091-935/2021 nömrəli qərarı ilə 816 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/018210 saylı 06.07.2021-ci il tarixli raport, **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi, GE020**********6 nömrəli 21.06.2021-ci il tarixli invoys sənədi, 1400-012/004-25/004397 nömrəli 02.07.2021-ci il tarixli məktub, 2200-017/003- 25/003328 nömrəli 05.07.2021-ci il tarixli məktub, hüguqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına 99TU175/99ZE316 nömrəli avtomaşınla, GE020**********6 saylı 21.06.2021 -ci il tarixli invoys sənədləri ilə daxil olmuş yük **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” kod altında yəni 0 % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 idarəsinə müraciət olunmuş, həmin idarədən BBGİ-nə göndərilmiş 2200-017/003-25/003328 saylı 05.07.2021-ci il tarixli cavab məktubuna əsasən GE020**********6 saylı 21.06.2021- ci il tarixli invoyslar üzrə idxal olunan malların “**********" 15%, kimi sinifləşdirilmiş, yəni mallar MGEİ-nin rəyinə uygun olaraq XİF R.Nnın göstərilən alt yarımmövqeylərində sinifləşdirildiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 1032.33 azn, ƏDV üzrə 243.96 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn, cəmi 1311.69 azn təşkil edir. İş materiallarında olan X5 İdarəsinin 05 iyun 2021-ci il tarixli 2200-017/003-25/003328 saylı Rəyindən görünür ki, Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına GEO20**********6 nömrəli, 21.06.2021-ci il tarixli invoysun 35-39, 79-81-ci mövqeyi üzrə idxal olunan mallar XİF MN görə ********** kod altında sinifləşdirilir. İş materiallarında olan Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 06.07.2021ci il tarixli ərizəsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyədən 99TU175/99ZE316 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X3 idarəsində müraciət edildikdən sonra, malların **********1510 sorğu nömrəli 01.07.2021ci il tarixli bəyannaməsində bəyan edildiyi kod altında deyil, fərqli kodlar altında sinifləşdirdiyi məlum olmuşdur. Malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Bununla bağlı köməklik göstərilməsini xahiş edirlər. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC -nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs QSC -nin nümayəndəsi X4 izahatında bildirdi ki, "xxxx" QSC Gədəbəy, Daşkəsən rayonlarında “Azer Gold” şirkətinin qazma islərini həyata keçirir, həmin fəaliyyətin həyata keçirilməsi üçün şirkət tərəfindən Türkiyə Respublikasından qazma avadanlıqlarının hissələri və nümunə yeşikləri yükü idxal edilir, "Resource Planning” QSC-nin ünvanına 25.06.2021-ci il tarixdə Türkiyə Respublikasının “X8 İmalat LTD $Tİ” şirkətindən 99TU175/99ZE316 nömrə nişanlı yük avtomaşınında qazma maşınları üçün hissələr yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar "Resource Planning” QSC və “X8 İmalat LTD $Tİ” şirkəti arasında bağlanmış MN-2019-07 nömrəli 11.07.2019-cu il tarixli müqavilə əsasında idxal edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmişdir, belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər mallar çatdırıldıqdan sonra həyata keçiriləcəkdir, Türkiyə Respublikasının “X8 İmalat LTD ŞTİ” şirkətindən 99TU175/99ZE316 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, göndərilmiş CMR, invoys sənədlərində, ixrac bəyannaməsində göstərilən malların XİFMN üzrə kodları **********1510 sorğu nömrəli 01.07.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin, malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X2 İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin mallar bəyan edilən ********** kod altında deyil, ********** kod altında sinifləşdirilir, X2 İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 918.18 (doqquz yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1453/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1453/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver