Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1453/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində özünü Hüseyin Məmmədov, vəzifəsini Bakı şəhəri DYP-nin serjatı kimi təqdim edən, mobil nömrəsi 077 ***-**-** olan şəxs onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edərək etibarnamə əsasında idarə etdiyi **-UL-*** “Nissan Tida markalı minik” markalı maşını ilə xx.xx.2024-cü il tarixdə Səbail rayonu Şövkət Ələkbərova küçəsində qayda pozuntusuna yol verdiyini bildirmişdir. O isə öz növbəsində pozuntu varsa cəzası olmalıdır deyərək protokolun, həmçinin foto (əgər varsa video görüntünün) şəkillərin qeydiyyatda olduğu ünvana göndərilməsini xahiş etsə də, elə həmin gün xx.xx.2024-cü il tarixdə saat 16:04-də "Asan Pay"-dan onun adına qeydiyyatda olan və istifadəsində olan mobil telefona Daxili İşlər Nazirliyi tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 manat cərimə olunmağı ilə bağlı SMS daxil olmuşdur. Lakin “Asan Pay” və “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetində həmin protokolun tərtib olunmasına əsas olan foto və video əlavə olunmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixdə yol verilmiş pozuntuya görə 12 (on iki) gündən sonra yəni xx.xx.2024-cü il tarixdə protokol tərtib edilməsinə hüquqi qiymət verilməsi, barəsində tərtib edilmiş inzibati xəta protokolunu və qayda pozuntusunu təsdiq edən sübutların qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilməsi üçün xx.xx.2024-cü il tarixdə DİN-nin elektron kabinetinə (X7) elektron müraciət ünvanlamışdır. Müraciət 3-13/1-Ə-370xx/xx/2024 nömrə altında qeydiyyata alınmışdır. Lakin müraciəti üzrə rəsmi qaydada araşdırmaya dəvət olunmadan protokola əsasən xx.xx.2024-cü il tarixdə qərar qəbul olunmuş və müraciətinə xx.xx.2024-cü il tarixli Ə 37017 nömrəli məktubla heç bir əsaslandırma olmadan mahiyyətdən kənar cavab verilmiş, pozuntu ilə bağlı (foto-video), araşdırmaya dəvət olunmağı ilə bağlı sübutlar ona (ünvanına) təqdim edilməmişdir. Həmin məktub elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 6-cı fəslində İnzibati məsuliyyətdən azad etmənin əsasları göstərilmişdir. Belə ki, həmin məcəllənin 38-ci maddəsinin 6-cı bəndində “Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi ücün internet informasiya resursunda yaradılan elektron kabinetdə verləsdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz”. 53-cü maddədə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. Həmin maddənin 53.1.11 -ci bəndində “bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında islər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 121 -ci maddəsində bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağa olması dəqiq əks olunmuşdur. 122.1-ci maddədə bu Məcəllənin 327.1 - 327.5. 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.3-ci maddəsində İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1 -ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir 122.3.1-də inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. 125.2ci maddədə İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır. 125.2.1 -ci bənddə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə gərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet nformasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolması barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Göründüyü kimi, məqsədi ona məlum olmayan özünü Hüseyin Məmmədov, vəzifəsini Bakı şəhəri DYP-nin serjatı kimi təqdim edən (halbu ki o öz rütbəsini bildirmiş, vəzifəsini isə bildirməmişdir) şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində pozuntu barədə məlumat vermiş, amma müraciətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda onu inzibati xəta haqqında işin baxılmasına rəsmi qaydada dəvət etdiklərini,o isə heç bir səbəb göstərmədən iştirakdan imtina etdiyini, ona inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə rəsmi məlumat verdiklərini qeyd ediblər. Təssüf ki, bunların hamısı cəfəngiyyatdır. Əgər belədirsə məhkəməyə sübutlar təqdim etsinlər. Hətta “Asan Pay” və “E-Polis" internet informasiya resursunda yaradılmış elektron kabinetində həmin protokolun tərtib olunmasına əsas olan foto və video olmamaqla yanaşı çıxarılmış qərarın sadəcə tarixi (xx.xx.2024-cü il) qeyd olunub qərarın nömrəsi isə hələdə məlum deyil. Qaldı ki, həmin qərarı ona rəsmi qaydada təqdim edilməsi. Göstərilənlərin nəzərə alınması, qanunun aliliyi prinsipini rəhbər tutaraq qanunvericiliyin (İXM-nin) heç bir tələbini nəzərə almadan barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun etibarsız hesab edilməsini və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması və ona tətbiq olunmuş 150,0 (bir yüz əlli) manat cərimənin (ona hesablanacaq dəbbə pulunun) və 4 cərimə balının silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək protokolun haqsız yerə tərtib edildiyini və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X2 şikayətə etiraz edərək qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X9 İdarəsinin göndərilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-3993/2024 saylı qərardadı ilə X3 AR DİN Bakı Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin X4 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2ndə idarə etdiyi “Nissan” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlama xəttini kəsərək əks istiqamətli nəqliyyat axınının hərəkət zolağında əks istiqamətdı hərəkət etməsi “Təhlükəsiz Şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntülərinə baxış keçirilərkən aşkarlanmış və qanunvericiliyin tələbinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında işə baxılmasında iştirak etməsi barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq heç bir səbəb göstərmədən iştirak etməkdən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbehvermə haqqnda qərar qəbul edilmiş və bu barədə rəsmi məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Nissan” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir.Həmçinin inzibati tənbehvermə haqqında qərarın nömrəsinin qeyd edilməməsi müəyyən edilmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X3 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X5 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1453/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1453/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver