Məhkəmə qərarları › İş №3(009)-1454/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1454/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1454/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, 20 may 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında icraata xitam verilməsinə dair X1 şikayətə baxılmağa hazırlanması zamanı , M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində tərtib edilmiş 20 may 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibatə xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 may 2024-cü il tarixdə ********** mobil nömrədən onunla əlaqə saxlanılmış Bakı şəhər X5 İdarəsinə gəlməli olduğunu bildirilmişdir, səbəb soruşduqda isə ona “Nissan Sunny” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta törətdiyi və xüsusi tekniki vasitənin köməyilə aşkarlandığı bu səbəbdən idarəyə dəvət olunduğu bildirilmişdir. Belə ki, həmin əməkdaşla danış əsnasında ona bu formada aşkarlanan inzibati xətaya görə sürücünün idarəyə dəvət olunması və ya inzibati protokol tərtib edilməsi qanunvericiliyin tələbinə uyğun olmadığını və İXM-nin 122-ci maddəsinin tələblərini pozduğunu bildirdikdə o, dəstəyi asmışdır. Daha sonra SMS radar proqramında ona İXM 327.4-cü maddəsinin tələbini pozmaqla yəni, 1.1,13 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınınn hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə əsası xx.xx.2024-cü il tarixli hadisə üzrə xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Hesab edirəm ki protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci və 122-ci maddəsininn tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, qayda pozuntusunun olub-olmamasının özü sübut edilməyib. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, xüsusi tekniki vasitələrin köməyilə aşkarlanan xətalara görə elektron qaydada protokol tərtib edilir və həmin protokolor adətən EQ başlayır, barəsində İXP6243508 saylı protokol və qərar qəbul edilmişdir. Belə ki, bu tip protokollar DYP əməkdaşı tərəfindən avtomobillər saxlanılaraq şəxsən aşkar etdikləri inzibati xətaya görə tərtib edilir. Halbuki, tərtib edilmiş protokoldan və qərardandan aydın olur ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə baş vermiş protokol isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. 20 may 2024-cü il tarixli TP ******* saylı qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 20 may 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 14 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddəti ötürüldüyündən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 20 may 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə yenidən müraciət etmək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar