Məhkəmə qərarları › İş №3(009)-1456/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1456/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1456/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili «Kredo» Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X9 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21.07.2017-ci il tarixli 554/17-R nömrəli əmək müqaviləsi ilə X11 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-də Satıcı vəzifəsində işləməyə başlamışdır. Bir müddət sonra, 01.12.2019-cu il tarixindən etibarən R.Ağazadə iş günləri ərzində iş yerinə çıxmamağa başlamış, dəfələrlə zəng edilməsinə baxmayaraq zənglərə cavab verməmiş və buna görə də, bağlanmış əmək müqaviləsinə 13.01.2020-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra, R.Ağazadə şirkətə müraciət etmədən, 18.03.2021-ci il tarixində birbaşa X13 Xidmətinə hüquqlarının pozulması ilə bağlı şikayət ünvanlamışdır. Belə ki, bəyan etdiyinə görə həmin müddətdə xəstə olmuş, lakin bununla bağlı şirkətə nə xəstəlik vərəqəsi təqdim etmiş, nə də məlumat vermişdir. R.Ağazadənin X13 Xidməti Bakı şəhər İdarəsinə əmək müqaviləsinə xitam verilməsi maddəsinin dəyişdirilməsi ilə bağlı ünvanladığı şikayətlə bağlı, DƏMX Bakı şəhər İdarəsinin əməkdaşları bir sıra sənədlər tələb etmiş və nəticədə məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi dair inzibati xətanın əlamətlərinin olmasını hesab edərək 27.05.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə İXM-nin 192.4-cü maddəsinə əsasən ona 1000 manat məbləğində cərimə tətbiq etmişlər. Yəni ki, maddənin dəyişdirilməsi ilə bağlı edilən müraciət əsassız olduğundan, məzuniyyət günlərinin düzgün hesablanmasının yoxlaması aparılmışdır. Halbuki, məzuniyyətin düzgün hesablanıb- hasablanmaması barədə heç bir şikayət olmamışdır. Buna görə də, DƏMX Bakı şəhər idarəsinin qərəzli mövqeyini ədalətsiz hesab edir. DƏMX Bakı şəhər İdarəsinin bu qərarı qəbul etməsinə səbəb, məzuniyyət əmrlərinin birinin surətinin əlavə olunmamasıdır. Halbuki, sənədlərin siyahısına məzuniyyətlərin ödənişlərinin hesablanmasını və ödənilməsini təsdiq edən bütün sənədlər əlavə olunmuşdu. Ən azından ödənişlərə baxaraq, işçinin əmək, məzuniyyət sə son haqq-hesablarının tam və düzgün ödənildiyini təyin etmək olardı. Nəticədə isə ödənişləri etdikləri, işçinin hüquqlarını pozmadıqları halda, əsassız yerə cərimə edilmişdir. 7 günlük məzuniyyət əmrinin əksikliyi isə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ofis əməkdaşlarının distant şəkildə işləməsi ilə bağlıdır. Daha sonra, əməkdaşlar işə cəlb edilərək arxivdə edilən xeyli axtarışlardan sonra çatışmayan əmr tapılmışlar. Azərbaycan Respublikasının İXM-nin 12.1 maddəsində verilən anlayışda inzibati xəta ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsizli sayılan hərəkətlərdir. Hazırki şikayətə əlavə olunan sənədlərdən də göründüyü kimi, cəzaya laiq hər-hansı xətanın törədilməsini hesab etmir. Bundan əlavə, R.Ağazadə ilə imzalanmış əmək müqaviləsinin 10.1 maddəsinə əsasən, yaranan əmək mübahisələri tərəflər qarşılıqlı anlaşma və razılıq yolu ilə həll edilməlidir. R.Ağazadə müqavilə üzrə qəbul etdiyi öhdəliklərə ilk növbədə özü riayət edərək şikayətini şirkətə bildirməli idi. Həmçinin, ƏM-nin 296-cı maddəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində fərdi əmək mübahisələrinə baxan orqana və 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. Hadisənin işçiyə bəlli olduğu tarixdən artıq bir ildən artıq müddətin keçdiyini nəzərə alaraq, işçi şikayət müddətini də ötürmüşdür. İnzibati tənbehin verilməsinə dair isə, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki halda isə, inzibati tənbeh, hadisədən 1 il 5 ay sonra verilmişdir.Odur ki, yazılanları və işçinin əmək və məzuniyyət haqqlarının tam ödənildiyini nəzərə alaraq X13 Xidməti Bakı şəhər İdarəsinin 27.05.2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini və "xxxx" MMC-ni məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanunauyğun qaydada araşdırma aparıldığını və əmək müqaviləsinə xitam verilərkən işçinin son haqq-hesabının ödənilməsi ilə əlaqədar pozuntu aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərara qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X14 şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 vəkili, «Kredo» Vəkil Bürosunun vəkili X5 şikayəti müdafiə edərək, bildirdi ki, X14 barəsində X13 tərəfindən 17 may 2021-ci il tarixində MN ******* saylı protokol və onun əsasında 27 iyul 2021-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən müvafiq inzibati orqan qanunvericliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, barəsində X13 tərəfindən tərtib olunan 17 may 2021-ci il tarixində MN ******* saylı protokol və onun əsasında 27 iyul 2021-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda şəxsin təqsirli bildiyi əməli konkret olaraq sadalamamış və formal yanaşma tərzi göstərmişdir. İnzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın". İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Lakin göründüyü kimi inzibati orqan fiziki şəxsin konkret təqsirini müəyyən etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir ona görə də ləğv olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qaunvericliyin tələbləri pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəllənin 115.1-ci maddəsində qeyd olunan tələblərə tam şəkildə cavab verilmədən protokol və onun əsasında qərar qəbul edilmişdir. Protokol və onun əsasında qəbul edilən qərala bağlı müddət ötürülmüşdür. Belə ki, işçinin iddia etdiyi inzibati xəta 13 yanvar 2020-ci il tarixində baş vermiş lakin o 14 ay sonra 18 mart 20210-ci il tarixində X13nə müraciət etmişdir və bu da işçinin müraciətlə bağlı müddəti ötürməsinə gətirib çıxarmışdır lakin X13 bu pozuntuya məhəl qoymadan 17 may 2021-ci il tarixində MN ******* saylı protokol və onun əsasında 27 iyul 2021-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan başqa, X7 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər lakin iş materillarına əlavə olunan sənədlərdən də göründüyü kimi X13 tərəfindən 17 may 2021-ci il tarixində MN ******* saylı protokol və onun əsasında 27 iyul 2021-ci il tarixində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir yəni inzibati xəta hesab edilənə əməldən 14 ay sonra qərar qəbul edilmişdir ona görə də Əmək Müfəttişliyi müddəti ötürdüklərinə görə X14 müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, 2-ci qrup əlil olduğunu, qanunsuz olaraq işdən azad edildiyini və bununla bağlı şikayət etdiyini bildirərək, işəgötürən tərəfindən dəfələrlə ona qarşı qanun pozuntusuna yol verildiyini, belə ki, məzuniyyət müddətinin əlilliyi nəzərə alınmadan 21 gün müddətində hesablandığını, son haqqhesabının ona gecikdirilməklə ödənildiyini və dekabr ayında müqavilə müddəti bitdiyi zaman əmək müqaviləsinin müddətinin uzadılmasına baxmayaraq, qısa müddət sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə müqaviləsinə xitam verildiyini, buna görə də hazırda iş tapa bilmədiyini qeyd etmişdir. Hesab edir ki, hesab edir ki, işəgötürənin mövqeyi qərəzli olmuşdur, belə ki, əgər o, pis işçi olsaydı müqavilə müddəti başa çatdığı zaman müqaviləsi təkrar uzadılmazdı. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 27 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X6 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. X2 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1000 (bir min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 13 yanvar 2020-ci il tarixli Əmrinin surətindən görünür ki, 13 yanvar 2020-ci il tarixdə satıcı vəzifəsində işləyən X8 Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən 13.01.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin əmək haqqı üzrə çıxarışdan görünür ki. Yanvar ayı üçün işdən çıxış məbləği 16.01.2020-ci il tarixdə köçürülmüşsür. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun məzmunundan müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçinin son haqq-hesabı ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, X14 tərəfindən işçi işdən azad edilərkən ona son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar