Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1456/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X4 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3- 33- 3100/020/008926 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə bağlı bildirilir ki, Şəxs MMC-nin ünvanına gəlmiş **********0869 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 86870.00 manat olan mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin gömrük baxışı nəticəsində gömrük nəzarəti altında olan malların müvəqqəti saxlanc anbarında olmadığı, eləcə də istifadə edilməsi üçün “Murovdağ” gəmisinə göndərildiyi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində verdiyi izahatda bildirmişdir ki, o, Şəxs MMC-də mal və materiallar üzrə koordinator vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə **********0869 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 86870,00 AZN, netto çəkisi 7 kq) malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyini, lakin bu prosedurun şərtlərinə əməl etmədən həmin malların gömrük rəsmiləşdirilməsi basa çatdıqdan dərhal sonra istifadə edilməsi məqsədilə müvəqqəti saxlanc anbarından “Murovdağ” gəmisinə göndərildiyini bildirmişdir. Elşad Adıgözəlov öz izahatında xx.xx.2025-ci il tarixdə gömrük orqanı əməkdaşı tərəfindən gömrük baxışı keçirilərkən sözügedən malların qəmidə olduğunu, lakin bundan sonra dərhal malları Salyan sossesi, 28-30-cu km ərazisində yerləşən müvəqqəti saxlanc anbarına geri gətirdiklərini, bu malların üzərində gömrük təminatının pozulmadığını, malların hal-hazırda anbarda olduğunu və istənilən an gömrük orqanı əməkdaşları tərəfindən bu malların baxış keçirilməsi məqsədilə təqdim oluna biləcəyini bildirmişdir. İş materiallarında olan X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində verdiyi izahatda bildirmişdir ki, o, Şəxs MMCdə Satılanma şöbəsinin meneceri vəzifəsində çalışır. "xxxx" MMC adına xx.xx.2025-ci il tarixdə **********0869 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 86870,00 AZN, netto çəkisi 7 kq olan mallar xx.xx.2025-ci il tarixdə **********0869 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilən transdüser adlı mallar X6” MMC-nin ünvanına göndərilmişdir. Yuxarıda qeyd edilən gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən mallar Şəxs MMC-nin müvəqqəti saxlanc anbarında yerləşdirilmişdir. Şəxs MMC-nin müvəqqəti saxlanc anbarı Salyan şossesi, 28-30- cu km ərazisində yerləşir. Sözügedən mallar gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra anbara yerləşdirilmiş, daha sonra isə əməkdaşların səhvi nəticəsində Şəxs MMC-nin istifadəsində olan “Murovdağ” gəmisinə göndərilmişdir. Belə ki, Şəxs MMC özünün Xəzər dənizindəki araşdırmalarını “Murovdağ” gəmisi vasitəsilə həyata keçirir. "Murovdağ” gəmisi uzun müddət Xəzər dənizində olur və limana ay ərzində maksimum bir dəfə qayıdır. Bu səbəbdən irəli gələrək xx.xx.2025-ci il tarixdə **********0869 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilən mallar əməkdaş tərəfindən qanunvericiliyin tələblərini düzgün bilmədiyi üçün yanlışlıqla “Murovdağ” gəmisinə göndərilmişdir. Mallar gəmiyə yerləşdirilmiş, lakin həmin müddət ərzində istifadə edilməmişdir. xx.xx.2025-ci il tarixdə gömrük orqanı əməkdaşı tərəfindən gömrük baxışı keçirilərkən sözügedən mallar gəmidə idi, lakin bu barədə məlumat əldə etdikdən sonra dərhal biz malları Salyan şossesi, 28-30-cu km ərazisində yerləşən müvəqqəti saxlanc anbarına geri gətirdik. Bu malların üzərində olan gömrük təminatı pozulmamışdır, mallar hal- hazırda anbardadır və istənilən zaman gömrük orqanı əməkdaşları tərəfindən bu malları baxış keçirilməsi üçün təqdim edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, mallar dövlət mülkiyyətinə keçirilənədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən gömrük baxışı zamanı məlum olmuşdur ki, **********0869 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında verləsdirilərək rəsmiləşdirilmiş bir adda və üç qablaşdırılmadan ibarət olan müvəqqəti saxlanc anbarında yerləşdirilmiş malların bir yerdən digər yerə daşınması faktı aşkar edilmişdir və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3- cü maddəsinin tərkibi var və onun 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh təyin olunması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1456/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1456/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver