Məhkəmə qərarları › İş №3(009)-1460/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1460/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1460/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və vəkili X4 Zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1953-cü ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuş, Bakı, şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 174-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavəyə əsasən, Səbail rayon məhkəməsinin 2-89/06 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə xx.xx.2006-cı il tarixdə verilmiş icra vərəqinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri, H.Seyidbəyli küçəsi 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli 001487 nömrəli texniki pasportun göstəricilərinə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması qərara alınmışdır.İcra sənədi xx.xx.2006-cı il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. Tələbin könüllü qaydada icra olunması ilə bağlı Səbail rayon icra şöbəsi tərəfindən borclu Şəxs müxtəlif vaxtlarda bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq onun tərəfindən qərəzli və davamlı olaraq Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi bu günə kimi tam qaydada icra edilməmişdir.xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda həmin yarımzirzəmidə görülməli işlər və onun qarşısında qoyulan tələblər tam aydın şəkildə göstərilsə də, borclu Şəxs tərəfindən onun qarşısında qoyulan tələblərə zidd olan işlər apardığı müəyyən edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 3(009)-1417/2021 saylı və xx.xx.2023-cü il tarixli 3(009)-68/2023 saylı qərarları ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ayrı-ayrılıqda 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 3(103)-295/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Səbail rayon məhkəməsinin 3(009)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə borclu Şəxs ötən müddət ərzində müxtəlif vaxtlarda l(bir) dəfə cinayət və 7 (yeddi) dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasına baxmayaraq, ona verilmiş cəzalardan nəticə çıxarmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə yanaşı, onun çağırışlarına üzürsüz səbəblərdən gəlməmişdir. Bu səbəbdən onu Səbail rayon İcra şöbəsinə qısa müddət ərzində gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis Şöbəsinə müraciət edilmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə Səbail rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş tələblərin Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixli 10/4820 saylı ekspert rəyində göstərilən xüsusatları, eləcə də Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 03/03/3/5/12855 saylı və xx.xx.2021-ci il tarixli 03/03/3/7283 saylı "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli RO- 02/2/790 məktubları nəzərə alınmaqla, 10 gün müddətində icra tədbirlərini həyata keçirməyə başlamaqla nəticəsi barədə şöbəyə yazılı məlumat verilməsi tələb olunmuşdur.Şəxs xəbərdarlıq sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün ona təkrar şöbə tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının icrasını xx.xx.2023-cü il tarixinədək tam şəkildə təmin edib nəticəsi barədə icra şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə yarımzirzəmiyə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Şəxs qarşısında qoyulan tələblərdən yalnız binanın dayaq sütununun üstü hörülmüş vəziyyətdədir, onun üzərinə qoyulan digər işlər isə yerinə yetirmədiyi müəyyən edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Borclu Şəxs qarşısında qoyulan tələblər tam qaydada icra edilməmişdir.Göründüyü kimi, keçən müddət ərzində Şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkar M.Tağızadənin qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının yenidən pozulmasına səbəb olan əməl törətmişdir. Çünki o, icra üçün daxil olmuş sənədlərin icrasını vaxtında həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri qərəzli və davamlı olaraq etməmişdir. Onun bu cür hərəkəti və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq təkrar icra etməmədə ifadə olunur.Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə borclu Şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, əvvəllər inzibati və cinayət məsuliyyətinə cəlb edilməsindən nəticə çıxarmamış, iş üzrə tələbkar M.Tağızadənin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Göstərilənlərə əsasən əvvəllər inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş xx.xx.1953-cü il təvəllüdlü, Latviya Respublikasının Riqa şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 3lı evin 12-ci mənzilində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkarın nümayəndəsi X3 göstərmişdir ki, borclu tərəfindən icra sənədi tam icra edilməmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən edilən o cümlədən "xxxx" ASCnin göstərişləri üzrə olan tələblər borclu tərəfindən yerinə yetirilməmişdir. Sütunun əvvəlki vəziyyətə gətirilməsi də, qanuni əsaslarla yerinə yetirməmişdir onun möhkəmliyinə şübhəsi var. Protokol qanuni əsaslarla tərtib olunub borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o hazıradək onun üzərinə icra sənədi üzrə qoyulan bütün öhdəlikləri yerinə yetirmiş, lakin hazırda ondan nə tələb edildiyi ona məlum deyil, icra məmuru konkret olaraq hansı hərəkətin icra edilməli olduğunu bildirəcəyi halda, o, həmin hərəkəti yerinə yetirəcəkdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ayrı-ayrı orqanlar o cümlədən icra məmuru icra sənədi üzrə icra olunmalı işin hansı qaydada yerinə yetirilməsinin ona bildirə bilmirlər. Bina köhnə binadır, orada hər hansı qazıntı işinin aparılması binanın uçmasına səbəb ola bilər.Hazırda əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X5 göstərmişdir ki, icra məmurunun iştirakı ilə xx.xx.2021-ci il tarixdə FHN, "xxxx" və DƏDRX-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, zirzəmi texniki pasporta uyğundur "xxxx" ASC-nin tövsiyyə etdiyi məsələlərlə bağlı isə razılaşdırılmış layihə əsasında müvafiq rəy alındıqdan sonra icra oluna bilər. Dəfələrlə səlahiyyətli orqanlara o cümlədən icra məmuruna müraciət olunmuşdur ki, borclu tərəfindən həmin işlərin hansı qaydada görülməsinə köməklik etsinlər. Onların bu müraciətləri indiyənədək cavabsız qalmışdır. Digər tərəfdən icra sənədi zirzəminin texniki pasporta uyğun əvvəlki vəziyyətinin bərpasına dairdir. Orada kanalizasiya və su xətti ilə əlaqədar hər hansı göstəriş yoxdur. Ekspertin istinad etdiyi SNİP-in istinad etdiyi norması sənaye təyinatlı müəssələrin aqressiv və zəhərli tullantı suları daşıyan boru kəmərlərinə aiddir. Hesab edir ki, müdafiəçisi olduğu şəxsin əməlində heç bir inzibati xəta tərkibi yoxdur, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında olan sənədlərə əsasən, Səbail Rayon Məhkəməsinin 2-89/06 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə xx.xx.2006-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2000-ci il tarixli 001487 nömrəli Texniki pasportun göstəricilərinə və Texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli, 10/4820 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 14997 saylı ekspert arayışının təsviri və nəticə hissəsində göstərilən nöqsanlar borclu Şəxs tərəfindən qismən aradan qaldırıldığı, belə ki texniki pasportda göstərilən 2 saylı tikilinin döşəməsinə tamet vurulduğu, 1,3, 4 və 5 saylı tikililərin döşəmələrinin isə beton olduğu, yarımzirzəmidə 1 saylı tikilinin yol tərəfə düşən hissəsində texniki pasportda göstərilən pəncərə boşluğu sökülərək yerində ikitaylı dəmir darvaza quraşdırıldığı, digər tikililərdə isə otaqlararası keçid qapıları söküldüyü müşahidə edilmişdir. Bu səbəbdəndə tədqiq olunan yarımzirzəmi sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 16 noyabr 2000-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun vəziyyətə gətirilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Komunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil-X2 balansında olan sahədə hamam-ayaqyolu tikilisi vaxtı ilə sökülüb, su çəni ləğv edilsədə su çəninin alt hissəsi ölçüsü 1m*1m, hündürlüyü 2 metr ölçüdə olan binanın dayaq tikilisi sökülü vəziyyətdə qalmaqdadır. Mövcud olan su çəninin alt hissəsi binanın tərkib hissəsi kimi sayıldığı, onun faktiki funksiyası binanın dayaq sütunu kimi nəzərdə tutulduğu, belə ki, onun davamının binanın üst mərtəbələrində də mövcud olduğu müəyyən edilmişdir.Yarımzirzəminin üst mərtəbəsində sözügedən tikilinin davamı mövcud olduğu halda binanın 3 saylı MİS-ə məxsus olan yarımzirzəminin sahəsində faktiki funksiyası sütun dayağı kimi nəzərdə tutulmuş tikilinin tam sökülməsi və yaxud bir hissəsinin sökülməsi yolverilməzdir və mövcud olan normalara zidd sayılır. Su çəninin alt hissəsi hal hazırda yararsız vəziyyətdə olduğu üçün binaya hazırda və gələcəkdə binaya ziyan gətirə, binanın davamlılığına, dayanıqlığına və onun istismar müddətinə ciddi xələl gətirə bilər. Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilin altında yerləşən yarımzirzəminin 1 saylı ojtağim 1/6)8 kv m olan sahənin döşəməsinin altından kanalizasiya xətti keçir. Bununla bağlı Azərsu ASC-nin xx.xx.2020-ci il tarixli, 03/03-3/5/1258 nömrəli və xx.xx.2020-cHİ tarixlj, RO-02/2-790 nömrəli məktublarda, icra şöbəsi tərəfindən göndərilən bildirişlərdə, xəbərdarlıqlarda görülməli olan iş üzrə tələblər icra olunmamış halda qalmaqdadır. Eyni zamanda Səbail Rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanovun imzası ilə təsdiq edilmiş məktubda Bakı şəhəri, Səbail rayolm/H.Seyidbəyli küçəsi, 31 saylı binanın 12 saylı mənzilinin altında yerləşən yarımzirzəmidən d 150 mm-lik kanalizasiya xətti keçir. İstismar İdarəsi olaraq və fəaliyyətimizdə SNİP 2.04.03.-85- saylı Binadaxili su və kanalizasiya xətləri normativ sənədinə əsaslanaraq 17.16.-cı maddəyə əsasən (Çoxmərtəbəli yaşayış binalarının zirzəmi hissəsində torpaq altında olan və çirkab suların hərəkət etdiyi kanalizasiya borularının yarana biləcək hər hansı mexaniki təsirdən qorunması üçün çəkilərkən zərurət olarsa kanallar nəzərdə tutulur ki, onlarında hündürlüyü döşəmə səviyyəsinə qədər qaldırılır, üzəri plitələrlə bağlanır) gələcəkdə yarana biləcək hər hansı qəza zamanı boruya müdaxilə etmək mümkün olmalı nöqteyi nəzərdən borunun üzəri torpaq hissə olaraq qalması tövsiyyə olunur. Əlavə olaraq əgər mülkiyyətçi gələcəkdə kanalizasiya xəttinin fəaliyyətində yarana biləcək hər hansı bir xoşagəlməz hallar üçün və xəttin təmir olunması məqsədi ilə şəraitin yaradılmasını yazılı surətdə məsuliyyəti üzərinə götürürsə bu halda boruların üzəri bağlana bilər. Yalnız bu halda Sukanal İdarəsi xəttdə yarana biləcək nasasızlıqlar üçün məsuliyyət daşımadığı və məsuliyyət tamamilə mülkiyyətçinin üzərinə.düşməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Azərsu ASC Səbail rayon Sukanal İdarəsinin 17 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Sukanal İdarəsi daxıl olmuş müraciətlə əlaqədar bildirir ki, H.Seyidbəyli küçəsi 31 saylı binanın 12 saylı mənzilin altında yerləşən yarımzirzəmidən d150mm-lik kanalizasiya xətti keçir.İstismar idarəsi olaraq və fəaliyyətimizdə SNİP 2.04.03.-85-saylı Binadaxili su və kanalizasiya xətləri normativ sənədinə əsaslanaraq 17.16,-cı maddəyə əsasən (Çoxmərtəbəli yaşayış binalarının zirzəmi hissəsində torpaq altında olan və çirkab suların hərəkət etdiyi kanalizasiya borularının yarana biləcək hər hansı mexaniki təsirdən qorunması üçün çəkilərkən zərurət olarsa kanallar-nəzərdə tutulur ki, onların da hündürlüyü döşəmə səviyyəsinə qədər qaldırılır, üzəri plitələrlə bağlanır) gələcəkdə yarana biləcək hər hansı qəza zamanı boruya müdaxilə etmək mümkün olmalı nöqteyi nəzərdən borunun üzəri torpaq hissə olaraq qalması tovsiyyə olunur.Əlavə olaraq əgər mülkiyyətçi gələcəkdə kanalizasiya xəttinin fəaliyyətində yarana biləcək hər hansı bir xoşagəlməz hallar üçün və xəttin təmir olunması məqsədi ilə şəraitin yaradılmasını yazılı surətdə məsuliyyəti üzərinə götürürsə bu halda boruların üzəri bağlana bilər. Yalnız bu halda Sukanal İdarəsi xəttdə yarana biləcək nasasızlıqlar üçün məsuliyyət daşımır və məsuliyyət tamamilə mülkiyyətçinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətə icra vərəqəsinin icrasını təmin etməməsi öz təsdiqini tapmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar