Məhkəmə qərarları › İş №3(009)-1460/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1460/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1460/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X2 Səbail rayon DYPŞ X8 İnspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş 28 may 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon DYPŞ X8 İnspektoru, polis serjantı X3tərəfindən tərtib edilmiş 28 may 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Neftçi Qurban küçəsi 2 istiqamətində hərəkətdə olan vaxt Bakı şəhəri Səbail rayon DYPŞ nin inspektorunun tərəfindən saxlanılıb. Saxlanılan vaxt inspektor heç bir sübut olmadan heç bir video görüntü olmadan əsassız şəkildə onun idarə etdiyi avtomaşını saxlamış və şifahi olaraq bildirmişdir ki. Azərbaycan Respublikası İXM -nin 327.2-ci rpaddəsinin tələbini pozmusuz əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmisiz, bildirirək protokol tərtib etmiş və ərazidən çıxıb getmişdir. Bildirir ki, qanunun tələbləri inspektor tərəfindən pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O bir daha qeyd edir ki, heç bir pozuntuya yol verməyib. Onun cəriməni ödəmədiyi üçün xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və icraya göndərilmişdir. Tamamilə əsassızdır. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ona xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. 28 may 2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 28 may 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 20 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddəti ötürüldüyündən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Səbail rayon DYPŞ X8 İnspektoru, polis serjantı X3tərəfindən tərtib edilmiş 28 may 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar