Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1461/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsi, ev 13, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail Rayon məhkəməsinin 2(009)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021-025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs - cavabdehlər X3 və Zərərçəkmiş şəxs qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddiası qismən təmin edilməlidir. Cavabdehlər X3 və Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməlidir. 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2022-cü tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədinin icrasından və icra məmurunun çağırışlarından yayındığından xx.xx.2022-ci il tarixdə borclu barəsində məcburi gətirilmə qərarı qəbul edilərək məhkəməyə müraciət olunmuşdur. Həmçinin Səbail Rayon Məhkəməsinin qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə borclu şöbəyə yaxınlaşaraq izahatı alınmış, barəsində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə təqdim edilmiş, hakim (Ülviyyə Şükürova) işə mahiyyəti üzrə baxmış və xitam vermişdir. Sonra “elektron icra sistemindən” borclunun əmlak haqqı aldığı aşkar olunaraq xx.xx.2022-ci il tarixdə borc məbləği borclunun əmək haqqına yönəldilmişdir və borclunun əmək haqqında mütəmadi tutulmalar aparılmışdır. Lakin xx.xx.2025-ci il tarixdə borclu iş yerindən azad edilərək borclunun əmək müqaviləsinə xitam verilmişdir. Ümumilikdə borclunun əmək haqqından 3972 manat pul vəsaiti tutularaq tələbkarın hesabına köçürülmüşdür. Həmçinin borclu sözügedən 15,345 borc məbləğinin 4766 manat hissəsinin tələbkar tərəfindən ərizə ilə Səbail rayon icra şöbəsinə müraciət edərək borclunun borcundan silinməsini bildirmişdir. Lakin tələbkar sözügedən ərizədə yazdıqlarını etməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra borclu icra sənədinin icrasından və icra məmurunun çağırışlarından yayındığından barəsində axtarış qərarı tərtib olunaraq icra olunması üçün xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında yaranmış borcu maddi imkansızlıqdan ödəyə bilmədiyini bildirmişdir. Tələbkar öz növbəsində icra sənədi üzrə yaranmış borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirmişdir ki, Səbail Rayon məhkəməsinin 2(009)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə öhdəlik borclu tərəfindən icra olunmamışdır. O, borcun 4766 manat hissəsinin borclunun işlədiyi məktəbin müəllimləri xahiş etdiyi üçün tələbkara bağışlanması barədə ərizə vermiş, lakin hazırda həmin fikrini dəyişmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin hazırda borcu tam şəkildə ödəmək iqtidarında deyil, heç bir yerdə işləmir, neçə ay xəstə olmuşdur, sinir sindromu xəstəliyi olduğu üçün artıq məktəbdə işləmir. Neçə ay müalicə almışdır. Növbəti aydan aptekdə işləməyə başlayacaq və hər ay ödəniş edəcək. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon məhkəməsinin 2(009)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Şəxs - cavabdehlər X3 və Zərərçəkmiş şəxs qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər X3 və Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı “pulun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilməli, 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarına əlavə olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilərək icra olunması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 234/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15,345 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Lakin icra sənədi hazıradək icra edilməmişdir. Borclu maddi vəziyyətinə görə icra sənədi üzrə öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının tam təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü və tutarlı səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsili bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 500 manat həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1461/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1461/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver