Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1463/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Səbail RPİ-nin 39-cu PB-nin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu PB-nin X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə X4 DİN-nin “102” xidmətinə məlumat verərək, həmin gün saat 17:15 radələrində özünə məxsus “Samsung” markalı mobil telefonun Səbail rayonu, Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yolun “Opera və Balet Teatrı”nın yanında avtomobildən düşərkən yerə düşdükdən sonra naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Aparılmış araşdırma nəticəsində hadisə törədən şəxsin əməlində cinayət tərkibi müəyyən olunmadığı üçün Səbail RPİ-nin 39-cu polis bölməsinin təhqiqatçısı Qabil Hüseynov tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, xx xxxxxx 2020-ci il tarixdə icraat təzələnmişdir. xx xxxxxx 2020-ci il tarixdə hadisəni törədən şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Səbail rayonu, Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yolun “Opera və Balet Teatrı”nın tərəf ilə piyada hərəkət edərkən 8 nömrəli orta məktəbinin qarşısında yerdə işığın yandığını görmüş və işıq gələn yerə yaxınlaşanda “Samsung” markalı mobil telefonun yerdə olduğunu görmüş və onu götürmüşdür. Həmin telefonu götürdüyü zaman telefon işlək vəziyyətdə olmuş və iki saatdan sonra telefonu söndürüb evə qoymuşdur. Yoxlamaq məqsədi ilə özünə məxsus 050 *** ** ** mobil nömrəni telefona daxil etmişdir. Növbəti gün Bakı şəhəri Puşkin küçəsində fəaliyyət göstərən mobil telefon mağazasında tapdığı “Samsung” markalı telefonu “Nokia” markalı telefonla dəyişib və həmin telefonun üstündə 40 manat almışdır. O, əlavə olaraq bildirmişdir ki, həmin telefonunun sahibini tanımamış və sözügedən telefonu oğurlamamışdır. O, sadəcə piyada hərəkətdə olarkən telefonu yerdən tapmışdır. Əməlində inzibati xəta tərkibi olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclaında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə “Opera və Balet Teatrı”na gedərkən maşından düşəndə özünə məxsus “Samsung” markalı mobil telefonu cibindən yerə düşmüş, lakin telefonun yerə düşməsini görməmişdir. Sonradan telefonu axtararkən ona məlum olmuşdur ki, telefonu itirmişdir. Bu barədə DİN-nin “102” xidmətinə zəng mərkəzinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, telefon Şəxs tərəfindən tapılmışdır. Hazırda Şəxs qarşı heç bir şikayəti yoxdur. Lalə Məmmədova qeyd etmişdir ki, omun mobil telefonu oğurlanmamış, o telefonu itirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hazırki işdən müəyyən edilir ki, zərərçəkmiş şəxs X4 özünə məxsus “Samsung” markalı mobil telefonunu itirmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs da həmin telefonu tapmışdır. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1463/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1463/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver