Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1465/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 10 iyun 2024-cü il tarixli 00100-01336/** EP ***8647 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X1 adına İran İslam Respublikasından 98AA339/98AA340 nömrə nişanlı yük avtomaşınında 05 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********9834 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinin Təsnifetmə qrupuna müraciət edilmiş, Təsnifetmə qrupunun GM**********54 nömrəli rəyinə əsasən 05 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədinin 2-ci mövqeyi üzrə idxal olunan 125.00 kq plastik torbalar yükünün Azərbaycan Respublikasının “X4 haqqında” Qanununun 46-cı maddəsinin tələblərinə uyğun olmadığı məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsinin Təsnifetmə qrupunun GM**********54 nömrəli rəyinə əsasən 05 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədinin 2-ci mövqeyi üzrə idxal edilmiş torbaların qalınlığı 15 mikrona qədər olduğunu əsas götürərək həmin malların 8 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli “X4 haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Bununla da, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Təsnifetmə qrupunun GM**********54 nömrəli rəyinə əsasən Azərbavcan Respublikasının vətəndaşı X3 tərəfindən İran İslam Respublikasından 98AA339/98AA340 nömrə nişanlı yük avtomaşınında 05 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədinin 2-ci mövqeyi üzrə idxal edilmiş torbaların qalınlığı 15 mikrona qədərdir və həmin torbalar Azərbavcan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “X4” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “X4” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, ıstehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, ıstehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən hüquqi səxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış X3 vəzifəli şəxs hesab edilir. Nəticədə, vəzifəli şəxs X3 tərəfindən Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 iyun 2024-cü il tarixli raporta əsasən İran İslam Respublikasından X3 (VÖEN: **********) ünvanına 98AA339/98AA340 nömrəlı nəqliyyat vasitəsi ilə, 05 saylı, xx.xx.2024-cü ıl tarixli invoys sənədi ilə daxıl olmuş yüklər **********9834 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların texniki göstəricilərinin müəyyən edilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinın Təsnifetmə qrupuna müraciət edilmiş və əlavə olunmuş GM**********54 saylı rəyə əsasən 05 saylı, xx.xx.2024-cü il tarıxli invoysun 2-ci mövqeyı üzrə idxal olunan "Plastik torbalar” yükünün Azərbaycan Respublikasının “X4 haqqında” Qanununun 46-cı maddəsinin tələblərinə uyğun olmadığı məlum olmuşdur. Beləliklə, **********9195 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş “Plastik torbalar” yükünün Azərbaycan Respublikasının “X5 haqqında” Qanununun 46-cı maddəsinin tələblərinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastık qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İş materialına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli icraatın başa çatdırılması haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi raportdan görünür ki, BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, g/x-in mayoru X7 tərəfindən 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 275.4-cü maddəsi ilə təqsirləndirilən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşı X3 (VÖEN: **********) barəsində 00100-01336/24 saylı inzibati xəta haqqında iş üzrə icraat çatdırılımışdır. İşin icraatı zamanı X3 tərəfindən AR İXM-in 275.4-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübut toplanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, X3 barəsində 00100-01336/24 saylı inzibati xəta haqqında işin baxılmağa verilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası 08 iyun 1999-cu il tarixli “X4 haqqında” 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını araşıb məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 275.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1465/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1465/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver