Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1467/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon Polis Şöbəsinin İXP ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X6 oğlunun şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-1467/2020 saylı qərarı ilə X1 şikayəti təmin edilərək, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola dair qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Qusar rayon Polis Şöbəsinin rəisi Ziya Əliyev tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(103)-1559/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, X3 ünvan 1 K ünvanında qeydiyyatdadır. İdarə etdiyi 99LF509 qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. Bakı şəhərində qeydiyyatda olsa da mülkiyyətində Qusar rayonunda yerləşən daşınmaz əmlakı var və o öz ailə üzvləri ilə birgə xx xxxx 2020-ci il tarixdən Qusarda ailəsinə məxsus evdə yaşayır. Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilmişdir.xx.xx.2020-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsi ilə hərəkət edən zaman YPX avtomobili ona “saxla” əmri vermişdir. O qanuna əsasən, “saxla” əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektorun öz AZ 56995 saylı xidməti vəsiqəsində Adı, Soyadı və Ata adı kimi X7 göstərilmişdir.O bildirib ki, guya o Ç.Qurbanov ilə hərəkət edən zaman svetoforun qırmızı qadağanedici siqnalında keçib.O isə öz növbəsində etiraz edərək svetoforun yaşıl işığının yanıb söndüyü halda yol ayrıcını keçdiyini bildirib. O qeydiyyatda olduğu yer Bakı olduğu və giriş-çıxışa qadağa olduğu halda, Qusar şəhərində olmağına görə koronavirus (Covid 19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimini guya pozub və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xəta törədib.Yuxarıda qeyd etdiklərini, yəni xx xxxx 2020-ci il tarixdən Qusarda olduğunu və karantin rejimi lə əlaqədar Bakı şəhərinə qayıda bilmədiyini inspektora bildirməyinə və etiraz etməyinə baxmayaraq, inzbati pozuntular etdiyini sübut etmədən barəsində İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli (qərarsız) inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 211.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalarının tərəfindən törədilməsində ittiham edilmişdir. Həmin protokolu o imza etməmiş və etirazlarını bildirmişdir. Bu səbəbdən qərar qəbul edilməmiş və elektron cərimə sistemindən telefon nömrəsinə gələn sms-də həmin protokolun statusu hal-hazırda qərarsızdır. Həmin protokolun ona təqdim edilmiş nüsxəsinə baxdıqdan sonra fikir verib ki, protokol tamamilə başqa şəxsin (inspektroun) adından, X4 adından tərtib edilmişdr.İnzibati xəta hadisəsi və tərkibi olmadığı halda YPX inspektoru barəsində qərəzli olaraq, xüsusən də İXM-nin 211.1-ci maddəsi ilə ittiham edərək qanunsuz protokol tərtib etmişdir. Bununla da barəsində əsassız olaraq inzibati araşdırma və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. O, Qusar rayonu Yol Patrul Xidmətinin polis kiçik serjantı X5 adından tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli (qərarsız) inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qusar rayon Polis Şöbəsinə və X2 qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Qusar RPŞ-nin səlahiyyətli nümayəndəsi və X6 oğlu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar RPŞ-nin xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərar qismən ləğv edilməli, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xəta tərkibinin müəyyən edilməsi məqsədi ilə iş materialları yenidən Qusar rayon Polis Şöbəsinə göndərilməli və X3 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli , TP ******* saylı qərarı İXMin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qusar RPŞ tərəfindən qəbul edilmiş İXP3380094 nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində, saat 09:51-də TOYOTA PRİUS MİNİK markalı, 99LF509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, X3 İXM-nin 211.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İşə əlavə edilmiş İXP3380094 nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, xx.xx.2020-ci il tarixində, saat 09:51-də TOYOTA PRİUS MİNİK markalı, 99LF509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 İXM-nin 211.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilməlidir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmiş, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda göstərilən hal isə İXP3380094 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qismən ləğv edilməli, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xəta tərkibinin müəyyən edilməsi məqsədi ilə inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Qusar rayon Polis Şöbəsinə göndərilməli və X3 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərar İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Qusar rayon Polisi Şöbəsinin xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qismən ləğv edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xəta tərkibinin müəyən edilməsi məqsədi ilə inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Qusar rayon Polis Şöbəsinə Şöbəsinə göndərilsin. X3 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərar İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1467/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1467/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver