Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1469/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,xx.xx.2020-ci il tarixində axşam saatlarında Bakı şəhərinin, Səbail rayonu ərazisində (Sahil metrostansiyasının yaxınlığında) polis əməkdaşı tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq ondan karantin rejimi ilə əlaqədar Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən təqdim edilən icazənin yoxlanılması məqsədi ilə, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tələb olunan məlumatları polis əməkdaşına təqdim etmiş və bundan sonra baxmayaraq ki, icazəsinin mövcüd olduğu halda polis əməkdaşı ona barəsində inzibati xəta protokolunun tərtib edilməsini bildirdi. Barəsində tərtib olunacag protokolun hüquqi əsası barədə məlumat almaq istədikdə polis əməkdaşı onun dediklərinə heç bir məhəl qoymadan inzibati protokolu tərtib etmişdir. Bir müddət sonra ona Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən zəng edilmiş və 100 (yüz) manat inzibati təndeh olaraq cərimənin ödənilməsi zərurəti barədə bildirilmişdir. Daha sonra mən qanunvericiliyin tələblərinə uyğun olaraq polis idarəsinə rəsmi qaydada müraciət edərək barəsində tərtib edilən inzibati protokolun və inzibati qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Səbail rayon 39-cu Polis Bölməsi tərəfindən ərizəsinə cavab olaraq barəsində tərtib edilən inzibati protokol və qərar ona xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə təqdim edilmişdir.Səbail rayon Polis İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək barəsində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Səbail RPİ-nə lazmı qaydada məlumat verilsə də Səbail DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Səbail RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından (icaze.e-gov.az) çıxarışdan görünür ki, X2 (AA1794425) 2020-ci ilin 7 aprel tarixində saat 15- 36-49-da vətəndaşa aid icazə qeydiyyata alınmış və həmin tarixdə 16:16-da təsdiqlənmişdir. Sözügedən icazə 2020-ci il 31 may tarixinədək qüvvədə olmuşdur. İşə əlavə edilmiş “xxxxxxxxxxxxxxxx” ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 xx.xx.2020-ci il tarixindən etibarən əmək müqaviləsi əsasında “xxxxxxxxxxxxxxxx” ASC-də “Hüquqşünas köməkçisi” vəzifəsində əmək fəaliyyəti göstərir. Bildirir ki, 2020-ci ilin aprel ayı üzrə karantin rejiminin Bakı şəhəri ərazisi üzrə sərtləşdirilmiş şəkildə tətbiq edilməsinə baxmayaraq, fəaliyyətlərinin davamlılığına tam icazə verilmiş və buna müvafiq olaraq əməkdaşları tam şəkildə öz əmək funksiyalarını yuxarıda qeyd edilən dövrdə yerinə yetirmişdir.İnzibati tənbeh vermə haqqında qərarın tərtib olunduğu tarixdə X1 işə gəlib-gedmək üçün icazəsi tərəflərindən Elektron Hökümətin İnkişafı Mərkəzindən əldə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il tarixində Sahil metrostansiyasının yaxınlığında polis əməkdaşı tərəfindən X3 hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq ondan karantin rejimi ilə əlaqədar Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən təqdim edilən icazəsi yoxlanılmış və icazənin olmasına baxmayaraq o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X2istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalına əsasən X2 (AA1794425) 2020-ci ilin 7 aprel tarixində saat 15636 vətəndaşa aid icazə qeydiyyata alınmış və həmin tarixdə 16:16-da təsdiqlənmişdir. Sözügedən icazə 2020-ci il 31 may tarixinədək qüvvədə olmmasına baxmayaraq, onun barəsində əsassız olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsitərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X2 (AA1794425) 2020-ci ilin 7 aprel tarixində saat 15636 vətəndaşa aid icazə qeydiyyata alınmış və həmin tarixdə 16:16-da təsdiqlənmişdir. Sözügedən icazə 2020-ci il 31 may tarixinədək icazəsi olmuşdur. Lakin buna baxmayaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən əsassız olaraq İXMnin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Ceyhun Məmmədovun müvafiq icazəsi olmadan yaşayış yerini tərk etməsi işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ceyhun Məmmədovunşikayəti təmin edilməli, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1469/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1469/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver