Məhkəmə qərarları › İş №3(009)-1471/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1471/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1471/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 13000-0581/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 02,07.2020-ci il tarixli 34/012/002506 saylı raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********5248 saylı gömrük bəyannaməsi üzrə mallar Baş İdarədə həmin tarixdə konsiqnasiya yolu ilə ixrac gömrük proseduru altında rəsmiləşdirilmişdir. Qeyd edilmiş gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların müqabilində idxalçı tərəfindən ödənilməli olan vəsait 5604,75 (beş min altı yüz dörd dollar yetmiş beş sent) AB$ dolları yəni, 9528,07 (doqquz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (vüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, fərmanda göstərilən müddətin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Faktla bağlı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası ərazisində müvəkkil edilmiş və MMC-rıin hesabının mövcud olduğu “xxxxxxxxx” ASC-nin Masallı filialına 08,07.2020-ci il tarixli 2000-013/0xx-xx/000599 saylı məktubla yuxarıda göstərilən bəyannamə üzrə hər hansı köçürmənin olub olmaması barəsində sorğu göndərilmiş, həmin bankdan daxil olmuş xx.xx.2020-ci il tarixli Mas/167 saylı məktuba əsasən müəyyən olunmuşdur ki, MMC tərəfindən “xxxxxxxxx” ASC-nin Masallı filialında heç bir valyuta əməliyyatı aparılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X5 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 13000-0581/20 nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, sözü gedən bəyannamə üzrə icrac ediilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməli olan vəsaitin köçürülməsi prosesinin həyata keçirilməməsinə əsas səbəb malları idxal edən xarici şirkət tərəfindən ödənişin həyata keçirilməməsi olmuşdur. Bunun səbəbi də pandemiya ilə əlaqələndirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXMnin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, Şəxs (VÖEN:**********) MMC tərəfindən 12 10.2019-cu ıl tarixli **********5248 saylı gömrük bəyannaməsi təqdim edilməklə 5 604.75 ABŞ Qollar, dəyərində maları Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrik İdarəsində konsiqnasıya yolu ilə ixrac prosedurunda rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 1997-cı ıl tarixli 609 nömrə!' Fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasra yolu ilə ixrac etdıkiərı malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablanna köçürülməsini təmin etməlidirlər. Həmin müddətinin bitməsinə baxmayaraq, **********5248 saylı gömrük bəyannaməsinin 20, 24 və 37-ci qrafalarını əsas gətirərək 180 gün ərzində ixrac olan mallar üçün ödənilməli olan (5 604.75 ABŞ dolları, 9 528.075 manat) vəsait müvəkkil bankda şəxsin aidiyyəti hesabına ixrac müqaviləsi üzrə xarici valyuta daxil olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********5248 nömrəli gömrük bəyənnamələrindən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) ünvanına 6227,5 kq çəkisi olan, 500 ədəd kisə, ayrı yerdə adı çəkilməyən və təsnif olunmayan plastmassadan inşaat detalları ölkə ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” ASC-nin Masallı filialının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən “xxxxxxxxx” ASC-nin Masallı filialında heç bir valyuta əməliyyatı aparılmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ixracatçı Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 5604,75 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində,1681 (bir min altı yüz səksən bir ) ABŞ dolları, yəni – 2858 (iki min səkkiz yüz əlli səkkiz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar