Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1474/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar X3 Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X9 bildirmişdir ki, Səbail rayon məhkəməsinin e-2(009)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsaəsn yetkinlik yaşına çatmayan 25.05,2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı Şəxs alınaraq X4 verilməlidir. Qətnamənin “yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçı Şəxs alınaraq cavabdeh X3 himayəsinə verilməsi” hissəsi icra olunduğu vaxtdan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər biri üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq X4 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu və övladları dəfələrlə şöbəyə çağırılsada, tərəflərin və psixoloqun iştirakı ilə uşaqlar analarına getməkdən imtina etmişdir. Psixoloq öz növbəsində uşaqların atanın təsiri altında olduğunu və bu səbəbdən analarına getmək istəmədiklərini bildirmişdir. Bu barədə mutəxəsis, psixoloq və tərəflərin iştirakı ilə aktlar tərtib olunmuşdur. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. Borclu izahatında övladlarına təsir etmədiyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 icra sənədinin icrasının tam şəkildə təmin edilməsini və uşaqların ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır. Lakin uşaqların özləri analarının yanına getmək istəmir. Hazırda da məhkəmə iclasında uşaqları analarına verməyə hazırdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin e-2(009)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsaəsn yetkinlik yaşına çatmayan 25.05,2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı Şəxs alınaraq X4 verilməlidir. Məhkəmə prosesi zamanı, borclu uşaqlara analarının yanına getmələrini israrla bildirmiş, lakin uşaqlar ağlayaraq Şəxs sığınmış və analarının yanına getmək istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməlidir. İşdən aydın olur ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aşkar olunmur. Belə ki, borclu uşaqları tələbkara verməkdən imtina etmir, uşaqların özləri tələbkarın yanına getmək istəmir. Lakin qeyd olunan hallar icra sənədinin icrasını gecikdirməməlidir və qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməsinin zəruriliyi məhkəmə iclasında icra məmurunun diqqətinə bir daha çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda borclunun məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəm' aktının icrasından qərəzli olaraq yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-1474/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1474/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver