Məhkəmə qərarları › İş №3(009)-148/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-148/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-148/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X2, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi Cəfərova Könül Saməddin qızının iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı xx.xx.2020-ci il tarixli qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi “kia picanto”markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 16 saylı ünvanda yolun sağ çiynində saxlamışdır. Bu zaman ona BNA seriyalı ******* saylı qərarlı protokol İXM-nin 346.1-ci maddəsinə əsasən tərtib edilmişdir. Həmin küçədə 2 həftə əvvəl “durma və dayanma” qadağandır yol nişanı quraşdırılmış, bir necə qonşuların və sakinlərin şikayətindən sonra həmin yol nişanı dərhal yığışdırlmışdır. Ona cərimə tərtib edən zaman həmin küçədə “durma və dayanma”qadağandır yol nişanı mövcud olmaya-olmaya ona məlum olmayan səbəblərə görə barəmdə protokol tərtib edilmişdir. BNA-ya müraciət etmiş və məlum qərarın icraatına xitam verilməsin xahiş etmişdir. Lakin BNA-nin xx xxxxxx 2020-ci il tarixli 15-9603/A-3054 saylı məktubu ilə ona məlum edilmişdir ki, nəqliyyat vasitəsimi yolun ikinci cərgəsində saxlamış və bununlada durma qaydaların pozmuş və o 20 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin günü səkidən biraz aralı saxlamış, lakin ikinci cərgədə avtomobilini saxlamamış və bu fotoşəkillərində aydın görsənir ki, qabaqda duran avotmobilin arxa hissəsində saxlamışdır. BNA tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında BNA seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli Qərarı ləğv etməklə, icraatına xitam verəsilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 nümayəndəsi X3, BNA ******* saylı inzibati xəta haqqında protokola dair xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi Cəfərova Könül Saməddin qızı şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərarda şəxsin məhs hansı karantın qaydalarının pozması barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə, Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin olunmalı, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar