Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-148/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 sentyabr 2021-ci il tarixli 00100-1673/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 3(103)-926/2021 saylı qərarı ilə Dövlət Gömrük Komitəsinin Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlamış inzibati haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 3(009)-1794/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 08K7105/08K7106 nömrəli avtomaşınla, İHR**********004 saylı 09.08.2021 tarixli invoys sənədi ilə idxal edilmiş yüklər **********5546 sorğu nömrəli 24.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi ilə və 36-cı qrafada 701 imtiyaz kodu ilə, yəni, “kənd təsərrüfatı təynatlı” mal kimi bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildivinin və kənd təsərrüfatı təynatlı olubolmamasının müəyyən edilməsi məqsədilə X2 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200- 017/003-25/004285 saylı 27.08.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGl-yə göndərilmiş sınaq protokoluna əsasən İHR**********004 saylı 09.08.2021 tarixli invoys sənədi ilə idxal edilmiş yükün “Dizayn Makina” markalı, “D-100” modelli qida məhsullarının qablaşdırılması üçün avadanlıq olub XİF MN-ə görə “**********” alt yarımmövqevində sinifləşdirildivi, kənd təsərrüfatı təynatlı olmadığı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1 bəndinin 164J.34 yarımbəndinə aid edilmədiyi, nəticədə **********5546 sorğu nömrəli 24,08.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən ƏDV üzrə 7760.43 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.4 AZN olmaqla, ümumilikdə 7795,83 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 22.06.2021-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş və **********9951 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük orqanına düzgün bəyan edilməmiş və ümumilikdə 5922,27 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməl ilk dəfə törədildiyindən və ödənilməli olan əlavə gömrük ödənişləri ödənildiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında isin icraatına Bakı Bas Gömrük İdarəsinin 00100/1245 nömrəli 02.07.2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində Türkiyə Respublikasından Şəxs MMC-nin adına 08K7105/08K7106 nömrəli avtomaşınla, İHR**********004 savlı 09.08.2021 tarixli invovs sənədi ilə idxal edilmiş və **********5546 sorğu nömrəli 24.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yükün gömrük orqanına "xxxx" mal kimi bəyan edilməsi nəticəsində MMC tərəfindən ümumilikdə 7795,83 AZN gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından Şəxs MMC AZ2300, ünvan 1-nin ünvanına 08K7105/08K7106 nömrəli avtomaşınla, İHR**********004 saylı 09.08.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5546 sorğu nömrəli 24.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi ilə və 36- cı qrafada 701 imtiyaz ilə yəni kənd təsərrüfatı təynatlı mal kimi bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin və kənd təsərrüfatı təynatlı olub olmamasının müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200- 017/003-25/004285 saylı 27.08.2021 -ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən “Dizayn Makina” markalı, “D-100” modelli qida məhsullarının qablaşdırılması üçün avadanlıq olub XİF MN-ə görə 8422 40 000 0 alt yarımmövqeyində sinifləşdirilir, kənd təsərrüfatı təynatlı deyil və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1 bəndinin 164.1.34 yarımbəndinə aid edilmir belə olduqda 18 % ƏDV cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********5546 sorğu nömrəli 24.08.2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilən “Dizayn Makina” markalı, “D-100” modelli qida məhsullarının qablaşdırılması üçün avadanlıq olub XİF MN-ə görə 8422 40 000 0 alt yarımmövqeyində sinifləşdirilir, kənd təsərrüfatı təynatlı deyil və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1 bəndinin 164.1.34 yarımbəndinə aid edilmədiyi halda əlavə yaranacaq rüsum : idxal gömrük rüsumu üzrə 0 azn, ƏDV üzrə 7760.43 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.4 AZN təşkil edir. İş materiallarında olan X3 İdarəsinin 2200-017/003-25/004285 saylı 27.08.2021-ci il tarixli sınaq protokolundan görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına İHR**********004 nömrəli 09.08.2021-ci il tarixli invoys üzrə idxal olunan yük “Dizayn Makina” markalı, “D-100” modelli qida məhsullarının qablaşdırılması üçün avadanlıq olub XİF MN-ə görə 8422 40 000 0 alt yarımmövqeyində sinifləşdirilir, kənd təsərrüfatı təynatlı deyil və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1 bəndinin 164.1.34 yarımbəndinə aid edilmir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 00100/1245 nömrəli 02.07.2021-ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, Şəxs MMC tərəfindən 22.06.2021-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş və **********9951 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük organına düzgün bəyan edilməmiş və ümumilikdə 5922,27 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, lakin, AR İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməl ilk dəfə törədildiyindən və ödənilməli olan əlavə gömrük ödənişləri ödənildiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin baş mühasibi, MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, izahatında nümayəndəsi olduğu Şəxs MMC-nin Gövçay rayonunda yerləşən arıçılıq təsərrüfatında bal və bal məhsullarının istehsalı və satışını həyata keçirdiyini, sonuncu dəfə Türkiyə Respublikasından "xxxx" MMC-nin ünvanına 08K7105/08K7106 nömrəli avtomaşınla, İHR**********004 saylı 09.08.2021 tarixli invoys sənədi ilə idxal edilmiş 1 ədəd “Dizayn Makina” markalı, “D-100” modeili yükün təsərrüfatda balın qablaşdırılmasında istifadə olunmaq məqsədi ilə Azərbaycan Respublikasına idxal olunduğunu, idxal edilmiş yükün göndərən şirkətin təqdim etdiyi müşayiət sənədlərinə əsasən gömrük orqanına bəyan olunduğunu, kənd təsərrüfatında istifadə olunmaq məqsədi ilə idxal olunan malların gömrük ödənişlərindən azad olunduğunu bildiklərini, bu məqsədlə idxal etdikləri yükün gömrük orqanına "xxxx" mal kimi bəvan edilməsini broker şirkətinə bildirdiklərini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X2 İdarəsinin rəyinə əsasən idxal etdikləri yükün 1 ədəd “Dizayn Makina” markalı, “D-100” modeili, qida məhsullarının qablaşdırılması üçün avadanlıq yükü olduğu və "xxxx" hesab edilmədiyinin məlum olduğunu, həmin malın arıçılıq təsərrüfatında istifadə olunacağı üçün gömrük orqanına "xxxx" mal kimi bəyan olunduğunu, yaranmış ümumilikdə 7795,83 AZN məbləğində gömrük ödənişini ödəmək və idxal etdikləri malın gömrük rəsmiləsdirilməsini başa çatdırmaq niyyətində olduqlarını bildirmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 7795,83 AZN (yeddi min yeddi yüz doxsan beş manat səksən üç qəpik) gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 5457,08 (beş min dörd yüz əlli yeddi manat səkkiz qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-148/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-148/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver