Məhkəmə qərarları › İş №3(009)-1490/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1490/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1490/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və orada Məcəllənin 332.1-ci maddəsi əks olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96- VQ nömrəli Qanununun tətbiqi barədə fərmanından görünür ki, Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yuxarıda göstərilənlərdən belə aydın olur ki, Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələr deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə hesab edirəm ki, Şəxs İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya görə iş materialları baxılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar