Məhkəmə qərarları › İş №3(009)-1491/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1491/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1491/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rövşən oğlunun iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Rövşən oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinə əsasən Şəxs Rövşən oğlunun barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Rövşən oğlu xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs Rövşən oğlu xx.xx.2020-ci il tarixdə, saat 01:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları müvafiq inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad və B.Sərdarov küçələrinin kəsişməsinə yaxın “Spar” marketin yaxınlığında bir nəfər şəxsin karantin rejimi qaydalarını pozduğu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona karantin rejimi qaydalarını pozduğunu və ona əməl etməsini bildirmişlər. Həmin şəxs buna etiraz etmiş, bundan sonra polis əməkdaşları ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmamasını soruşmuşlar, onun üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından polis əməkdaşları şəxsiyyətini müəyyən etmək onu üçün polis bölməsinə dəvət etmişlər, o, isə buna etiraz etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs Rövşən oğlu kimi təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Rövşən oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlu izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək ona karantin rejimi qaydalarını pozduğunu və ona əməl etməsini bildirsələr də, o, buna etiraz edərək karantin rejimi qaydalarını pozmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmamasını soruşmuşlar, onun yanında şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından polis əməkdaşları şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmişlər, o, isə buna etiraz etmişdir. Sonradan o, 9-cu polis bölməsinə gətirilmişdir. Hazırda polis əməkdaşının qanuni tələbinə əməl etmədiyi üçün əməlindən səmimi peşman olduğunu və eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə üzrə əməliyyat müvəkkili X6 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin “Spar” marketin yaxınlığında karantin rejimi qaydalarını pozduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona karantin rejimi qaydalarını pozduğunu və əməl etməsini bildirsələr də, həmin şəxs buna etiraz etmiş, bundan sonra polis əməkdaşları ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmasını soruşmuşlar, onun yanında şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından polis əməkdaşları şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmişlər, o, isə buna etiraz etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs Rövşən oğlu kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə üzrə əməliyyat müvəkkili X5 şahid X3 izahatına uyğun izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Rövşən oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə bağlı hissədə xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə isə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin “Spar” marketin yaxınlığında karantin rejimi qaydalarını pozduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona karantin rejimi qaydalarını pozduğunu və əməl etməsini bildirsələr də, həmin şəxs buna etiraz etmiş, öz hərəkətlərinə davam etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs Rövşən oğlu kimi təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində karantin rejimi qaydalarına əməl edilib-edilməməsi yoxlanılan zaman, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində “Spar” marketin yaxınlığında karantin rejimi qaydalarını pozduğuna görə bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, ona karantin rejimi qaydalarını pozduğunu və əməl etməsini bildirmiş, həmin şəxs isə buna etiraz etmiş, bundan sonra polis əməkdaşları ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmasını soruşmuşlar, onun üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından polis əməkdaşları şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmişlər, o, isə buna etiraz etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 9-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs Rövşən oğlu olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Şəxs Rövşən oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və raportda onun karantin rejimi qaydalarını pozması qeyd edilsə də, məhkəmə araşdırması zamanı Şəxs Rövşən oğlunun karantin rejimi qaydalarını pozması halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs Rövşən oğlunun İXM-in 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmadığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs Rövşən oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətatərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından da göründüyü kimi,xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində karantin rejimi qaydalarına əməl edilib-edilməməsi yoxlanılan zaman, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində inzibati ərazidə xidmətdə olan zaman Şəxs Rövşən oğluna karantin rejimi qaydalarını pozduğunu və əməl etməsini bildirməklə yanaşı, həmçinin ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmasını soruşmuşlar, onun üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından polis əməkdaşları şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmişlər, o, isə buna etiraz etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Rövşən oğlu xx.xx.2020-ci il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində “Spar” marketin yaxınlığında ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisi tərəfindən karantin rejimi qaydalarına əməl edilib-edilməməsi yoxlanılan zaman ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edildikdə o, polis işçisinə şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi təqdim etməmiş, polis işçisinin onun şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etməsinə etiraz etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, Şəxs Rövşən oğlunun əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs Rövşən oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs Rövşən oğlunun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Rövşən oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, Şəxs Rövşən oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 01:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Rövşən oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə xitam verilsin. Şəxs Rövşən oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 01:10-dan hesablansın. Şəxs Rövşən oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar