Məhkəmə qərarları › İş №3(009)-1494/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1494/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1494/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X4 Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 12 fevral 2021-ci il tarixdə tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən 12 fevral 2021-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 12.02.2021-ci il tarixində saat 14:54 radələrində Səbail rayonu Badamdar şossesi X2rşısında şəhər istiqamətində hərəkətdə olarkən yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 qırmızı işığında keçdiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini rəhbər tutaraq ona inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Yol patrul xidməti öz xidmətini onun hərəktdə olduğu Badamdar şossesinə perpendikulyar olan dalanda duraraq həyata keçirirdi. Onun qayda pozuntumu məhz həmin yerdən xidməti patrul avtomobilindəki kamera vasitəsilə yandan çəkilən video görüntü ilə isbat etməyə çalışdı. Hansı ki orada onun qarşısındakı svetofor ümumiyyətlə görünmür. İnspektor Əhmədzadə belə izah etdi ki, əgər onun göstərdiyi görüntüdə onun qarşısındakı svetoforda yaşıl işıq yanmağa başladığı anda o, yol ayrıcında olduğundan artıq qırmızı işıqda keçmiş hesab olunur. İlk olaraq inspektorun iddiasına şübhə ilə yanaşmadı və qərarın tərtib olunmasına etirazını bildirmədi. Lakin hər zaman qaydalara riayət edən sürücü olduğu üçün bu qayda pozuntusunda diqqətsizlik etdiyinə inanmadı. İnspektorun ondan dəfələrlə “etirazın yoxdur ki” sualını soruşmağı onu şübhələndirdi. Uzun zamandır Badamdar qəsəbəsində yaşadığı üçün o svetoforun zaman zaman qeyri- işlək vəziyətdə olduğunu bilirdi. Axşam işdən gec qayıtdığı üçün səhəri gün nahar fasiləsində ona inzibati tənbeh haqqında qərar tərtib edilən ərazidə müşahidə aparmağı qərara aldı. Orada video çəkiliş apardı və həmin video görüntüləri məhkəmə qarşısında nümayiş etdirməyə hazırdır. Müşahidələri zamanı məlum oldu ki, svetofor nasazdır. Yaşıl işıq sönəndən sonra sarı işıq yanmır və svetofor tam sönmüş vəziyyət alır və daha sonra qırmızı işıq yanır. Svetofor yol ayrıcından təxminən 4-5 metr arxadadır. Ona məlum oldu ki, svetoforun tam sönmüş anında o, svetoforu keçərək yol ayrıcına daxil olmuş və o zaman da inspektor yola perpendikulyar istiqamətdən onu yandan kamera ilə qeydə alıb. Yəni onun qarşısında yaşıl işıq yandığı an o, artıq öz yolunda heç bir işığı yanmayan sevetoforu keçib yol ayrıcına daxil olmuş olur və cərimələnir. Müşahidə apardıqdan sonra Bakı şəhər Yol Polisi İdarəsinə getdi iradını keçdiyi iddia edilən svetoforun özünün görüntüsünü görmək istəyirdi və bildirdi ki, onun qırmızı işıqda keçdiyini isbatlayan dəqiq görüntü olmadan ona inzibati tənbeh haqqında qərar tərtib edə bilməzlər. Lakin ona bildirdilər ki, oranı qeydə alan kamera yoxdur. Yenə patrul avtomaşınından kamera vasitəsilə çəkilən video görüntüləri əsas tutaraq iradını qəbul etmədilər. Hətta ona bildirdilər ki inspektorun mikrofonunda qeydə alınan səs yazılarında onun “etirazım yoxdur” deməyi inspektorun haqlı olduğunu sübut edir. Daha sonra 13.02.2021 Daxili İşlər Nazirliyinə rəsmi olaraq şikayət ünvanladı, məsələnin yenidən araşdırılmasını tələb etsə də Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsindən ona ünvanlanan cavab məktubunda bildirildi ki qərar qüvvədə qalır. Məsələnin bu qədər araşdırılmasını istəmə səbəbi yol patrul xidməti əməkdaşlarının vəziyyətdən sui istifadə etməsidir. Haqında qərar tərtib olunan yer o ərazinin ən çox nəqliyyayt sıxlığı olan yerlərindən olmasına baxmayaraq orada yol patrul xidməti əməkdaşları zərurət olduğu halda heç vaxt xidmət aparmırlar. Dəfələrlə o, şəxsən 102 xidmətinə zəng vuraraq o ərazidə tıxacın və qanunsuz parklanmanın aradan qaldırılması üçün nizamlayıcı inspektorların cəlb ediməsini xahiş etsə də heç bir yol patrul xidməti əməkdaşları orada xidmətə cəlb olunmayb. Sonda məlum oldu ki, svetoforun nasaz olmağının yaratdığı şəraitdən istifadə edərək yol patrul əməkdaşları iki gün orada xidmət aparıblar və sürücüləri qanunsuz olaraq cərimələyiblər. O da onlardan biri oldu. O, hərbi quluqçudur. Müdafiə Nazirliyinin zabitidir. Onun hərbi qulluqçu olduğunu görə-görə inspektor qanunsuz əməli etməkdən çəkinmədi. Aidiyyatı üzrə müraciət edib qərarın araşdırılmasını istəmiş amma araşdırmaq üçün Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən heç bir cəhd edilməmişdir. Odur ki, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin barəmdə tərtib etdiyi qanunsuz qərarın ləğv edilməsi və mənim ödədiyim 60 AZN (altmış manat) cərimənin və 20 AZN dövlət rüsumunun geri ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AR DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən X5 ünvanlanmış məktubdan görünür ki, X8 oğlu 12.02.2021-ci il tarixdə idarə etdiyi «Seat» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Badamdar şossesində hərəkətdə olarkən «Yol hərəkəti haqqındaw Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbinə riayət etməyərək svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyindən həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız patrul avtomobilində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Barənizdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və onun rəsmiləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 12 fevral 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətçi şikayət ərizəsində svetoforun nasaz olmasını və özünün qırmızı işıqda keçmədiyini bildirsə də məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X4 əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin 12 fevral 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X8 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin 12 fevral 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar