Məhkəmə qərarları › İş №3(009)-1495/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1495/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1495/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 iştirakı ilə, DİN Baş Dövlət X4 EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki,M2, E60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 395 km xx.xx.2020-ci il tarixində, saat 20:43:41-də Mercedes Benz E200 Minik markalı, 90OG341 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Nəticədə AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İXM-nın 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində 50 manat məbləğində və 2 bal inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qeyd olunanlarla bağlı bildirir ki, o, barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, o, qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan istiqamətdə hərəkətdə olmuşdur. Lakin qərarda göstərilənin əksinə o, surət həddinin aşılması hallarına yol verməmişdir. Ona görə ki, o, mütəmadi olaraq göstərilən yoldan istifadə edir və həmin yolda olan surət hədləri ilə bağlı dəqiq məlumata malikdir. Bundan əlavə istər qərara əlavə olunmuş fotoşəkillərdən, istərsə də video görüntüdən onun yolda müəyyən olunmuş surət həddini 21 km/saat həddində aşmağı müəyyən olunmur. Eyni zamanda o, qərarı hazırda mübahisələndirilən qərarı qeydiyyatda olduğu Səbaii rayonu DYPİ-dən götürərkən də onun inzibati xəta törətməyini təsdiq edən mötəbər sübutu tələb etsə də, onlarda yalnız ona təqdim edilən foto və videogörüntülərin olmasını, əlavə heç bir görüntünün olmamasını bildirilmişdir. O, həmin şöbədə də olanda bildirdiyi kimi ona təqdim edilmiş görüntülərlə razı deyil və hesab edir ki, həmin görüntülər faktı təsdiq edən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, qərara əlavə edilmiş birinci fotoşəkildə avtomobilin marka və modeli görünməsə də, ona məxsus **-DG-*** dövlət qeydiyyat nişanı görünür. Lakin həmin şəkildə surət həddi ilə bağlı məlumatlar əks olunmadığına görə həmin şəkilin harda və hansı şəraitdə çəkilməsini müəyyənləşdirmək qeyri-mümkündür. Qərara əlavə edilmiş 2-ci və 3cü şəkillərdən və sistemdə yerləşdirilmiş videogörüntüdən bir neçə avtomobilin hərəkətdə olması görünür, lakin həmin avtomobillərin dövlət qeydiyyat nişanları görünmür. Beləliklə qərarda göstərilən xüsusatlar- yəni onun tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşılması, AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetmir. Qüvvədə olan inzibati qanunvericilikdə mötəbər sübutlara əsasən müəyyən edilmiş təqsirə görə məsuliyyətin müəyyən olunması nəzərə alaraq, hesab edir ki, hazırki halda barəsində AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində və 2 bal inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, BDYPİ tərəfindən onun vətəndaş kimi qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün əməl qorunan ictimai münasibətlərə qəsd etməli, hüquqazidd olmalı, təqsirli sayılmalı və inzibatı məsuliyyətə səbəb olmalıdır. Həmçinin inzibati məsuliyyətə cəlb edilə bilməyim üçün onun inzibati xətaya yol verməyi tələb olunur. Lakin sadalananların əksinə, əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə iş materialları ilə bir daha təsdiq olunur ki, inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Buna görədə qərar ləğv olunmalı və inzibati işə xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 şikayətini müdafiə edərək EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN Baş Dövlət X5 lazmı qaydada məlumat verilsə də, DİN Baş Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə DİN Baş Dövlət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət X4 EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş baxılması üçün yenidən DİN Baş Dövlət X5 göndərilməlidir. İş materiallarında olan EQ ******* saylı, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 M2, E60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 395 km xx.xx.2020-ci il tarixində, saat 20:43:41-də Mercedes Benz E200 Minik markalı, 90OG341 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşaraq, AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nın 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə və 2 bal inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş P101800126 nömrəli kameradan çəkilmiş fotoşəkildən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:43 radələrində M2, E60, AH5 Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 395 km dövlət qeydiyyat nömrəsi **-OG-*** qeyd edilmiş avtonəqliyyat vasitəsi 81 km/saatla hərəkətdə olarkən surət həddini aşmışdır. Lakin həmin fotoşəkildə avtomobilin rəngi, markası, modelini aşkar etmək mümkün deyil. Məhkəmə təqdim olunmuş şikayətlə bağlı bildirir ki, yuxarıda göstərilən kameradan çəkilmiş fotoşəkilə (radara) əsaslanaraq şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, həmin kameradan çəkilmiş fotoşəkildə (radara) yalnız avtomobilin nömrəsi oxunur. Həmin hal isə həqiqətəndə X1 mülkiyyətində olan “Mercedes Benz minik” markalı avtomobilin olmasını şübhə altına alır. Bundan əlavə həmin fotoda surət həddi ilə bağlı məlumatlar əks olunmamış və fotonun harada və hansı şəraitdə çəkilməsini müəyyənləşdirmək qeyrimümkündür. Göstərilən səbəbdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 122.1. –ci maddəsinə əsasən İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsi, yəni yolda müəyyən edilmiş surət həddini aşması konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət X4 xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün DİN Baş Dövlət X5 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. DİN Baş Dövlət X4 xx xxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün DİN Baş Dövlət X5 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar