Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1496/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X4 Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Hüseynov Cəmhur Elçin oğlu Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə rəisi polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 29 iyul 2020-ci ıl tarixdə Bakı şəhəri. Nardaran qəsəbəsinin çimərliyində ailəsi ilə istirahət edirdi. İstirahət edərkən polis mayoru X3 tərəfindən barəsində MN ******* saylı protokol tərtib etmişdir. O, ailəsi ilə birlikdə zərurətlə əlaqədar olaraq yaşadıqları bağdan çıxıb dəniz kənarında səhhətləri üçiin vacib olan hava və günəş şüalarının qəbul edərək vitamin D qəbul edirdilər. Maddi imkanı çətin olduğundan uşaqları və özlərinin təbii yol ilə immunitetini qaldırırdılar. Nazirlər Kabinetin karantin qaydalarına uyğun olaraq dəniz kənarında gəzintiyə icazə var. Bununla bərabər bildirmək istəyir ki, çimərlikdə çimməyə qadağa heç bir qanunda yazılmayıb və qadağa yoxdur. Dəniz kənarında gəzinti vaxtı polis əməkdaşları yaxınlaşıb özlərini və sənədlərini təqdim etmədən qanunsuz olaraq dəniz kənarı tərk etməyə tələb etdilər. Maraqlanaraq səbəbini öyrənmək istəyəndə isə qanunsuz tələblərini irəli sürüb sms icazə yoxlamağa başladılar. Konstitusiya hüquqlarına zidd olan sms icazələri var idi və bu Çevik Polis əməkdaşları tərəfindən təsdiqləndi. Daha sonra onlara heç bir izahat vermədən sahə inspektoru X1 əraziyə çağırdılar və o ilkin olaraq boş blank protokola imza atmağını tələb etdi. Boş blank protokola imza atmaqdan imtina edəndə, onlar polis tərəfindən təzyiqə məruz qaldılar. Doldurulmamış protokolu imzalamadığını bildirəndən sonra polis mayoru Fərhadov Polad MN ******* nömrəli qərarlı protokol tərtib edib protokolun iki vərəqindən yalnız bir vərəqin nüsxəsini təqdim etdi. Polis mayoru Fərhadov Polad qanunu pozub tərtib edilən protokolun bütün nüsxələrini təqdim etmədi, protokolda etirazını yazmağa imkan vermədi. Əlavə edərək polislərə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 112-ci maddəsinə əsasən (Fövqalədə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq və 28-ci maddənin 3-cü bəndini rəhbər tutaraq sərbəst azad hərəkətə malikdi. Ümumiyyətlə İXM-nıin 21-ci maddəsi AR Konstııtsiyasına zidd olmasını qeyd edir ki, Qanunlarda ziddiyat yaranır və İnzibati Xətalar Məcəllənin 21-ci maddəsi onun konstitusiya hüquqlarından üstün ola bilməz. Bakı şəhər, Sabunçu rayon polis idarəsi, 42ci polis bölməsi polis əməkdaşı mayor X3 tərəfindən tərtib edilən MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verilməsini xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar şikayt ərizəsinə əlavə olunsa da hazırkı şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərardan deyil, inzibati xəta haqqında MN ******* nömrəli protokoldan şikayət verilmiş və protokolun ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi Nardaran qəsəbəsində baş vermiş, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi tərəfindən tərtib edilmişdir. Lakin şikayət ərizəsi Səbail Rayon Məhkəmsinə göndərilsə də şikayətçi tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Bundan əlavə iş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 29 iyul 2020-ci il tarixdə qəbul edilmiş, şikayət isə məhkəməyə 22 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Hüseynov Cəmhur Elçin oğlu şikayətində qərarı hansı tarixdə almasını göstərməmiş, eyni zamanda ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Beləliklə, X7 qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və şikayət ərizəsinə müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda X6 izah olunur ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən aidiyyəti məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106, 109, 128-129, və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hüseynov Cəmhur Elçin oğlunun Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolundan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1496/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1496/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver