Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1497/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X8 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə 39-cu Polis Bölməsinin əmədaşları çağırışı 66-58 saylı avtopatrulla Malakan bağında xidmət apararkən saat təxminən 19:30 radələrində bir sürücü üzərində konsturksiya dəyişikliyi edilmiş “VAZ 2107” marklı avtomobili evakuatordan düşürərkən onu polis bölməsinə dəvət etmişlər, lakin sonradan bilmişlər ki, həmin avtomobil işlək vəziyətdə deyil. Sürücü isə öz növbəsində bölməyə gəlməkdən imtina etmiş, polis əməkdaşlarına müqavimət göstərmişdir. Onu güclə maşına əyləşdirib 39-cu polis bölməsinə gətirmişlər. Polis bölməsində məlum olmuşdur ki, o, Şəxsdur və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində reklam çəkmək məqsədi ilə VAZ 2107 markalı avtomobili evakuatordan düşürərkən bir neçə şəxs avtomobilin ətrafında yığışmışlar. O, heç kimi avtomobilin yanına dəvət etməmişdir. Bu arada polis əməkdaşları ona yaxınlaşıb, avtomobilin sahibini soruşduqda, o, özünü təqdim etmişidr. Onu məsələni araşdırmaq üçün polis bölməsinə dəvət etmişlər, o, isə öz növbəsində buna etiraz etməyərək, yəni heç bir müavimət göstərməyərək polis əmədaşlarının avtomobilinə əyləşib 39-cu Polis Bölməsinə getmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 bildirmişdir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri X5 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 39-cu Polis Bölməsinin o və digər polis nəfəri ilə birlikdə çağırışı 66-58 saylı avtopatrulla Malakan bağında xidmət apararkən saat təxminən 19:30 radələrində bir sürücü üzərində konsturksiya dəyişikliyi edilmiş “VAZ 2107” markalı avtomobili evakuatordan düşürərkən onu polis bölməsinə dəvət etmişlər, lakin sonradan bilmişlər ki, həmin avtomobil işlək vəziyətdə deyil. Sürücü isə öz növbəsində bölməyə gəlməkdən imtina etmiş, onlara müqavimət göstərmişdir. Onu güclə maşına əyləşdirib 39-cu polis bölməsinə gətirmişlər. Polis bölməsində məlum olmuşdur ki, o, Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Post patrul xidməti bölüyünün mnqa komandiri X6 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 39-cu Polis Bölməsinin o və digər polis nəfəri ilə birlikdə çağırışı 66-58 saylı avtopatrulla Malakan bağında xidmət apararkən saat təxminən 19:30 radələrində bir sürücü üzərində konsturksiya dəyişikliyi edilmiş “VAZ 2107” markalı avtomobili evakuatordan düşürərkən onu polis bölməsinə dəvət etmişlər, lakin sonradan bilmişlər ki, həmin avtomobil işlək vəziyətdə deyil. Sürücü isə öz növbəsində bölməyə gəlməkdən imtina etmiş, onlara müqavimət göstərmişdir. Onu güclə maşına əyləşdirib 39-cu polis bölməsinə gətirmişlər. Polis bölməsində məlum olmuşdur ki, o, Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, evakuator maşınının sürcüsünün köməkçisi işləyir, yəni maşını qaldırmaq və maşını yerə düşürtmək işinə baxır. Maşını Malakan bağı tərəfə gətirib düşürəndə polis əmkdaşları gəlmişlər. Polis işçiləri gəlib Şahin Canmirəzyevə polis şöbəsinə getməli olduğunu bildirdilər, Şəxs isə kiməsə zəng edərək, polis maşınına əyləşib, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, evakuatorun sürcüsüdür. Maşını malakan bağı tərəfə gətirdik düşürəndə polis əmkdaşları gəldi. Polislər gəlib Şahin Canmirəzyevə polis şöbəsinə getməli olduğunu bildirdilər, Şəxs isə kiməsə zəng edərək, polis əyləşib, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani bağında polisə müqavimət göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu şahid ifadələri və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Çingiz Məmmədova təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ulviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1497/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1497/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver