Məhkəmə qərarları › İş №3(009)-1497/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1497/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1497/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 19660.76 ABŞ dolları (on doqquz min altı yüz altmış dollar yetmiş altı sent) məbləğində olan vəsaiti bank hesabından 02 iyul 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19660.76 (on doqquz min altı yüz altmış dollar yetmiş altı sent) ABŞ dolları məbləqinə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" KB ASC-nin Şəxs QSC-yə ünvanlanmış 21 iyun 2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rçrzictontlərin nilli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na əsasan valyuta ödənişlərin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan malıara xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Hamin müddət ərzində mallar idxal edılmədikdə. xidmətlər göstərilmədikda və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda Bank, öz növbəsində, qabaqcadan ödəniş əməliyyatına dair butiın sənədləri 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Əks halda, cərimələr AR İnzaibatı Xətalar Məcəlləsinin 430.4 maddəsində göstərilmiş qaydada tətbiq edilə bilər. Avans məbləğinin ödənilməsindən 1 (bir) il 11 (on bir) ay müddət keçməsinə baxmayaraq Şəxs QSC tərəfindən xaricə ödənilmiş vəsaitin müqabilində ölkəyə idxal edilmiş malın/görülmüş işlərin/göstərilmiş xidmətlərin təsdiq edici sənədi Banka təqdim edilməmişdir. BAKER ENERGY SERVİCES» QSC-nin nəzərinə çatdırımışdır ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici Valyuta əməliyyatlarının aparılması qaydalarına əsasən mallar üçün avans ödənişin yerinə yetirilməsi halında Banka elektron qaydada X1 nüsxəsi təqdim olunmalıdır. Azərbaycan Respublikasının rezident və qeyrl-rezidentlerinin xarici Valyuta əməliyyatlarının aparılması qaydalarına əsasan xidmətlər üçün avans ödənişlərinin yarına yetirilməsi halında - Banka bu xidmətin konkret müqavilə üzrə göstərilməsini təsdiq edən aktın ya başqa təstiqedici sənədin esli təqdim olunmalıdır. Təchizatçı tərəfindən öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, avans yolu ilə köçürülmüş məbləğ Respublikaya, vəsaiti ödəyən tərəfin hesabına geri qaytarılmalıdır. Vəsait ancaq müqavilədə göstərilən Təchizatçı tərəfindən və yaxud onun tapşırığı ilə 3-cü şəxs tərəfindən göndərilə bilər və buna görə də ödənişin təyinatında vəsaitin kimin adından geri qaytarıldığı dəqiq qeyd olunmalıdır. Təyinatda həmçinin konkret mövzu predmeti olan idxal müqaviləsinə də istinad edilməlidir. Xaricə ödənilmiş vəsaitin müqabilində ölkəyə idxal edilmiş malın/görülmüş işlərin / göstərilmiş xidmətlərin təsdiqedici sənədinin Banka təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 09 iyul 2021-ci il tarixli KBX/3741 saylı məktubundan və həmin məktuba əlavədən görünür ki, Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən AR rezident və qeyrirezident hüquqi şəxslər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmadıqda və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bu barədə məlumat və qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər Bank tərəfindən Mərkəzi Banka təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq Şəxs QSC –nin 19660.76 (on doqquz min altı yüz altmış dollar yetmiş altı sent) ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 02 iyul 2019-cu il tarixdə xaricə köçürməsinə dair hesabat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. Şəxs QSC –nin məhkəməyə təqdim etdiyi izahatdan görünür ki, AR Mərkəzi Bankının 14.07.2021-ci il tarixli, MN ******* saylı İnzibati Xəta haqqında Protokolda göstərilənlərlə bağlı qeyd edilir ki, Şəxs QSC tərəfindən AR İXM-nin 430.4-cü maddəsinin tələbi pozulmamışdır və hər- hansı inzibati xəta törədilməmişdir. Belə ki, 02.07.2019-cu il tarixdə 19660.76 ABŞ dolları məbləğində xaricə köçürülmüş pul vəsaiti 11.10.2016-cı il tarixli, F001/2016 saylı Müqavilə və 17.01.2019-cu il tarixli, 8826949/000 Proforma İnvoice (ilkin hesab), eləcədə ******* saylı, 07.01,2019-cu il tarixli və ******* saylı, 07.01,2019-cu il tarixli Sales İnvoice (satış hesabı) əsasında sifariş olunmuş malların ödənişi kimi həyata keçirilmişdir. Ümumilikdə 17.01.2019-cu il tarixli, 8826949/000 Proforma İnvoice (ilkin hesab) üzrə sifariş olunan malların ümumi dəyəri 118 560 ABŞ dolları mələğində müəyyən edilmişdir və həmin dəyərdə olan malların Azərbaycan Respublikası ərazisinə 18.01.2019-cu il və 08.03.2019-cu il tarixdə idxal edilmişdir. Malların ölkəyə idxal edilməsi 18.01.2019-cu il tarixli və 08.03.2019-cu il tarixli Gömrük bəyannamələri ilə öz təsdiqini tapmışdır. Həmin bəyannamələrin 840 nömrəli bölməsində (xüsusi rənglə fərqləndirilmişdir) idxal olunmuş malların ümumi invoice dəyəri topladıqda yuxarıda qeyd olunan 11 8 560 ABŞ dolları dəyərində malların idxal olunduğu görsənməkdədir. Qeyd olunan məlumatlar Banka təqdim edilsə də, Bank tərəfindən qəbul edilməmiş və ödənişin 02.07.2019-cu il tarixdə avans kimi ödənilməsi lakin malların yanvar və mart aylarında idxal olunması bildirilmiş və bu əsasla da, sənədləri qəbul etməmişdilər. Halbuki, idxal edilən mallar uzun illərdir partnyor olaraq işlədiyikləri xarici şirkət tərəfindən satıldığı üçün həmin şirkət etibarlı münasibətlər çərçivəsində malları nisyə olaraq göndərir və ödənişləri sonradan tam və ya hissə-hissə həyata keçirmək imkanına sahibdirlər. Ödənişlərin tam və hissə-hissə ödənilməsi artıq müqavilə tərəflərinin münasibətlərindən irəli gəlir nə bank, nə də digər şəxslərin buna müdaxilə etməsi və ya irad tutması əsassız və qanunsuzdur. Eyni zamanda, qeyd edilir ki, 17.01.2019-cu il tarixli, 8826949/000 Proforma İnvoice (ilkin hesab) üzrə sifariş olunan malların ümumi dəyərinin bir hissəsini, yəni 36480 ABŞ dolları hissəsini 10.07.2018-ci il tarixdə, 19660.76 ABŞ dolları hissəsini 02.07.2019-cu il tarixdə və 58913,26 ABŞ dolları hissəsini isə 03.12.2019-cu il tarixdə ödəmişlər. Məhz bu səbəbdən də, yəni ödənişlər hissəhissə həyata keçirildiyindən xarici şirkət məhsulları yuxarıda göstərilən tarixdə göndərmiş və onları idxal etməklə gömrük orqanında rəsmiləşdirmişlər. Lakin, Bank bu sənədləri qəbul etməyərək, daha doğrusu bunu düzgün araşdırmağa görünür vaxt olmadığı üçün ən asan yola əl ataraq bu məsələnin məhkəmədə aydınlaşdırılmasına nail olmağa çalışmışdır. Yuxarıda qeyd olunanları təsdiqləmək üçün hazırki izahata müvafiq sənədlər əlavə edilmişdir. Əlavə edilmiş sənədlərin siyahısında ödəniş tapşırıqları var ki, həmin ödənişlərin təyinatında avans ödənişlər qeyd edilmiş və sonuncu ödənişdə isə tam ödəniş qeyd edilmişdir. Ödənişin təyinatında yalnışlığa yola verərək avans və ya digər qeydlərin yazılması, eləcə də, avans təyinatlı ödənişin edilməsindən öncə malların idxal edilməsi tərəfimizdən inzibati xəta törətməyimizə dəlalət etmir. Belə ki, qanunvericilik normasının tələbinə görə yalnız bir halda inzibati xəta törədilmiş sayılır mallar idxal edilmədikdə. İnzibati xətanın törədilmiş olması üçün hər-hansısa digər şərtlər müəyyən edilməmişdir (Misal üçün: məğləğin idxaldan sonra ödənilməsi və s.). Odur ki, Şəxs QSC barəsində 14.07.2021-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokol əsasında başlanılmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə hesab edir ki, məhkəmə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən 19660.76 (on doqquz min altı yüz altmış dollar yetmiş altı sent) ABŞ dollar məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 02 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gündən artıq müddət keçməsinə baxmayaraq həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 19660.76 (on doqquz min altı yüz altmış dollar yetmiş altı sent) ABŞ dollar valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində yəni 3932,15 (üç min doqquz yüz otuz iki dollar, on beş sent) ABŞ dollar məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar