Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1499/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx xxxxx 2020-ci il tarixdə elmlər akademiyası metrosu yaxınlığında polis nəfəri onu saxlayaraq tibbi maskadan istifadə etməməsini irad bildirmişdir. O, isə cavabında bir neçə aptekə yaxınlaşdığını, apteklərdə isə maskanın olmadığını bildrimişdir. Polis nəfəri ona aptekdə maskanın olub-olmamasının ona aidiyyətinin olmadığını bildirmişdir. O, polis nəfərinə İİ qrup əlil olmasını, heç yerdə işləmədiyini və təqaüddən başqa gəlirinin olmamasını bildirsə də, buna məhəl qoyulmayaraq ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 və Yasamal RPİ-nə lazmı qaydada məlumat verilsə də, Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxx 2020-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospektində karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu X4 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 xx xxxxx 2020-ci il tarixdə maska əldə etmək üçün evdən çıxmış, Yasamal rayonu, H.Cavid prospektində polis əməkdaşları tərəfindən saxlanılmış və karantin rejimi qaydalarını pozduğu üçün, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin protokol əsasında Elxan Abdullayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki iş üzrə isə X1 qaydalarının hansı şərtlərini (tibbi maska və əlcəkdən istifadə etməməsi, icazə almadan yaşayış yerini tərk etməsi və s) pozmasını aydınlaşdırmaq mümkün deyil. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavaitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidmətini vəzifələrini icra etmək məqsədi ilə icazə verilmişdir. Göründüyü kimi həmin vaxt qeyd edilən qərarda tibbi maskadan və əlcəkdən istifadə kimi öhdəliklər vətəndaşlara tətbiq edilməmişdir. Bununla da, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən X4 inzibati xəta haaqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar araşdırılmamış, yəni Elxan Abdullayevin hansı məqsədlə yaşayış yerini tərk etməsi (aptekə məhz maska almaq üçün getməsi) araşdırılmadan barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə olan halda, şəxsin barəsində AR İXMnin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X2 rejimində tibbi maskadan istifadə etmədən yaşayış yerini tərk etməsinə məhdudiyyətlər olmadığı halda Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi tərəfindən əsassız olaraq İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Elxan Abdullayevin karantin qaydalarının hansı şərtlərini pozması işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayət təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarınsurətitərəfə təqdimedildiyivə yaalındığı gündən 10 (on) günmüddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1499/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1499/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver