Məhkəmə qərarları › İş №3(009)-1499/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1499/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1499/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X1 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 08:05-də Şəhər istiqamətində “Vaz 21061 minik” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbarı sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar X2 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərardan şikayət X2 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmiş şəxs X1 tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilsə də, mübahisələndirilən qərardan şikayət baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. İnzibati tənbehvermə barədə qərardan şikayət vermiş şəxs xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ona nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar