Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1499/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, müəllimə işləyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Ə.Naxçıvani 2068 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Səbail rayon Məhkəməsinin 2(009)-1407/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1407/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsaəsən “Nikoyl” İKB-nin 6 saylı filialı ilə Şəxs arasında 20 may 2013-cü il tarixli , 17-AZ-1-0-1906- 13 saylı kredit müqaviləsi üzrə Şəxs və X3 05 fevral 2016-cı il tarixə olan 4888 manat 71 qəpik əsas borc, 485 manat 49 qəpik faiz borcu, 25 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti və mübahisənin məhkəmə qaydasında həll olunması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5439 manat 20 qəpik pul vəsaiti müştərək qaydada tutularaq “Nikoyl” X1 xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Həsən-X8 məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı,“VAZ-21723” markalı, hetçbek tipli, 2013-cü il buraxılışlı, ban nömrəsi XTA217230D0240335, mühərrik nömrəsi ******* olan, ağ rəngli avtomobilə yönəldilsin. İcra sənədi xx.xx.2016-cı tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən sözü gedən nəqliyyat vasitəsi axtarışa verilmişdir. Həmçinin borcluya sözügedən icra sənədinin icrası ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmuşdur. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında əmlakın onda olmadığını, dələduzlar tərəfindən nəqliyyat vasitəsinin gizlədildiyini və yaranmış borcu maddi imkansızlıqdan ödəyə bilmədiyini bildirmişdir. Tələbkar öz növbəsində icra sənədinin icra olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, borclunun izahatı alınmış və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında nəqliyyat vasitəsi onda olmadığı üçün icra edə bilmir. Nəqliyyat vasitəsinin bankın əməkdaşı tərəfindən götürülməsinə dair DİN-nin məktubu var. Nəqliyyat vasitəsi axtarışdadı. Ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. İş materiallarında olan İcra vərəqəsindən görünür ki, Şəxs və X3 05 fevral 2016-cı il tarixə olan 4888 manat 71 qəpik əsas borc, 485 manat 49 qəpik faiz borcu, 25 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti və mübahisənin məhkəmə qaydasında həll olunması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 5439 manat 20 qəpik pul vəsaiti müştərək qaydada tutularaq “Nikoyl” X1 xeyrinə ödənilməsi, tutma ipoteka predmeti olan Şəxs məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı,“VAZ-21723” markalı, hetçbek tipli, 2013-cü il buraxılışlı, ban nömrəsi XTA217230D0240335, mühərrik nömrəsi ******* olan, ağ rəngli avtomobilə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2019-cu il tarixli «Vaz 21723» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə ** HJ *** və ** HD *** dövlət qeydiyyat nişanları bağlanılaraq Şamaxı rayonu ərazisində vət. X6 tərəfindən qanunsuz idarə olunması, həmin avtomobilin saxlanılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız . müraciətinizə baxılmışdır. Bildiririk ki, həmin avtomobilə dair yerilmiş etibarnamənin ləğvi, eləcə də üzərinə həbs qoyulması ilə əlaqədar Səbail Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(Q09)- 1407, xx.xx.2018-ci il tarixli 8(009)-342/18 saylı qərardadları və məktublar, əsasında X12 şəxsi heyəti təlimatlandırılmış, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Həmin avtomobilin saxlanılmasına dair məhkəmənin müvafiq qərarı (qərardadı) Baş Dövlət Yol Polisi idarəsinə daxil olmamışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cu il tarixli eyniməzmunlu müraciətiniz əsasında Şamaxı Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı vət. X13 oglu həmin avtomobilin etibarnamə ilə ona verilməsinə baxmayaraq 2014-cü il tarixdən Şamaxı rayon sakini vət. X5 istifadəsində olduğunu, həmin avtomobili idarə etmədiyini və hal-hazırda harada olması barədə məlumata malik olmadığını bildirmişdir. Vət.X7 “Vaz 21723” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin 2 (iki) il istifadəsində olduğunu, bu müddət ərzində qeydiyyat nişanlı avtomobilin 1 (bir) il 6 (altı) ay ərzində “Nikoil” banka ayda orta hesabla 350 (üç yüz əlli) manat pul ödədiyini, son 6 (altı) ay ərzində heç bir ödəniş edə bilmədiyindən 2016-cı ilin avqust ayında Ağsu rayonundan Şamaxı rayon istiqamətinə hərəkətdə olarkən özünü “Nikoil” bankın əməkdaşı kimi təqdim edən Ramin adlı şəxs tərəfindən saxlanıldığını və nəqliyyat vasitəsinin “Nikoil” banka aid olduğu üçün sonuncuya təqdim etdiyini bildirmişdir. Eyniməzmunlu müraciətiniz əsasında aparılmış araşdırmanın nəticəsi barədə Şamaxı RPŞ-nin xx.xx.2019-cu il tarixli 188-4680H-3219 nömrəli məktubu ilə Sizə cavab verilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, müraciətdə qeyd olunan ** HJ *** dövlət qeydiyyat nişanı Şamaxı rayon ərazisində “Vaz 2121” avtomobilin üzərində müəyyən olunaraq mərkəzi informasiya sistemində yoxlama zamanı axtarışda olduğu müəyyən edildiyi üçün xx.xx.2017-ci il tarixdə həmin avtomobil üzərindəki ** HJ *** dövlət qeydiyyat nişanları ilə birgə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNH-a dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı müraciət daxil olduqdan sonrakı müddətdə, «Vaz 21723» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, eləcə də ** HJ *** və ** HD *** dövlət qeydiyyat nişanlarının həmin avtomobilə quraşdırılaraq idarə olunması hallan aşkar olunmamışdır. Axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1499/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1499/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver