Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1503/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 22 yanvar 2022-ci il tarixli qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 22 yanvar 2022-ci il tarixli qərarının ləğv olunma sı və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar X2 barəsində tərtib edilmişdir. Belə olan halda X1 həmin qərardan şikayət vermək səlahiyyəti olmamışdır. Eyni zamanda qərardan şikayət vermə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə məhkəmə hesab edir ki, verilmiş şikayət və ona əlavə edilmiş materiallardan inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən və şikayət vermə müddəti ötürüldüyündən ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 22 yanvar 2022ci il tarixli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ona geri qaytarılsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1503/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1503/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver