Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1513/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli, 00100-1354/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bövük Britaniyadan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC şirkətinin ünvanına 81EY323/81AAR308 nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********0928, **********0926, **********0925, **********0923, **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannamələri üzrə təqdim edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı "MHWirth AS (AZERBAİJAN)" Azərbaycanın tapşırığı ilə "xxxx" MMC ünvanına göndərilmişdir. Gömrük bəyannaməsinin “2. Göndərən/ixracatçı” qrafasına istinad edərək, yüklərin Azərbaycanda qeydiyyatı olan digər hüquqi şəxsin tapşırığı ilə idxal edilməsi halı aşkar edilmişdir. Araşdırma ilə bağlı Şəxs MMC-də logistika və gömrük işləri üzrə koordinatı vəzifəsində fəaliyyət göstərən, etibarnamə üzrə nümayəndəsi X1 izahatı alınmışdır. O izahatında Turan Drilling and Engineering Company” MMC-nin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Şah Dəniz) şirkətlərinin podratçısı olduğunu, hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində üzən qazma qurğularında texniki xidmət və təchizat işlərini təmin etdiyini, Şəxs MMC-nin ünvanına Norveçdə yerləşən “MHWirth AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin tapşırığı ilə Almaniyada fəaliyyət göstərən və həmin şirkətlər qrupuna daxil olan “MHWirth GMBH” şirkəti tərəfindən göndərilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda bəyan edildiyini, həmin yüklərin boşdayanma (Demerec) xərclərinin garşısını almag üçün malların nəgliyyat vasitəsindən boşaldılması məqsədilə həmin yüklərin müvəqgəti saxlanc xüsusi gömrük proseduru altında bəyan olunduğunu (Dövlət Gömrük Komitəsi tərəfindən “Turan Drilling and Engineering Company" MMC-yə verilmiş “Azəri-01/29 nömrəli 17.06.2020-17.06.2021 tarixləri üçün güvvədə olan İdxal və ixrac vergilərindən azadolma haqqında sertifikata əlavə olunmaq üçün malların əlavə siyahısının DGK-ya təqdim olunması və hal-hazırda baxılma prosesində olmasıdır). **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal olunan malların idxal edilməmişdən əvvəl sahibinin Almaniyadakı şirkət “MHWirth GMBH” şirkəti olduğunu, sifarişin “MHWirth AS” Azərbaycan nümayəndəliyi tərəfindən qəbul edildiyini və həmin “MHWirth” şirkətlər qrupuna daxil olan hansı vahiddə(şirkətin anbarında) malların mövcudluğundan asılı olaraq həmin malların göndərilməsi ilə bağlı tapşırıq verildiyini, MHWirth GMBH” şirkətinin “MHWirth AS”şirkətinin nümayəndəliyi olmadığını, həmin şirkətlərin 1 şirkətlər qrupuna daxil olan ayrı ayrı müstəqil kommersiya vahidləri olduğunu, lakin ortaq şirkətlər hesab olunduğunu, **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin "xxxx" MMC-nin təchizat şöbəsinin əməkdaşları tərəfindən elektron qaydada “MHWirth AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi vasitəsilə sifariş verildiyini, **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair ödənişin tam şəkildə Norveçdə yerləşən “MHWirth AS” şirkətinə bank köçürmə vasitəsilə ödənildiyini, qeyd olunan şirkətlər eyni qrupa daxil olduğu üçün “MHWirth AS” şirkətinə heç bir komissiya haqqı ödənilmədiyini, "xxxx" MMC ilə “MHWirth GMBH" arasında heç bir müqavilə olmadığını bildirmişdir. İş materiallarına və "xxxx" MMC-nin nümayəndəsinin izahatlarına əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə “MHWirth GMBH” arasında heç bir birbaşa əlaqə və müqavilə mövcud deyildir, həmçinin üçtərəfli müqavilədə mövcud deyildir. Malların sifarişi "xxxx" MMC tərəfindən “MHWirth AS” (Azərbaycan) şirkətinə verilir. Göründüyü kimi bu halda “MHWirth GMBH” şirkətindən alınan mallara dair alıcı qismində “MHWirth AS” (Azərbaycan) şirkəti çıxış edir. Lakin **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri saxlac gömrük proseduruna dair təqdim edilmiş gömrük bəyannamələrində "xxxx" MMC ilə “MHWirth GMBH” arasında heç bir birbaşa əlaqə və müqavilə mövcud olmadığı halda alıcı qismində "xxxx" MMC qeyd edilərək mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Turan Drilling and Engineering Company” MMC-nin “BP Ekploreyşn” (Kaspian Si) və “Bp Eksploreyşn (Bah Dəniz) şirkətlərinin podratçısı olduğunu, hasilatın pay bölgüsü haggında sazişlər çərçivəsində üzən gazma gurğularında texniki xidmət və təchizat işlərini təmin etdiyini, Şəxs MMC-nin ünvanına Norveçdə yerləşən “MHWirth AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin tapşırığı ilə Almaniyada fəaliyyət göstərən və həmin şirkətlər qrupuna daxil olan “MHWirth GMBH” şirkəti tərəfindən göndərilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda bəyan edildiyini, həmin yüklərin boşdayanma (Demerec) xərclərinin garşısını almaq üçün malların nəgliyyat vasitəsindən boşaldılması məqsədilə həmin yüklərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan olunduğunu (Dövlət Gömrük Komitəsi tərəfindən Şəxs MMC-yə verilmiş “Azəri- 01/29 nömrəli 17.06.2020-17.06.2021 tarixləri üçün qüvvədə olan İdxal və ixrac vergilərindən azadolma haqqında sertifikata əlavə olunmaq üçün malların əlavə siyahısının DGK-ya təqdim olunması və hal-hazırda baxılma prosesində olmasıdır.), **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal olunan malların idxal edilməmişdən əvvəl sahibinin Almaniyadakı şirkət “MHWirth GMBH” şirkəti olduğunu, sifarişin “MHWirth AS” Azərbaycan nümayəndəliyi tərəfindən qəbul edildiyini və həmin “MHWirth” şirkətlər qrupuna daxil olan hansı vahiddəfşirkətin anbarında) malların mövcudluğundan asılı olaraq həmin malların göndərilməsi ilə bağlı tapşırıq verildiyini, “MHWirth GMBH” şirkətinin “MHWirth AS”şirkətinin nümayəndəliyi olmadığını, həmin şirkətlərin 1 şirkətlər qrupuna daxil olan ayrı ayrı müstəqil kommersiya vahidləri olduğunu, lakin ortaq şirkətlər hesab olunduğunu, **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin Şəxs MMC-nin təchizat şöbəsinin əməkdaşları tərəfindən elektron qaydada “MHWirth AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi vasitəsilə sifariş verildiyini, **********0928, **********0926, **********0925, **********0923 və **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair ödənişin tam şəkildə Norveçdə yerləşən "MHWirth AS" şirkətinə bank köçürmə vasitəsilə ödənildiyini, qeyd olunan şirkətlər eyni qrupa daxil olduğu üçün “MHWirth AS” şirkətinə heç bir komissiya haqqı ödənilmədiyini, Şəxs MMC ilə “MHWirth GMBH” arasında heç bir müqavilə olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Böyük Britaniyadan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanına 81EY323/81AAR308 nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********0928, **********0926, **********0925, **********0923, **********0922 sorğu nömrəli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannamələri üzrə təqdim edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı "MHWirth AS (AZERBAİJAN)" Azərbaycanın tapşırığı ilə "xxxx" MMC ünvanına göndərilmişdir. Gömrük bəyannaməsinin ”2. Göndərən/ixracatçı” qrafasına istinad edərək, yüklərin Azərbaycanda qeydiyyatı olan digər hüquqi şəxsin tapşırığı ilə idxal edilməsi halı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş BiPi Eksploreyşn (Kaspian Si) Ltd-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 24.05.2021-ci il tarixli məktublarından görünür ki, "BİPi Eksploreyşn (Kaspian Si) Ltd" adından təsdiq edirəm ki, 81EY323/81AAR308 nömrəli avtonəqliyyat vasitəsi ilə idxal edilmiş yüklər "Turan Drilling & Engineering Company LLC" şirkəti ilə bağlanmış ********** nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün gətirilmişdir. İş materiallarına əlavə edilmiş BiPi Eksploreyşn (Kaspian Si) Ltd-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktublarından görünür ki, TURAN Drilling & Engineering Company LLC şirkəti BıPı Eksploreyşn (Kaspian Si) Ltd ilə bağlanmış müqaviləyə əsasən Karbohidrogen Fəaliyyəti ilə əlaqədar onun Subpodratçısıdır və Komissiya üzvləri və Podratçı Tərəflər arasında imzalanmış Azərbaycan İdxal-İxrac rüsumları haqqında Protokol ona şamil olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsində düzgün məlumatların verməməsi sübuta yetirilsə də, həmin bəyannamə ilə mallar "BİPi Eksploreyşn (Kaspian Si) Ltd" ilə "Turan Drilling & Engineering Company LLC" şirkəti arasında bağlanmış ********** nömrəli müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün gətirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin əməlində inzibati xəta mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Turan Drilling and Engineering Company” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1513/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1513/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver