Məhkəmə qərarları › İş №3(009)-1513/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1513/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1513/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X2 Bakı şəhəri DYPİ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri DYPİ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024 tarixində idarə etdiyi Ford az ** GT *** markalı avtomobilimlə Səbail rayonu Ş.Ələkbərova küçəsindən digər avtomobillərin arxasinca keçib. Həmin küçəyə daxil olanda, 1.19 ikitərəfli hərəkət nişanı elə quraşdırılıb ki, küçəyə daxil olanda həmin nişan görünmür, çünki nişanın qabağında iri parkovka nişanı basdırılıb və nişan bilərəkdən görüntüsü gizlənilib. Sürücü parkovka nişanını keçəndən sonra, arxasındaki nişanı gec görür və arxadan gələn maşınlara görə, istiqamətini dəyişə bilmir. O küçəyə dönən maşınların əksəriyyəti övladlarını 6 saylı tam orta məktəbə gətirirlər. Möhtərəm hakim! Adətən,yol hərəkəti qaydasını pozanda, 1 saat ərzinda mobil teiefcna elektron bildiriş gəlir ki, “Siz qaydanı pozmusunuz, protokol tərtib olunur və siz müəyyən məbləğdə cərimə oiunursuz”. Lakin ona nə protokol, nə də qərar tərtib olunub və ona bildiriş göndərilmiyib. Əgər 1-ci dəfə xx.xx.2024 tarixində protokol tərtib olunsaydı və ona elektron bidiriş mobil telefonuna göndərilsəydi, o 2-ci və 3-cü dəfə həmin qaydanı pozmazdı. Ona mayın 24-ü səhər (hadisədən 10 gün sonra ) bir polis əməkdaşı zəng vurdu və mayın 15-də Ş. Ələkbərova küçəsində yol hərəkəti qaydasını pozduğunu və cərimələndiyini bildirdi. O Bakı ş. DYP idarəsinə 24-cü kabinetə Hümmət adli polis zabitinin yanina çağırdı. Səhəri gün o həmin adresə getdi, orada Hümmət yox idi .Mübariz adlı mulki geyimli şəxslə görüşdü. Həmin şəxs mənə video görüntü göstərərək 3 dəfə (xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024 il) eyni yerdə yol hərəkəti qaydasını pozduqunu dedi. O, isə orada işarə olduğunu bilmədiyi üçün keçdiyini bildirdi. İşarə yolu keçdikdən sonra 7- 8m irəlidə olduğuna görə məon bu yoldan 3 dəfə bilmədən keçib. Polis isə ondan 300 manat istəyərək bu qayda pozuntularini siləcəyini bildirdi və ona 1 gün vaxt verdi ki, gedib pul gətirsin əks halda cəriməni sistemə vuracağini bildirdi. O rüşvət verməkdən imtina etdikdən sonra, 20 gün sonra xx.xx.2024 tarixində,onun mobil telefonuna 2 qərarsız və 1 qərarlı protokol gəldi .Sizə ərizə yazandan sonra onlar geri tarixlə yəni xx.xx.2024 il tarixi ilə TP ******* nömrəli qərari verdilər ona. TP-6415345 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 04 iyun 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 27 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddəti ötürüldüyündən geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Bakı şəhəri DYPİ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar