Məhkəmə qərarları › İş №3(009)-1515/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1515/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1515/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli, 00100-1361/21 saylı və 17 iyul 2021-ci il tarixli 00100-1386/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 3(009)-1517/2021saylı qərarı ilə 3(009)-1515/2021 saylı və 3(009)-1517/2021saylı inzibati xətalara dair işlər bir icraatada birləşdirilmiş və həmin işlərə 3(009)-1515/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli, 00100-1361/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Rusiya Federasiyasından 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş 356800,00 kq “kvarslı qum” yükü **********1324 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********1324 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin adına 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada gısa idxal idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına idxal edilən malların daşındığı 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə 03.07.2021-ci il saat 15:32-də daxil olduğu, lakin həmin nəqliyyat vasitələrində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9356 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin isə nəqliyyat vasitələri gömrük ərazisinə daxil olduqdan sonra, yəni 03.07.2021-ci il saat 22:39-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndəril məlum olmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, nümayəndəsi olduğu Şəxs MMC-nin adına Rusiya Federasiyasından 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş 356800,00 kq “kvarslı qum” yüklərinə görə tərtib edilmiş **********9356 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin gec verildiyini, belə ki, nəqliyyat vasitələrinin 03.07.2021-ci il tarixdə gömrük ərazisinə daxil olduğunu, həmin tarixdə qısa idxal bəyannaməsi tərtib etmək istəsələr də sistemdə nasazlıq olduğuna görə qısa idxal bəyannaməsini verə bilmədiklərini və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olduğunu, Şəxs MMC-nin adına idxal olunan mallara dair müşayiət sənədlərinin göndərən şirkət tərəfindən MMC-və gec təpdim olunduğuna görə qısa idxal bəyannaməsinin verilməsinin də yaponların gömrük sərhəddini keçdiyi günə saxlanıldığını, lakin, həmin gün sistemdə nasazlığ olduğuna görə gısa idxal bəyannaməsininin vaxtında verilmədiyini, gələcəkdə bu kimi halın təkrarlanmamasına çalışacaglarını bildirmişdir. Eyni zamanda, Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında DGK-nın VAİS program təminatında nasazlıq olduğuna görə elektron Qaydada gısa idxal bəyannaməsinin gec verildiyini bildirdiyinə görə 14.07.2021-ci il tarixdə tərəfimizdən yenidən VAİS program təminatına baxış keçiriridi, baxış zamanı Şəxs MMC-nin adına Rusiya Federasiyasından 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəgliyyat vasitələrinin Azərbaycan Respublikasına daxil olduğu gün, yəni 03.07.2021-ci il tarixdə müxtəlif xarici ticarət iştirakçıları tərəfindən ümumilikdə 811 elektron qaydada gısa idxal bəyannaməsinin verildiyi, yəni DGK-nın VAİS program təminatında heç bir nasazlığın olmadığı müəyyən olundu. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə rutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli 00100-1386/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına Rusiya Federasiyasından 59633024, 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş 357550,00 kq “kvarslı qum” yükü **********1303 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********1303 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin adına 59633024, 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada gısa idxal idxal bəyannaməsi təgdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMCnin ünvanına idxal edilən malların daşındığı 59633024, 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə 03.07.2021-ci il saat 15:29-da daxil olduğu, lakin həmin nəqliyyat vasitələrində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9358 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin isə nəqliyyat vasitələri gömrük ərazisinə daxil olduqdan sonra, yəni 03.07.2021-ci il saat 22:39-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndəril məlum olmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o. nümayəndəsi olduğu Şəxs MMC-nin adına Rusiya Federasiyasından ********. 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələri ilə idxal edilmiş 357550,00 kq “kvarslı qum” yüklərinə görə tərtib edilmiş **********9358 sorğu nömrəli elektron tarixdə gömrük ərazisinə daxil olduğunu, həmin tarixdə qısa idxal bəyannaməsi tərtib etmək istəsələr də sistemdə nasazlıq olduğuna görə qısa idxal bəyannaməsini verə bilmədiklərini və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olduğunu, Şəxs MMC-nin adına idxal olunan mallara dair müşayiət sənədlərinin göndərən şirkət tərəfindən MMC-yə gec təqdim olunduğuna görə qısa idxal bəyannaməsinin verilməsinin də vaqonların gömrük sərhəddini keçdiyi günə saxlanıldığını, lakin, həmin gün sistemdə nasazlıq olduğuna görə qısa idxal bəyannaməsininin vaxtında verilmədiyini, gələcəkdə bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Eyni zamanda, Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında DGK-nın VAİS proqram təminatında nasazlıq olduğuna görə elektron qaydada qısa idxal bəyannaməsinin gec verildiyini bildirdiyinə görə 17.07.2021-ci il tarixdə tərəfimizdən yenidən VAİS proqram təminatına baxış keçirildi, baxış zamanı Şəxs MMC-nin adına Rusiya Federasiyasından 59633024, 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına daxil olduğu gün, yəni 03.07.2021-ci il tarixdə müxtəlif xarici ticarət iştirakçıları tərəfindən ümumilikdə 811 elektron gaydada qısa idxal bəyannaməsinin verildiyi, yəni DGK-nın VAİS proqram təminatında heç bir nasazlığın olmadığı müəyyən olundu. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə rutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 93001857, 59653295, 59633040, 59331116, 59657940 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə **********1324 sorğu nömrəli GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1324 sorğu nömrəli bəyannamənin 40cı qrafasında da qeyd edilməmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 59633024, 58952383, 93002756, 59633875, 59319178 qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə **********1303 sorğu nömrəli GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1303 sorğu nömrəli bəyannamənin 40cı qrafasında da qeyd edilməmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan 14 iyul 2021-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 icraatında olan 34/012/018732 nömrəli 12.07.2021-ci il tarixli raportun araşdırma zərurəti ilə əlaqədar Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********1324 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı Şəxs MMC-nin (VÖEN:**********) adına Rusiya Federasiyasından idxal edilən 356800,00 kq “kvarslı qum” yükünün daşındığı 93001857, 59653295, 59633040, 59331116 və 59657940 nömrəli yük nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə 03.07.2021-ci il saat 15:32-də daxil olmuş, lakin həmin nəqliyyat vasitələrində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9356 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə nəqliyyat vasitələri gömrük ərazisinə daxil olduqdan sonra, yəni 03.07.2021-ci il saat 22:39-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi müəyyən olunmuşdur. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 icraatında olan 34/012/018968 nömrəli 14.07.2021-ci il tarixli raportun araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib edirəm ondan ötrü ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********1303 sorğu nömrəli 08.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilib- verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı müəyyən olundu ki, Şəxs MMC-nin (VÖEN:**********) adına Rusiya Federasiyasından idxal edilən 357550,00 kq “kvarslı qum” yükünün daşındığı 59633024, 58952383, 93002756, 59633875 və 59319178 nömrəli yük nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə 03.07.2021-ci il saat 15:29-da daxil olmuş, lakin həmin nəqliyyat vasitələrində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9358 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə nəqliyyat vasitələri gömrük ərazisinə daxil olduqdan sonra, yəni 03.07.2021-ci il saat 22:39-da rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və Şəxs MMC -nin etibarnamə əsasında nümayəndəsi olan X4 izahatında DGK-nın VAİS program təminatında nasazlıq olduğuna görə elektron Qaydada qısa idxal bəyannaməsinin gec verildiyini bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar