Məhkəmə qərarları › İş №3(009)-1516/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1516/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1516/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyul 2021-ci il tarixli 00100-1367/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının "xxxx" şirkətindən FM946MF/LL899İ nömrə nişanlı yük avtomaşınında SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys sənədi ilə 04.07.2021-ci il tarixdə daxil olmuş mallar **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı gömrük bəyannaməsində XİFMN üzrə ********** kod altında “0” % idxal gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə 1400-012/003-25/004504 nömrəli 06.07.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/003-25/003415 nömrəli 08.07.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys sənədi üzrə idxal olunan yük “Boreas” markalı, “AHU-1-40000 m3/saat”; “AHU-2-4000 m3/saat”; “AHU-3-26000 m3/saat” modelli quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular olub XİFMN-ə görə ********** alt yarımmövgeyində sinifləşdirilir. Beləliklə, X2 İdarəsinin rəyinə əsasən SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys sənədi üzrə idxal olunan “Boreas” markalı, “AHU-1-40000 m3/saat”; “AHU-2-4000 m3/saat”; “AHU-3-26000 m3/saat” modelli, Quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular yükü XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təgdirdə “Boreas” markalı, “AHU-1-40000 m3/saat”; “AHU- 2-4000 m3/saat”; “AHU-3-26000 m3/saat” modelli, Quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular yükünün “15” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Bununla da, araşdırma zamanı müəyyən edilmişdir ki, “Boreas” markalı, “AHU-1-40000 m3/saat”; “AHU-2-4000 m3/saat”; “AHU-3-26000 m3/saat” modelli, Quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular yükü XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə "Mats Engineering” MMC tərəfindən **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 6938.80 manat, ƏDV üzrə 1248.98 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti haqqı üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 8223,18 manat təşkil edir. Həmçinin, aparılan araşdırma zamanı "Mats Engineering” MMC-nin ünvanına FM946MF/LL899İ nömrə nişanlı yük avtomaşınında SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys sənədi üzrə idxal edilən malların İP-03-2021 nömrəli müqavilə və onun əlavələrində göstərilən malların təsvirinə və təyinatına uyqun olubolmaması barədə X2 İdarəsinə 1400-013/006-25/004654 nömrəli 12.07.2021-ci il tarixli məktubla sorğu verilmiş, həmin sorğuya cavab olaraq X2 İdarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 2200-017/003-25/003541 nömrəli 14.07.2021-ci il tarixli cavab məktubuna əsasən idxal edilən malların sözügedən müqavilənin və onun əlavələrində göstərilən malların təsvirinə, təyinatına uyğun olduğu bildirilmişdir. Lakin, idxal edilən malların İP-03-2021 nömrəli müqavilə və onun əlavələrində göstərilən malların təsvirinə və təyinatına uyğun olmasına baxmayaraq Şəxs MMC tərəfindən **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsində həmin mallar XİFMN üzrə ********** kod altında bəyan edildiyi halda, X2 idarəsinin rəyinə əsasən sözügedən malların XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi bildirilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, "Mats Engineering” MMC tərəfindən idxal edilmiş malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 8223,18 manat məbləğində əlavə gömrük ödənişləri yaranır. **********6203 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 3825,23 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1366/21 saylı iş üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1366/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1353 nömrəli 15.07.2021-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/018614 saylı 09.07.2021-ci il tarixli raport, **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi, SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys sənədi, 1400- 012/003-25/004504 nömrəli 06.07.2021-ci il tarixli məktub, 2200-017/003- 25/003415 nömrəli 08.07.2021-ci il tarixli məktub, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC Firmasının ünvanına FM946FM/LL899İ nömrəli nəqliyyat vasitəsi, SE**********0012 saylı, 29.06.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003- 25 003415 saylı 08.07.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən SE**********0012 saylı 29.06.2021-ci il tarixli invoys üzrə idxal olunan “buxarlanma tipli hava soyuducuları ” XİF MN görə 15 % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular adlı yükün XİF MN üzrə ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə "xxxx" FİRMASİ tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 6938.8 azn, ƏDV üzrə 1248.98 azn.elektron gömrük xidməti haqqı 30 azn,elektron gömrük xidməti haqqı üzrə ƏDV 5.40 azn təşkil edir. İş materiallarında olan X4 İdarəsinin 08 iyul 2021-ci il tarixli 2200-017/003-25/003415 saylı Rəyindən görünür ki, Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına SE**********0012 nömrəli 29.06.2021-ci il tarixli invoys üzrə idxal olunan yük “Boreas” markalı, “AHU-1-40000 m3/saat”; “AHU-2-4000 m3/saat”; “AHU-3- 26000 m3/saat” modelli, quraşdırılmış soyuducu qurğusu olmayan havanın kondisiyalaşdırılması üçün qurğular olub XİF MN-ə görə 8415 83 000 9 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan ŞəxsMMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 14.07.2021-ci il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "Mats Engineering” MMC-nin ünvanına Türkiyə Respublikasının "xxxx" şirkətindən FM946MF/LL899İ nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X2 İdarəsinə müraciət edildikdən sonra malların bəyan edildiyi kimi ********** kod altında deyil, digər kod altında sinifləşdirildiyi məlum olmuşdur. Malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Bununla bağlı köməklik göstərilməsini xahiş edirlər. İş materiallarında olan 00100/1353 nömrəli 15.07.2021-ci il tarixli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1366/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC -nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC -nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs MMC ölkə daxilində havalandırma sistemlərinin quraşdırılması və servis xidmətini həyata keçirir, həmin fəaliyyətin həyata keçirilməsi üçün şirkət tərəfindən Türkiyə Respublikasından havalandırma qurğuları yükü idxal edilir, "Mats Engineering” MMC-nin ünvanına 04.07.2021-ci il tarixdə Türkiyə Respublikasının "xxxx" Şirkətindən FM 946MF/LL899İ nömrə nişanlı yük avtomaşınında havalandırma qurğuları yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, mallar "Mats Engineering” MMC və "xxxx" şirkəti arasında bağlanmış 03/05/21-2 nömrəli 03.05.2021- ci il tarixli müqavilə əsasında idxal edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər qabaqcadan tam şəkildə həyata keçirilmiş, Türkiyə Respublikasının "xxxx" şirkətindən FM946MF/LL899İ nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən **********6195 sorğu nömrəli 05.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, göndərilmiş ixrac bəyannaməsində, CMR, packing list, efatura sənədlərində göstərilən malların XİFMN üzrə kodu **********6195 sorğu nömrəli 05.07.2021ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin, malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X2 İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin mallar bəyan edilən ********** kod altında deyil, ********** kod altında sinifləşdirilir, X2 İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 5756.23 (beş min yeddi yüz əlli altı manat iyirmi üç qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar